"Kitabxana işi haqqında" "Muzeylər haqqında"     Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi

                               barədə

        Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 3, maddə 158; 2002-ci il, N 5, maddə 245; 2003-cü il, N 12,1 kitab, maddə 674) aşağıdakı dəyişikliklər edilsin:

1.  27-ci maddənin birinci hissəsinin birinci cümləsində "dövlət büdcəsindən maliyyələşdirilir qanunvericiliklə qadağan olunmayan digər xidmətlərdən əldə edilən gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülür" sözləri "dövlət büdcəsi, büdcədənkənar daxilolmalar qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir" sözləri ilə əvəz edilsin.

2. 28-ci maddənin birinci hissəsində "əldə edilən büdcədənkənar vəsaitlər dövlət büdcəsinə köçürülür" sözləri "büdcədənkənar fondlar formalaşdırıla bilər" sözləri ilə əvəz edilsin.

3. 31-ci maddənin üçüncü hissəsinin ikinci cümləsindən "bütövlükdə" sözü "(dövlət kitabxanaları istisna olmaqla)" sözləri çıxarılsın.

II.  "Muzeylər haqqında" Azərbaycan Respublikası Qanununun  (Azərbaycan  Respublikasının  Qanunvericilik Toplusu, 2000-ci il, N 6, maddə 396; 2001-ci il, N 12, maddə 736; 2002-ci il, N 12, maddə 706) 24-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

"Dövlət muzeyləri dövlət büdcəsi, büdcədənkənar daxilolmalar qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir."

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 iyun 2007-ci il.

 

Respublika.- 2007.- 26 iyun.- S. 3.