Nüşabə

 

Kitabzxanalarımız 6 il ərzində modernləşəcək

 

Lətifə Məmmədova: “Regional kitabxanaların tam elektronlaşması iki il ərzində başa çata bilər”

 

Kitab zəngin mədəni irsi, dünəni, bu günü özündə birləşdirən bir xəzinədir. Hazırda kompyüter əsrində yaşasaq, gündəlik informasiyaların əksəriyyətini internet saytlarının vasitəsilə əldə etsək də, kitab öz aktuallığını itirmir. Bu gün Azərbaycanda kitabxanaların vəziyyətinin yaxşılaşdırılması və onların maddi-texniki bazasının zənginləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülür. Xüsusilə, dövlət başçısının aprel ayının 20-də "Azərbaycan kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncamından sonra Mədəniyyət və Turizm Nazirliyi bu sahə ilə bağlı tədbirlər planı hazırlayıb. Hazırda paytaxtda fəaliyyət göstərən kitabxanaların bir çoxu elektronlaşdırılıb.

Lakin regionlarda bu sahələrdə hələ də problemlər qalmaqdadır. Xüsusilə, bəzi rayon kitabxanalarının istifadəyə yararsız binalarda yerləşməsi, kitab saxlanılması üçün lazımi şəraitin olmaması, kitabxanalarda oxucu zalının olmaması və kitab fondlarında kitabların azlığı kimi problemlər hələ də qalmaqdadır. Hətta bəzi telekanalların bölgələrimizdə apardığı çəkilişlər zamanı ucqar kəndlərdəki kitabxanaların acınacaqlı vəziyyəti bir çoxlarımızda təəssüf hissi də yaradır. Ən yaxşı halda belə kəndlərdə olan kitabxanalar mədəniyyət klublarının nəzdində və ya istifadəyə tam yararsız olan binalarda fəaliyyət göstərir. Amma deyəsən, yaxın 6 il ərzində bütün kitabxanalar modern üslubda və zənginləşdirilmiş kitab fondları ilə birgə oxucularını sevindirə biləcək.

Kitabxanalarımızın nikbin gələcəyi ilə bağlı fikirlər isə bizdə Mədəniyyət və Turizm Nazirliyi kitabxana sektorunun müdiri Lətifə Məmmədoya ilə söhbətdən sonra yarandı. İlk olaraq L.Məmmədova dövlət başçısının verdiyi sərəncamın əhəmiyyətindən danışdr. "Mən bu sərəncamı kitabxanaçılıq tarixində xüsusi əhəmiyyətli bir qərar kimi qiymətləndirirəm. Buna bənzər bir sərəncam olmamışdı. Çünki, sovet dövründə kitabxana işi ilə bağlı verilən bütün qərarlar qurultayların materiallarının və sovet siyasi-ideologiyasının təbliği-təşviqi kampaniyasına xidmət edib. Ona görə də kitabxanalara daha çox təbliğat təşviqat məntəqələri kimi baxırdılar. Sərəncamda belə bir fikir var: "Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sətvətidir. "Bu cümlə əslində böyük bir mahiyyət daşıyıcısıdır. Çünki, milli sərvət nəsillərdən-nəsillərə keçməlidir, qorunmalıdır, zənginləşməlidir. Məncə, bu fikiriər bizim bu sahədə 6 il ərzində görəcəyimiz işlərin epiqrafı hesab edilə bilər. Ümumiyyətlə, bizim xalqın çoxəsrlik, yüksək kitab mədəniyyətinə malik olduğu məlumdur. Sərəncamda bizim kitabxanaların rolu ilə yanaşı, Ermənistanla münaqişədən bu sahənin düşdüyü vəziyyət də göstərilib. Bu sərəncam həm də ulu öndərimiz Heydər Əliyevin başladığı uğurlu siyasətin davamıdır. Bu sərəncam təsadüfi verilməyib. Məhz ulu öndərimizin rəhbərliyi zamanı kitabxana işi haqqında qanun qəbul edilib. 1995-ci il 3 iyun tarixli nitqində isə məıtıum Prezidentimiz kitabxanaçıların fəaliyyəti haqqında dəyərli fikirlər söyləyib."

lumat üçün bildirək ki, hazırda respublikamızda 12 minə yaxın müxtəlif tipli kitabxana fəaliyyət göstərir. L.Məmmədovanın sözlərinə görə, bu saya ölkəmizdə fəaliyyət göstərən xarici fondların, nazirliklərin, idarə, təşkilat, dövlət komitələri, siyasi partiya qəzet redaksiyalarının kitabxanaları da daxildir, "Bildiyiniz kimi, sərəncamda kitabxanaların informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi yer alıb. Bundan başqa kitabxanaların maddi-texniki bazasının möhkəmləşdirilməsi prioritet olaraq göstərilib. Mən deyərdim ki, bu məsələlər sərəncamın onurğa sütunu sayıla bilər."

