Tahirov K.
Milli kitabxanamız bu gün
2008-ci ildə
özünün 85 illik yubileyini qeyd etməyə
hazırlaşan bu mənəviyyat xəzinəsi 1923-cü
ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı
ilə Respublika Dövlət Kitabxanası kimi
yaradılmışdır. Həmin ilin may ayının
23-də kitabxananın rəsmi açılış
mərasimi olmuşdur.
Milli Kitabxanamız
Azərbaycan Respublikasının ən böyuk dövlət
kitabsaxlayıcısı, milli mətbuatımızın
və kitabiyyatımızın dövlət arxivinin
yaradıcısı, ölkənin bütün kitabxanaları
ücün elmi metodik mərkəz funksiyasını yerinə
yetirən, kitabxanaşünaslıq və
biblioqrafiyaşünaslıq sahəsində aparıcı elmi
mərkəz rolunu oynayan və nəhayət, Azərbaycan
elminin inkisafında xususi xidməti olan elm məbədi və
mənəviyyat xəzinəsidir.
İlk əvvəl Milli
Elmlər Akademiyasının Rəyasət Heyətinin hazırkı
binasının birinci mərtəbəsində
yerləsmişdir. Kitabxana hazırda yerləsdiyi binaya 1960-c ıildə
köcmüşdur. Öz arxitekturasına və milli
koloritinə görə Bakı səhərinin ən
əhəmiyyətli mədəniyyət
abidələrindən biri olan bu bina görkəmli
Azərbaycan arxitektoru, akademik Mikayıl Hüseynov
təəfindən layihələndirilmisdir və şəhərimizi
bəzəyən unikal memarlıq incilərindən biridir.
1939-cu ilin iyulunda
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin
qərarı ilə bu kitabxanaya görkəmli
mütəfəkkir, filosof, realist dramaturgiyamızın banisi
M.F. Axundovun adı verilmisdir və bu gün də kitabxana
ədəbiyyatımızın və mədəniyyətimizin
inkişafında xususi rolu olan bu böyük
mütəfəkkir filosofun adını daşıyır. Kitabxana
yaranarkən Elmi-texniki cəmiyyətin ona ianə etdiyi
cəmi 5 min nüsxə ədəbiyyat fonduna malik olmusdur.
Lakin tezliklə dövlətin ayırdığı vəsait
hesabına kitabxananın fondu sürətlə artmağa
başlamış və 1940-cı ildə 645 min
nüsxəyə catmışdır. İkinci dünya
müharibəsindən sonra M.F.Axundov adına kitabxananın
fondu daha sürətlə artmağa başlamış və
1960-cı ildə 1742300 nüsxəyə catmışdır.
Hal-hazırda Milli Kitabxananın fondunda 5 milyon nüsxəyə
yaxın müxtəlif ədəbiyyat toplanmışdır. 1998-ci
ilin dekabrında Azərbaycan Milli Məclisi
tərəfindən qəbul edilsın və 1999-cu ilin
martında Ümummilli liderimiz, mədəniyyətimizin,
elmimizin və mənəviyyatımızın inkişafında əvəzolunmaz
xidmətləri olan mərhum Prezidentimiz Heydər Əliyevin
fərmanı ilə qüvvəyə minən “Kitabxana
işi haqqında” Azərbaycan Respublikasının Qanunu bütövlqkdə
kitabxana işinin inkişafında yeni bir mərhələ
açmış və M.F. Axundov adına kitabxananın da inkişafında
mühüm rol oynamışdır.
“Kitabxana işi
haqqında” Qanunun M.F. Axundov adına Dövlət Kitabxanasına
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel
2004-cü il tarixli qərarı ilə «Milli Kitabxana» statusu
verilmisdir. Bu status kitabxananın qarşısına qoyulmus
vəzifələrin əhatəsini xeyli genisləndirmis
və ölkənin ictimai həyatında onun rolunu
artırmışdır.
Bu gün M.F. Axundov
adına Azərbaycan Milli Kitabxanası ölkənin baş
kitabxanası kimi, respublikanın əsl mədəniyyət
mərkəzinə, mədəni-kütləvi
tədbirlərin, yeni kitabların təqdimat
mərasimlərinin, müəlliflərlə oxucuların
görüşlərinin keçirildiyi məkana
çevrilib. Son bir il ərzində elə bir ay
olmamışdır ki, Milli Kitabxanada böyük bir tədbir
keçirilməsin, ziyalılar və kitabsevərlər burada
toplaşmasın.
