Əhmədova M.

 

Kitabxana işi müasir standartlara uyğun qurulur

 

Bu gün informasiya texnologiyalarının həyatımızın hər bir sahəsinə nüfuz etdiyi bir cəmiyyətdə yaşayırıq. Bununla belə tarixən malik olduğumuz informasiya daşıyıcıları öz əzəli mahiyyətini saxlamaq şərti ilə müasirləşmiş formada insanların xidmətindədir. Müasir kitabxanalar bu mənada bugünki mədəni, iqtisadi, sosial inkişafımızın ayrılmaz tərkib hissəsi kimi geniş imkanlara malikdir. Azərbaycan kıtabxanalarının tarixi qədimdir. Müasir,kitabxanalar isə artıq öz tarixi missiyalarını saxlamaq şərti ilə yeni bir formada fəaliyyət göstərmək əzmindədir. Bu gün həyatımızın hər bir sahəsinin inkişafı üçün dövlətimizin konkret fəaliyyət proqramları mövcuddur. Prezident İlham Əliyevin 20 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması" haqqında sərəncam da respublikamızda kitabxana işinin dünya standartlarına uyğun səviyyədə inkişafına əsaslı zəmin yaradır. Bu sərəncam Azərbaycanda geniş şəbəkəyə malik kitabxana sisteminin təkmilləşdirilməsi ilə yanaşı, elmin, təhsilin, mədəniyyətin inkişafında da müstəsna əhəmiyyətə malikdir.

Bu gün Azərbaycanda müxtəlif profilli kitabxanalar fəaliyyət göstərir. Təhsil Nazirliyinin böyük kitabxana şəbəkəsinə malik Respublika Elmi Pedaqoji Kitabxanasında 4552 məktəb, 110 ixtisas təhsili müəssisəsi, 60 peşə məktəbi kitabxanaları üçün elmi-metodik mərkəz və əlaqələndirmə funksiyasını yerinə yetirir. Həmçinin, Təhsil Nazirliyi və onun kitabxanaları üzrə informasiya mərkəzi rolunu öynayır.

Kitabxana öz fəaliyyətini "Təhsil" və "Kitabxana işi haqqında" qanunulara uyğun günün tələbləri səviyyəsində qurmağa çalışır.

Təhsil naziri Misir Mərdanovun '"Respublikanın ümumtəhsil və peşə məktəbləri kitabxanalarının mövcud vəziyyəti, onu daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 23 yanvar 2006-cı il tarixli əmrinə əsasən, respublikada ilk dəfə məktəb kitabxanalarının fəaliyyətini öyrənmək məqsədilə REPK tərəfindən hesabat formalan hazırlanıb bütün məktəb kitabxanalarına göndərilmiş və İNTERBASE proqramı əsasında REPK-da məlumat bazası yaradılmışdır. Bu proqram vasitəsilə məktəb kitabxanaların fəaliyyətini əlaqələndirmək və mövcud problemləri vaxtında həll etmək mümkündür.

Kitabxana işinin avtomatlaşdırılması, kitabxana informasiya sisteminin yaradılması bu gün qarşıda duran vacib məsələlərdən biridir. Artıq REPK-da informasiya kommunikasiya texnologiyalarından səmərəli şəkildə istifadə edilir. Kitabxananın yeni informasiya texnologiyalan şöbəsi tərəfindən elektron kataloqun və elektron kitabxananın müasir səviyyəyə qaldırılmasında müəyyən işlər görülüb. Məqsəd isə məktəb kitabxanalarında da elektronlaşdırma işini uğurla həyata keçirməkdir.

Kitabxananın işini müasir standartlar səviyyəsinə çatdırmaq üçün hələ bir sıra problemlərin həll edilməsi, nəzərdə tutulan proqramların həyata keçirilməsi gərəkdir. REPK-nın hər bir əməkdaşı inanır ki, Prezident İlham Əliyevin məlum sərəncamından irəli gələn vəzifələri uğurla yerinə yetirməklə bu sahədə böyük nailiyyətlər qazanmaq olar.

 

Xalq qəzeti.- 2007.- 13 iyun.- S. 6.