Onu da qeyd edək ki, sərəncama əsasən, regionlarda yerləşən kitabxanaların modernləşməsi ilə dair ayrı-ayrılıqda tədbirlər planı hazırlanaraq Prezidentə təqdim olunmalıdır. L.Məmmədovadan aldığımız məlumata əsasən, bu tədbirlər planının 2008-2013-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulub: "Adətən tədbirlər planı 3-5 ilə qədər olan bir zaman kəsiyini əhatə edir. Amma bu tədbirlər planı 6 illik bir dövrü əhatə edir bizim məsuliyyətimiz ikiqat artır. Çünki, kitabxana işi böyük bir sahəni əhatə edir. Görüləcək işlər çoxdur. Kitabxanaların tamamilə yenidən qurulması, informasiyaların tətbiqi, yeni kadrlar, yeni konsepsiyalar tələb olunur." Onu da qeyd edək ki, kitabxana işi ilə bağlı ilk konsepsiya Mədəniyyət Turizm Nazirliyi tərəfindən fevral ayında işlənərək hazırlanıb. Bu konsepsiya ölkəmizlə yanaşı, Rusiya kitabxana ictimaiyyətinə təqdim edilib.

Bu konsepsiyada nəzəri problemlər onların həlli yolları göstərilib. Bundan əlavə, bu konsepsiyada kitabxana mühitində, informasiyanın idarə olunması, kitabxana institutunun sosial-ictimai missiyası ölkəmizdə kitabxana xidmətinin təşkil edilmə imkanları sair barədə fikirlər öz əksini tapıb. Bundan əlavə, konsepsiyaya əsasən, respublikamızda ikidilli çoxdilli kitabların nəşri sahəsində işlər görüləcək.

- Region kitabxanalarının vəziyyətindən   danışmamışdan öncə, paytaxt kitabxanalarının xidmətindən danışaq. Çünki, bu sahədə hələ ki, problemlər var.

-  Bu gün çox böyük müvəffəqiyyətlə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında,  Prezident Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasında, Xarici Dillər İnstitutunda elektron kataloq elektron kitabxana mövcuddur. Bu yaxınlarda isə Rabitə İnformasiya Texnologiyaları  Nazirliyinin elektron kataloqunun təqdimat mərasimi keçiriləcək. Yəni, paytaxtda yerləşən irimiqyaslı kitabxanalarda bu uğurla həyata keçirilir. Amma doğrudan da bu sahədə bir sıra problemlər var. Məsələn, Mirzə Fətəli Axundov adına kitabxananın elektron kitabxanasında bir sıra problemlər var.

-  Kitabxanaların elektronlaşdırılması  prosesi regionlarda necə aparılır?

-  Şamaxıda mərkəzi kitabxanada elektron kitabxana artıq mövcuddur. Daha sonra isə Ucar cəbhə bölgəsi olan Goranboyda elektron kitabxana yaradılıb.

- Daha çox Qusar rayonunda kitabxanaların vəziyyətinin ağır olması diqqəti çəkir.

-  Qusar rayonunun kitabxanalarında hələ ki, olmamışıq. Amma planda var ki, bu ay paytaxt kitabxanaları  ilə yanaşı, orada yerləşən kitabxanaların fəaliyyəti təhlil olunaraq müzakirə ediləcək.

Lətifə Məmmədovadan aldığımız məlumata əsasən, artıq Əli  Bayramlıda, Qazaxda, Bərdədə kitabxanaların elektronlaşması ilə bağlı təcrübələr uğurla başa çatıb. Onun sözlərinə görə, regional kitabxanaların tam elektronlaşması iki il ərzində başa çata bilər. Oeyd edək ki, kitabxana binalarının əsaslı təmiri kimi vacib məsələ öz həllini tapmalıdır. Artıq bütün kitabxanaların pasportlaşma işləri başa çatıb. Paytaxtın 15 kitabxanası təmir edilib. Bu kitabxanalardan 1-i Binəqədi rayonunda, 4-ü Qaradağ rayonunda, 5-i Əzizbəyov rayonunda, 1-Suraxanı rayonunda,  4-ü isə Sabunçu rayonu ərazisində yetiəşir. Bundan əlavə Əzizbəyov rayonunda, Suraxanıda da yeni kitabxanaların tikilməsi nəzərdə tutulur. Bundan əlavə, regionlarda 17 informasiya mərkəzləri fəaliyyət göstərir, Mədəniyyət Turizm Nazirfiyi 10 ictimai-hüquqi informasiya mərkəzi açmağı planlaşdırır. L.Məmmədovanın sözlərinə görə, bufsahədə aparılan işlərlə bağlı güc mərkəzləri artıq regionlara keçir: "Biz öz işimizi bununla bitmiş hesab etmirik. Regionlanda da yeni kitabxanalar tikilir. Məsələn, Goranboyda 2 yeni kitabxana istifadəyə verilib." Kitab fondlarının zənginləşdirilrnəsi sahəsində nəzərəçarpan problemlər sırasında isə əcnəbi dillərdə nəşr olunan kitabların region kitabxanalarında olmaması ilə bağlıdır. L.Mpmmədovanın sözlərinə görə, gələcəkdə bu problemlər həll olunacaq. Hələlik bu cür kitablar ucqar kənd kitabxanalarına deyil, məhz həmin rayonların mərkəzi kitabxanalarına veriləcək. İnformasiya mərkəzlərilə yanaşı, regionlarda "Amerika guşələri" fəaliyyət göstərməkdədir. Bu guşələrin informasiya mərkəzlərindən fərqi ondadırki, bura müraciət edən hər bir şəxs ABŞ haqqında ətraflı məlumat ala biləcək. Onu da qeyd edək ki, nazirliyin hazırladığı proqram çərçivəsində kitabxanalarda olan nadir mühüm nəşrlərin qorunması mühafizəsi təşkil olunacaq.

 

Palitra.- 2007.- 12 iyun.- S. 11.