Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ermənistanın bir qrup ziyalısını qəbul etmişdir

 

Azərbaycan Ermənistanın Rusiya Federasiyasındakı səfirlərinin təşəbbüsü ilə Azərbaycan Ermənistanın bir qrup ziyalısı ATƏT-in xəttilə iyunun 28- Xankəndidə, Şuşada olmuş, buradan Ermənistana gedərək Prezident Robert Koçaryan ilə görüşmüşlər.
Həmin gün qrupun üzvləri İrəvandan Bakıya gəlmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olmuşlar.
Qrupa Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə səlahiyyətli səfiri, Ermənistanın əməkdar incəsənət xadimi, professor Armen Smbatyan, İrəvan Dövlət Konservatoriyasının rektoru, professor Serqey Saracyan, Ermənistanın Milli Elmlər Akademiyasının prezidenti, akademik Radik Martirosyan, Ermənistanın xalq artisti, Rus Dram Teatrının bədii rəhbəri, professor Aleksandr Qriqoryan, Ermənistanın Respublika xəstəxanasının terapiya şöbəsinin müdiri Lyudmila Qriqoryan, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə səlahiyyətli səfiri, Azərbaycanın xalq artisti, professor Polad Bülbül oğlu, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin xalq artisti, professor Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Kamal Abdullayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycanın xalq artisti, professor Azər Paşa Neymətov, Azərbaycanın əməkdar mühəndisi, adamı İlham Fətəliyev daxil idilər.
Görüş zamanı dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir daha bəyan edərək vurğulamışdır ki, bu münaqişə yalnız yalnız Azərbaycanın ərazi bütövlüyü sərhədlərimizin toxunulmazlığı prinsipləri əsasında Dağlıq Qarabağa yüksək muxtariyyət verilməklə həll edilə bilər.

 

Azərbaycan.- 2007.- 29 iyun.- S. 1.