Ankarada Türkdilli
Ölkələrin Milli
Kitabxanalarının Konfransı
açılıb
Bugünlərdə Ankarada Türkdilli
Ölkələrin Milli
Kitabxanaları Konfransının
(TÖMKK) ilk toplantısı
olub. Bu barədə APA-ya M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov məlumat verib. Onun bildirdiyinə
görə, belə bir təşkilatın yaranması təklifi ilə ötən ilin dekabrında Türkiyədə keçirilən
TÜRKSOY-un yığıncağında
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev çıxış edib.
Türkdilli ölkələrin
kitabxana sisteminin yaxşılaşdırılması məqsədi ilə yeni yaradılan qurumun toplantısı iki ildən bir keçiriləcək.
Hər toplantıda qurumun yeni sədri
seçiləcək. Ankara
toplantısında qurumun
ilk sədri seçilib. TÖMKK-in ilk sədri Türkiyə Milli Kitabxanasının direktoru
Tüncel Acar olub. Konfransda türkdilli ölkələrin
milli kitabxanalarının
əlaqəsi, türk
xalqlarının tarixi,
ədəbiyyatının mühafizəsi
və təbliği məsələləri, toplu
kataloqların nəşri
müzakirə edilib. Toplantıda Türkdilli ölkələrin Milli Kitabxanalarında qorunan əlyazmaların toplu kataloqunun nəşr olunması planlaşdırılıb.
525-ci qəzet.-2007.-15 iyun.-S.25.