Raifə
Londonda “Xalq
Rəqsləri Festivalı” başa çatıb
Azərbaycan
məktəbinin rəqs qrupu beynəlxalq musiqi festivalında
4-cü yeri qazanıb*
London Azərbaycan
məktəbinin rəqs qrupu beynəlxalq musiqi festivalına
qatılıb. Böyük Britaniyanın paytaxtı Londonda Beynəlxalq
Rəqs və Musiqi Mərkəzinin təşkil etdiyi
ənənəvi "Xalq Rəqsləri Festivalı"
başa çatıb. Türkiyəni təmsil edən folklor
rəqs qruplarının fəal şəkildə iştirak
etdiyi rəqs festivalına bu dəfə Şimali Kipr Türk
Respublikasından rəqs kollektivləri və Londonda
fəaliyyət göstərən "Caspian-Khazri"
Azərbaycan məktəbinin rəqs qrupu da qatılıb.
Artıq üçüncü ildir ki, təşkil edilən
tədbirdə Taçiyə Abbaszadə, Ülkər
Nüsrətli və Fidan Hacıyevadan ibarət Azərbaycan
rəqs qrupu 15 iştirakçj arasında 4-cü yerə
layiq görülüb. Xatırladaq ki, bu yaxınlarda
Londondakı Azərbaycan məktəbinin şagirdləri
Böyük Britaniya paytaxtında keçirilən Bilik
Müsabiqəsində bürünc medal
qazanmışdılar.
Xalq cəbhəsi.- 2007.- 13 iyun.- S. 12.