Əlbəttə,
oxucuları kitabxanaya cəlb edən əsas amil
ədəbiyyatın, qəzet və jurnalların
alınmasıdır və son zamanlar Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən bu istiqamətdə bir sıra
məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
İlk öncə kitabxanaya kitab və dövri
mətbuatın alınması üçün
nəzərdə tutulan vəsait xeyli
artırılmışdır. Sonra isə nazirliyin vəsaiti
hesabına çap olunan kitabların sayı
əhəmiyyətli dərəcədə
çoxalmışdır. Bu gün Milli Kitabxana 700-ə yaxm
adda qəzet, jurnal və digər dövri nəşrlər
alır və oxucuların istifadəsinə verir.
Ötən il
ərzində Milli Kitabxananın fonduna 15 mindən artıq
yeni ədəbiyyat daxil olmuşdur. Milli Kitabxanaya daxil olan yeni
ədəbiyyatın sayının artmasında
ölkədə nəşr olunan bütün çap
məhsullarından pulsuz məcburi nüsxələrin alınması
və Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə çap olunan ədəbiyyatın
mühüm rolu var. Prezidentin sərəncamı ilə
çap olunan hər bir adda kitab 25 min nüsxə tirajla buraxılır
və yalnız kitabxanalara pulsuz olaraq Azərbaycan Prezidentinin hədiyyəsi
kimi göndərilir ki, bu da hər bir kitabxanaya orta hesabla 2,5-3
kitabın düşməsi deməkdir. Bu sərəncamın
nəticəsi olaraq son iki il ərzində şəhər
və kənd kitabxanalarımıza daxil olan yeni kitabların
sayı xeyli artıb. Bu gün elə bir kənd kitabxanası
yoxdur ki, il ərzində ən azı 500-800 nüsxə yeni
kitab almasın. Şəhər kitabxanaları isə il
ərzində 1500-2000 yeni kitab alırlar. Halbuki yaxın
keçmişdə kənd və şəhər
kitabxanalarımız çox az miqdarda yeni kitab alırdı. Bütün
bunlar isə oxucuların, kitabxanaya gələnlərin
sayının xeyli artmasına səbəb olub. Həmin
dövr ərzində Milli Kitabxananın daimi oxucularının
sayı 34 min nəfərə, kitabxanaya gələnlərin
sayı isə 226 min nəfərə çatıb. 2006-cı
ildə hər gün Milli Kitabxanaya orta hesabla 820 nəfər
oxucu gəlmişdir ki, bu da bu gün üçün
çox böyük rəqəm hesab oluna bilər.
Fərəhləndirici
haldır ki, 60-70-ci illərdə Axundov kitabxanasında
mövcud olan zallarda oxumaq üçün növbələr
bərpa olunub. İlin bəzi aylarında şənbə
və bazar günləri kitabxanaya gələnlərin sayı
1300-1500 nəfərə çatır və zallarda yerlər
dolduğundan oxucuların qarşısını saxlamaq
məcburiyyətində qalırıq. Oxucuların, kitabxanaya
gələnlərin sayının artmasında ən vacib
şərt yeni ədəbiyyatın artması və zallarda
oxucular üçün hər cür şəraitin
yaradılmasıdır.
Son zamanlar Milli
Kitabxananın binası bütövlükdə Avropa
Şurasının ayırdığı texniki yardım
hesabına tamamilə əsaslı təmir olunmuş və
yenidən qunılmuşdur: bina dam örtüyündən
tutmuş zirzəmisinədək Avropa standartlarına uyğun
təmir olunmuş, bütün oxu zallarında isti-soyuq hava
vuran split tipli kondisionerlər quraşdırılmış,
bütün təsərrüfat sahələri yenidən
qurulmuş, müasir tipli avadanlıqlar
qııraşdırılmışdır.
M.F. Axundov adına Milli
Kitabxana "Kitabxana işi haqqında" Azərbaycan
Respublikası Qanunu ilə ona verilmiş milli çap məhsullarının
arxiv fondunun yaradılması və Milli biblioqrafıya
vəsaitlərinin tərtibi funksiyasını da
müvəffəqiyyətlə yerinə yetirir. Artıq
2004-cü ildən başlayaraq kitabxana ölkə ərazisində
nəşr olunan bütün çap məhsullarının
dövlət qeydini aparır və il ərzində
ölkədə nəşr olunan bütün materialları
özündə əks etdirən "Birillik Azərbaycan
kitabiyyatı"nı çap edir. Milli biblioqrafıyanın
vacib atributu olan bu nəşrin artıq 4
buraxılışı çap olunub, 2001, 2003 və
2004-cü illərin materiallarını əhatə edən 3
buraxılışı isə nəşrə hazırdır
və bu günlərdə işıq üzü görəcəkdir.
