Avstriya Milli
Kitabxanası Qobustan və Şamaxı kitabxanalarına kitab
hədiyyə edib
AzərTAc-ın
müxbiri Azərbaycanın Avstriyadakı səfirliyinə
istinadla xəbər verir ki, Avstriya Milli Kitabxanasının
baş direktoru xanım Yohanna Rayxinqerin rəhbərlik etdiyi
nümayəndə heyəti səfirliyin
təşəbbüsü ilə 2007-ci il martın 12-dən
14-dək Azərbaycanda səfərdə olarkən müxtəlif
muzeylər və kitabxanalara baş çəkmişdir.
Keçirilmiş görüşlər nəticəsində
Avstriya Milli Kitabxanası tərəfindən Qobustan və
Şamaxı kitabxanalarına iki yüz nüsxə kitab
hədiyyə edilib. Kitabların bir qismi Avstriyanın tarixi,
mədəniyyəti və memarlığından bəhs edir,
digər qismi isə uşaqlar üçün
nəzərdə tutulub.
Palitra.- 2007.- 1 iyun.- S. 15.