Lənkəran Teatrı Türkiyədən qayıdıb

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi iyunun 3-də qardaş Türkiyəyə səfərini başa vuraraq, vətənə dönüb. Teatrın direktoru İslam Həsənov APA-nın cənub bürosuna bildirib ki, yaradıcı kollektiv mayın 25-dən 30-na kimi bu ölkənin Dənizli şəhərində keçirilmiş 24-cü Beynəlxalq Teatr Festivalında iştirak edib. 15 ölkədən teatrların, o cümlədən C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının da qatıldığı bu sənət yarışmasında lənkəranlılar ölməz Üzeyir Hacıbəyovun felyetonla] hekayələri əsasında teatrın baş rejissoru, respublikanın əməkdar incəsənət xadimi Baba Rzayevin səhnələşdirdiyi quruluş verdiyi "Olanlardan-keçənlərdən" tamaşası ilə çıxış ediblər. Tədbir başa çatandan sonra Lənkəran teatrının yaradıcı kollektivinə festivalın mükafatı fəxri diplomlar təqdim olunub. Türkiyədən vətənə dönərkən iyunun 2- teatr kollektivi "Olanlardan-keçənlərdən" tamaşasını Naxçıvan şəhərində yerli sənətsevərlər qarşısında da oynayıb.

 

525-ci qəzet.- 2007.- 5 iyun.- S. 7.