"Kitabxana işi haqqında" və "Muzeylər haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2007-ci il 16 iyun tarixli 390-IIIQD nömrəli
qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Kitabxana işi haqqında" və "Muzeylər haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2007-ci il 16 iyun tarixli 390-IIIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində;
1.1. qüvvədə olan qanunvericilik aktlarının
"Kitabxana işi haqqında" və
"Muzeylər haqqında"
Azərbaycan Respublikasının
qanunlarında dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respüblikasının
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Kitabxana
işi haqqında"
və "Muzeylər
haqqında" Azərbaycan
Respublikasının qanunlarında dəyişikliklər
edilməsi barədə" Azərbaycan
Respublikasmm Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2.
Bu Sərəncam dərc
edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti.
Bakı şəhəri,
21 iyun 2007-ci il.
Respublika.- 2007.- 26 iyun.- S. 3.