Dövlət Proqramına
əsasən işlər
davam etdirilir
"Azərbaycan" qəzetinin
13 may 2007-ci il tarixli sayında dərc edilmiş "Məktəbimizin binası
yoxdur" başlıqlı
məqalə Mədəniyyət
və Turizm Nazirliyində araşdırılmışdır.
Gədəbəy Rayon
Mədəniyyət və
Turizm Şöbəsi
bildirmişdir ki, rayonun Zəhmət kənd uşaq musiqi məktəbi mədəniyyət evinin binasında yerləşir.
Məktəbin sərəncamına
8 sinif otağı verilmiş və burada tədris üçün hər cür şərait yaradılmışdır.
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi,
habelə ixtisas təhsilli pedoqoji kadrlarla təmin edilməsi məsələləri
Mədəniyyət və
Turizm Nazirliyinin daim diqqət mərkəzindədir. Nazirlik
tərəfindən "Azərbaycan
Respublikasının uşaq
musiqi, incəsənət
və rəssamlıq
məktəblərinin təkmilləşdirilməsi
və inkişafına
dair Dövlət Proqramı" işlənib
hazırlanmışdır. Bu proqrama əsasən
2008-2012-ci illərdə respublikanın
şəhər və
rayonlarında fəaliyyət
göstərən uşaq
musiqi, incəsənət
və rəssamlıq
məktəbləri binalarının
təmiri, yeni binaların inşası, habelə tədris müəssisələrinin zəruri
musiqi alətləri, tədris vəsaiti, inventar və avadanlıqla təchiz edilməsi nəzərdə tutulmuşdur.
Məktəblərin ixtisas
təhsilli pedoqoji kadrlarla təmin edilməsi sahəsində
də müəyyən
işlər görülmüş
və görülməkdədir.
Məqalədə Gədəbəy
rayonundakı 109 kitabxanadan
61-nin şəxsi evlərdə
yerləşdiyi barədə
məlumat verilir. Bildiririk ki, 2006-cı ilin aprel-may
aylarında Mədəniyyət
və Turizm Nazirliyinin tapşırığı
ilə respublikanın
şəhər, rayon
və kənd kitabxana filiallarının
pasportlaşdırılması həyata keçirilmişdir.
Məlum olmuşdur ki, Gədəbəy rayonunda fəaliyyət göstərən bir sıra kitabxana filialları 1946-1993-cü illərdə
şəxsi evlərdə
yaradılmışdır, onların vəziyyəti qənaətbəxşdir.
Rayonun Ərtəpə,
Arabaçı, Dördlər
kəndlərində fəaliyyət
göstərən kitabxana
filiallarının bina
şəraiti qeyri-qənaətbəxşdir. Lakin
bu kitabxanalar şəxsi evlərdə
yerləşmir.
Prezidentinin 20 aprel 2007-ci il
tarixli "Azərbaycanda
kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında" Sərəncamına
əsasən 2008-2013-cü illərdə rayon Mərkəzi kitabxanası
üçün modern
binanın inşa və avadanlıqla təchiz edilməsi, Zamanlı, Göyəlli, Poladlı, D.Rəsullu, İsalı, Qarabağlı,
Gər-gər Söyüdlü, Əlinağılar,
Mutudərə, Ərtəpə,
Arabaçı (Şınıx),
Dördlər, Maarif, Slavyanka, Talakənd, Y.Saratovka kənd kitabxana filialları üçün yeni binaların inşası,
16 kənd kitabxana filiallarının əsaslı
təmiri və avadanlıqla təchiz edilməsi nəzərdə
tutulub.
Şəxsi evlərdə
yerləşən 13 kitabxana
üçün 2008-2013-cü illərdə yeni binalar inşa ediləcəkdir.
Azərbaycan.-2007.-26
iyun.-S.8.