İsmayılova X.
Çoxşaxəli fəaliyyət
Heydər Əliyev
Fondunun və Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun Dostları Fondunun prezidenti, YUNESKO
və İSEJSKO-nun xoşməramlı səfiri, Milü
Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın, mədəniyyət sahəsindəki
xeyriyyəçilik fəaliyyəti haqda oxuculara məlumat
verən "Mədəniyyətimizin və mədəni incijərimizin
hamısı" adlı kitab çapdan
çıxmışdır. Kitab 1995-2007-ci illər
arasında Mehriban xanımın fəaliyyətini əks
etdirən dövri mətbuat materialları əsasında,
Mədəniyyət və Turizm nazirinin müavini, Avropa
Şurasında Mədəniyyət üzrə rəhbər
komitəsinin büro üzvü, professor Sevdaxanım Məmmədəliyeva
tərəfindən tərtib edilmişdir. Layihənin rəhbəri Lalə Kazımovadır. Kitabın əvvəlində
Mədəniyyət və Turizm
naziri Əbülfəs
Qarayev oxuculara Mehriban xanımın mədəniyyət sahəsindəki
çoxşaxəli fəaliyyəti
barədə yığcam
və aydın şəkildə məlumat
vermişdir.
Kitabda materiallar 7
bölmədə qruplaşdırılmışdır. Birinci
bölmədə Mehriban xanım Əliyevanın
mədəniyyətimiz, mədəni irsimiz və
incəsənət xadimləri haqqında dəyərli
söziəri, qiymətli fikirləri verilmişdir. "Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun tədbirləri"
adlı 2-ci bölmədə fondun yarandığı 1995-ci
ildən bu vaxtadək keçirdiyi müxtəlif
sərgilər, konsertlər, xeyriyyə konsertləri,
təqdimatlar, müsabiqələr, yubileylər haqda
məlumatlar öz əksini tapıb. Üçüncü
bölmə Heydər Əliyev Fondunun 10 may 2004-cü
ildən, yəni yarandığı gündən
keçirdiyi müxtəlif tədbirləri
işıqlandırır.
"Heydər Əliyev
Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun YUNESKO ilə birgə layihə və
tədbirləri" adlı 4-cü bölmədə həm
də Mehriban xaınımın YUNESKO-da fəaliyyətini
əks etdirən seçmə materiallar toplanmışdır.
Beşinci bölmədə Mehriban xanım Əliyeva
haqqında yazılan məqalə və materialların bir
qismi verilmişdir. Altıncı bölmə "Mehriban
xanım Əliyevanın müsahibələri", 7-ci
bölmə isə "Mehriban xanım Əliyeva dünya
mədəniyyət ocaqlarında" adlanır. Kitabdakı
materialları tədbir və görüşləri əks
etdirən rəngli fotoşəkillər müşayiət
edir.
Azərbaycan.- 2007.- 30 iyun.- S. 6.