Kitabxana sistemi unudulmur

 

Bu günlərdə Zaqatala rayonunda "Ekoloji tərbiyə və ekoloji problemlər kitabxanaların rolu" adlı Azərbaycan-Rusiya birgə beynəlxalq konfransı keçirildi. Üç gün davam edən konfransda Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də iştirak edirdi. Rayon icra hakimiyyəti beynəlxalq konfransın yaxşı keçməsi üçün yüksək səviyyədə hazırlıq işləri görmüşdü. Rusiyadan gəlmiş böyük nümayəndə heyəti və respublikamızın kitabxanaçılarından bir qrupu rayona axşam saatlarında çatdılar. Onlar Zaqatala qoruğuna ekskursiya etdikdən sonra şəhərlə də tamş oldular. Səhər nümayəndə heyəti başda Mədəniyyət və Turizm naziri Ə.Qarayev və rayon rəhbəri Asif Əsgərov olmaqla ulu öndər Heydər Əliyevin heykəli önünə tər çiçəklər qoydular. Daha sonra tədbir icra hakimiyyətinin konfrans zalında rəsmi hissə  davam etdi. Giriş sözü Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri L.Məmmədov dedi. O, kitabxanaların insan həyatındakı rolundan damşaraq bugünkü vəziyyətə də toxundu. L.Məmmədova yeni nazir gəldikdən sonra bu sahəyə ciddi diqqət və qayğı olduğunu xüsusi vurğuladı. Daha sonra qonaq Zaqatala rayonunda şahidi olduğu abadlıq işlərindən də danışaraq ölkəmizin günü-gündən inkişaf etdiyini söylədi. L.Məmmədova onların qarşılanmasına da xüsusi toxundu: "Rayon rəhbəri bütün gün ərzində bizi öz nəzarətində saxladı, baxmayaraq onun işləri çox idi, amma hər dəfə o bizlmlə maraqlananda bizə da xoş olurdu".

Tədbiri Tədəniyyət və Turizm naziri Ə.Qarayev davam etdirdi. O, qısa bir müddətdə Zaqatalaya bir neçə dəfə səfər etdiyini söylədi. Burada gedən abadlıq, tikinti-quruculuq işlərini ümumiyyətlə inkiaşfı alqışladı. Çıxışı zamanı nazir bu sähəyə gəldiyi günlərdə kitabxanaların bərbad vəziyyətdə olduğunu gördüyündən məyus olduğunu söylədi. Daha sonra nazir qonaqlara Azərbaycan kitabxanaçılarına diplomlar verdi. Tədbirdə daha sonra Rusiya Federasiyasının İncəsənət, Mədəniyyət və Turizm işçilərinin yenidən hazırlanması Akademiyasının kafedra müdiri, professor T.Kuznetsova çıxış etdi. Qonaq Azərbaycanla Rusiya arasında tarix boyu dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğuladı. Kitabxana və kitabxanaçılara bu qədər diqqət və qayğı göstərildiyinə görə çox şad olduğunu deyən T. Kuznetsova tədbirin yüksək səviyyədə təşkil olunmasından razılığını bildirdi.

Tədbirdə "Ekologiya dövrü insanın formalaşma yolları" mövzusunda Rusiya Ekologiya Akademiyasının vitse-prezidenti, fəlsəfə elmbri doktoru, Rusiya Elmlər Akademiyasının fəlsəfə kafedrasının professoru E.Girisov, "Rusiya kitabxanalarının fəaliyyətinin dövlət və ictimai tənzimlənməsi" mövzusunda Beynalxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Y.Qrixanov və başqaları da çıxış etdilər.

Ruslyadan gəlmiş qonaqlar konfrans zamanı Zaqatalada olduqlarına görə və mədəni istlrahətin təşkilinə görə rayon rəhbəri Asif Əsgərova minnətdarlıqlarını da bildirdilər.

 

Azad Azərbaycan.- 2007.- 5 iyun.- S. 3.