Mirzəyeva T.
Həmişəyaşar
olacaq zeyirxah insan
Xeyırxah insanlar haqqında butün zamanlarda yüksək fikirlər söylənilmiş, yazılmışdır. Bu cür insanlar şairlərin, yazıcı ədiblərin, görkəmli şəxsiyyətlərin əsərərinin şah zirvəsində mədh olunmuşlar və olunurlar da. Mən də belə insanlardan biri olan, ömrümün sonuna kimi həmişə minnətdarlıq hissi ilə xatırlayacağım bir şəxsiyyət, ziyalı haqqında ürək sözlərimi bu kicik məqaləmdə söyləmək istəriyəm. Bu ziyalı şəxs daim öz xeyirxahlığı, yüksək mədəniyyəti ilə secilən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (AMEA MEK) direktoru Aybəniz xanım Kəngərli Əliyevadır. Tələbəlik illərində Aybəniz xanım haqqında yüksək fikirlər eşitmiş, onun əsl elmə, biliyə, savadlı gənclərə qiymət verdiyini, onların gələcəyə doğru, düzgün addım atanlarına şərait yaratdığını eşitmişdim. Aybəniz xanımın böyük cətinliklər qarşısında 2003-cü ildə AMEA MEK-ə "Elmi status" verilməsinə və bu elmi müəssisədə gənc alim kadrların yetişdirilməsi ücün asrirantura pilləsinin ucalmasına nail olması, məni bu Elmi Müəssisənin "Biblioqrafiyaşünaslıq" ixtisası üzrə aspiranturaya sənəd verməyinə səbəb oldu. İmtahan gedişi zamanı mənə öz insani qiymətni verən bu gözəl insan dedi: - Qızım, işləyirsənmi? Mən dedim: - Xeyr, Aybəniz xanım, magistraturanı yenicə bitirmişəm. Ona görə də hələ iş axtarmıram. O isə öz ziyalı, xeyirxahlığnı göstərərək dedi: - Əgər işləmək istəyirsənsə, gəl sənə müəssisəmizdə iş verim, işlə. Gözləmədiyim halda eşitdiyim bu sözlər məni bir anlıq aşdırsa da səmimi, mehriban, nur cöhrəli insan haqqında eşitdiklərimi bir daha sübut etdi. Gənclik həyatımda hələlik iki ən böyük xoşbəxtliyim olub: Birincisi, istədiyim, arzu etdiyim ali məktəbə (BDU) qəbul olmağım, ikincisi isə hec bir vaxt ağlına belə gəlməyən, mənim üçün əlcatmaz olan ocağımız olan Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) hec bir təmənna olmadan, hec bir tapşırıq olmadan işə qəbul olunmağım olub. Belə bir məsəl var, kiminsə əlini cörəyə catdırmaq cox böyük savabdır. Bu həmin insanı aclıqdan, möhtacdan qurtarmaq deməkdir. Bütün bunlara görə mən Aybəniz xanıma heç bir dəyərli hədiyyə verə bilmədim. Cünki xeyirxahlığım qiyməti onun sonsuzluğundadır, əvəz olunmaz böyklüyündədir, səadətindədir. Ona görə ki, hec bir maddi dünya hədiyyəsi yaxşılığın əvəzi ola bilməz. Aybəniz xanım icimi alicənab, əli cörəkli insanın ən böyük hədiyyəsi ulu tanrımız tərəfindən verilən ən böyük savab və hər dəfə namaz qılarkən və maaş alarkən-etdiyim dualarımdır.
Aybəniz xanım, siz təkcə mənim yox, həm də anamın ürəyini şad etmiş oldunuz. Bir ananı sevindirmək nə deməkdir yəqin ki, onu başa düşünürsünüz. Axı siz də anasınız. Anaları, ancaq analar duya bilər. Və bu məqaləni oxuyarkən sizin hansı hisslər kecirəcəyinizi təsəvvür edirəm.
Siz olan arzuların, həm də sizin doğum gününüz, ad gününüz ilə bağlıdır. Gözəl insan, qəlbi geniş, həmişə öz şəxsi fikri olan, sonda öz düzgün qərarını verən, ətrafına özü kimi səmimi insanlar toplayan xanım ana sizi bütün varlığıma bağrıma basıb öpürəm və səmimi qəlbdən sizə can sağlığı, uzun ömür, sağlara həyat arzulayıram. Cünki sizin kimi səxavətli insanlara həmişə ehtiyacımız var. Təbii ki, arzular bitib tükənməz olur. Həyatda bütün gözəlliklərə, layiq olduğunuz zirvəyə catmısınız. Həmişə bu zirvədən" boylanmağımzı, daha da yüksəlməyinizi arzu edirəm. Uca Tanrıdan bir diləyim var ki, sizin "100 illik" yubileyinizi sizi qucaqlayaraq təbrik edim.
Məqaləmin sonunu müqəddəs "QURANİ-KƏRİM"İN bir ayəsi ilə bitirmək istəyirəm "Ya peyğəmbər! İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver. Onlar ücün ağacların altından caylar axan cənnətlər (bağlar) vardır..." (ƏL-BƏ-QƏRƏ surəsi, 25-ci ayə)
Sevimli direktorum siz, sizi sevənlərin,
əl tutdugunuz insanların, xüsusilə də işə qəbul etdiyiniz gənclərin qəlbində
"HƏMİŞƏYAŞAR" olaraq qalacaqsınız.
Kredo.- 2007.- 9 iyun.- S. 13.