MehdixanT.

 

Hacı Qara rolunun ilk ifaçısı

 

Milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da "Lənkəran xanının vəziri", bir ay sonra isə "Hacı Qara" əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa
Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Goranidir.
Əsgərağa Adıgözəlovun - Goraninin nəvəsi, 40 ildən artıq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tərbiyəçi-müəllim işləyən Nigar Mikayıl
qızı Adıgözəlova-Əzimovanın dediklərindən: "Babamın anadan olmasının 150-ci ildönümüdür. Respublika mədəniyyət turizm naziri cənab Əbülfəs Qarayevə məktub yazmışam ki, əgər mümkünsə Gəncə şəhərində onun türbəsi üzərində "Burada "Hacı Qara" rolunun ilk ifaçısı Əsgərağa Adıgözəlov-Gorani dəfn olunmuşdu" sözləri yazılsın".
Nigar xanım əvvəllər əlaqədar təşkilatlara müraciət edib. Lakin istəyi cavabsız qalıb. Sevindirici haldır ki, onun Mədəniyyət Turizm Nazirliyinə ünvanladığı məktuba cəmi on gün sonra rəsmi cavab gəlib: "Babanız Əsgərağa Adıgözəlov-Goraninin xatirəsini əbədiləşdirmək məqsədilə Gəncə şəhəri, Səbiskar qəbirstanlığında dəfn olunduğu türbənin vaxtilə yaşadığı binanın üzərində xatirə lövhəsinin vurulması Gəncə Şəhər Mədəniyyət Turizm İdarəsindən xahiş olunmuşdur". Nigar xanım belə operativ münasibəti müstəqilliyimizin təntənəsi kimi qiymətləndirir.
Goraninin fəaliyyəti, xidmətləri nədən ibarət olub? O, 1857-ci ildə anadan olmuşdu. Tanınmış tarixçi Mirzə Adıgözəlin nəvəsi idi. İlk təhsilini Gəncə şəhərində almışdı. Sonra Bakı gimnaziyasında oxumuşdu. Onun teatra, səhnəyə marağı da həmin dövrdə yaranmışdı. Gimnaziyada Nəcəf bəy Vəzirovla dostluq etmişdi. Müəllimləri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi onların xətrini çox istəyərdi. Onun söhbətləri gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadardı. Günlərin birində Həsən bəy deyib: "Ağıllı balalar, bu əsərləri mənə Mirzə Fətəli göndərib. Rica edirəm, oxuyun, onlardan birini seçib səhnəyə çıxardaq".
Hələ teatr, səhnə, kütləvi gülüş yığıncağı nədir bilməyən gənclər sevimli müəllimlərinin məsləhətinə əməl edib əsərləri maraqla oxudular. Hamısının fikri üst-üstə düşdü ki, hər iki əsəri oynasınlar. Həsən bəy bu qənaətlə razılaşdı. Rollar bölüşdürüldü, məşqlər başladı, ilk teatr elanları yazıldı. Həmin vaxtdan da milli teatr sənətinin əsası qoyuldu. H.Zərdabi "Həyat" qəzetində yazmışdı: "Oynayanlar yaxşı oynadılar. Ələlxüsus Əsgərağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu camaatın xoşuna gəldi".
Əslində Əsgərağa Gorani peşəkar aktyor deyildi, amma onda komizmi ilə sərtlik xüsusiyyətlərini birləşdirmək istedadı vardı. S
əhnə incəliklərini, nüanslarını həssaslıqla duyur, dərk edirdi. Oynadığı Hacı Qara rolunun timsalında dövrün ədalətsizliyinə, riyakar mövqelərə, saxtakarlığa, yalanlara, qorxaqlıq şərəfsizliyə nifrətini bildirmişdi. Onun qrimdə camaat qarşısına çıxması daxili emosiyasından, bu yolla fikirlərinə aşkarlıq gətirmək istəyindən yaranmışdıE
Əsgərağa gimnaziyanı qızıl medalla bitirib təhsilini davam etdirmək üçün Moskvaya getdi. Nəcəf bəy Vəzirovla birlikdə Kənd Təsərrüfatı Akademiyasında oxudu. Orada da cəhalətdən, avamlıqdan yaxa qurtarmaq, millətinin savadlanması üçün yollar axtarırdı. "Əkinçi" qəzetinin ilk saylarını böyük həvəslə oxuyan Əsgərağa redaktor Həsən bəy Zərdabiyə məktub yazmışdı: "Keçən il kənd əhli ilə danışdım. Onlar hazırdır, əlləri qabara-qabara, üzləri tərləyə-tərləyə qazandıqları puldan üç manat cəm edib "Əkinçi" gətirsin. Amma çifayda, kənd əhli poşt adını eşitməyib, qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirib onlara paylamırlar".
Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. O yazıları indi həyəcansız oxumaq mümkün deyil. Publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə almışdı. M.Lermontovun dilimizə çevirdiyi şeirləri indi oxucuların xoşladığı əsərlər sırasındadır. Onun "Qara yel" romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub.
"Gəncə gəncəlilər" bədii-publisistik, sənədli kitabın müəllifi Əhməd İsayev yazır: "Əsgərağa Adıgözəlovun (Goraninin) taleyi bəllidir. Bilirdik ki, o, Səbiskar məzarlığında dəfn olunub. Qəbrinin üstündə türbə ucaldılıb. Orada isə belə türbələr çoxdur. Bəs səhnəmizin ilk Hacı Qarasının son mənzili hansıdır? Çoxlarından soraqlaşdıq. Yaşı 90- haqlamış İsmayıl kişi imdadımıza çatdı. O, qırmızı kərpicdən tikilmiş tağlı, milli naxışlı, ornamentli, dördkünc türbəni göstərdi. Ora maraqla, heyrətlə baxırıq. Hayıf ki, köhnədən, indi abidənin tanınması üçün yazılı məlumat yoxdurE" Yuxarıda dediyimiz kimi bu barədə mədəniyyət turizm naziri cənab Əbülfəs Qarayev artıq tədbir görülməsi barədə tapşırıq verib.

 Azərbaycan.- 2007.- 13 iyun.- S. 7.