Milli Kitabxana 2006-cı
ildən öz fonduna daxil olan yeni ədəbiyyatın cari
biblioqrafık göstəricilərini tərtib etməyə
başlamışdır. «Yeni kitablar» adlı bu cari biblioqrafik-informasiya
göstəricisi hər rübdə bir dəfə
nəşr olunur və həmin dövr ərzində Milli
Kitabxananın fondlarına daxil olan bütün yeni
ədəbiyyat orada öz əksini tapır. Burada Azərbaycan,
rus və digər xarici dillərdə olan bütün nəşrlər
əhatə olunur. Materiallar elm sahələri üzrə qruplaşdırılır
və oxucuların istifadəsini asanlaşdırmaq
məqsədilə hər bir kitabın şifrələri
də verilir.
Hazırda
"Azərbaycan mətbuat salnaməsi"nin nəşri
üçün materialların toplanması prosesi gedir və
Milli Kitabxanaya daxil olan dövrü mətbuatın
əksəriyyətinin məzmunu açılır və orada
gedən bütün vacib materialların analitik
təsvirləri bu nəşrdə öz əksini tapacaq. Bütün
bunlar Azərbaycan mətbuatının elektron məlumat
bazasının yaradılması işinə xidmət edir
və gələcəkdə fundamental milli biblioqrafiya
vasitələrinin tərtibi və nəşri
üçün əlverişli zəmin yaradılması
üçün əsas olacaq.
Müasir dövr informasiyalı
cəmiyyət kimi xarakterizə olunur və sirr deyil ki, bu
gün oxucular məhz yeni informasiya ardınca kitabxanalara
müraciət edirlər.
İnformasiyanın,
kompüterin insanların məişətinə daxil
olduğu, onların gündəlik həyatının
ayrılmaz hissəsinə çevrildiyi bir zamanda,
oxucuların zaman və məkan problemi olmadan lazımi
informasiyanın əldə etməsinə, müasir tipli
informasiya texnologiyalarından istifadə etməklə
bilavasitə iş və yaşayış yerlərindən
dünyanın ən zəngin informasiya
mənbələrinə daxil olaraq lazımi informasiyaları
operativ şəkildə almalarına şərait yaratmaq
istiqamətində M.F. Axundov adına Azərbaycan Milli
Kitabxanasında son illər ərzində məqsədyönlü
işlər görülür. Bütün bu işlərin
nəticəsi olaraq Milli Kitabxananın veb saytının,
elektron kataloqunun və elektron kitabxanasının yaradılması
təmin edilib və oxucuların istifadəsinə verilib.
2006-cı ilin
mayından oxucuların maraqla istifadə etdiyi kitabxananın
saytından 20.216 nəfər, elektron kataloqdan və kitabxanadan
isə5100 nəfər istifadə etmişdir. 2006-cı ilin
dekabr ayında kitabxananın saytından, elektron kataloq və
kitabxanadan 117 nəfər 789 dəfə istifadə
etmişdirsə, artıq bu ilin fevral ayı ərzində
saytdan, elektron kataloq və kitabxanadan 2227 nəfər 3234
dəfə istifadə etmiş və onlar cəmi 30.076
sənəd və materialı oxumuşlar.
Artıq bu gün
kitabxanamızın oxucuları və eləcə də
dünya miqyasında Azərbaycanla maraqlanan bütün
insanlar Milli Kitabxananın saytı və elektron kataloqu
vasitəsilə zaman və məkan problemi olmadan
kitabxanamızın kataloq və fondlarına daxil olaraq ondan
sərbəst bəhrələnə bilirlər. Maraqlı
haldır ki, kitabxanamızın saytına xarici
ölkələrdən oxucular daha çox müraciət
edirlər. Bu gün oxucularımız və respublikamızın
ən ucqar kəndində belə İNTERNET-ə
çıxışı olan hər bir vətəndaş
nəinki Milli Kitabxananın fond və kataloqlarında,
hətta ABŞ-ın Konqres Kitabxanasının və Rusiya
Dövlət Kitabxanasının (keçmiş Lenin
kitabxanası) fond və kataloqlarında da birbaşa axtarış
aparmaq imkanına malikdir. Tezliklə bu sıraya Türkiyə
Milli Kitabxanası da daxil olacaq və bu istiqamətdə
danışıqlar aparılır.
Artıq bu gün
kitabxanaya gələn oxucular sayı yüzlərlə olan
ənənəvi kataloq və kartotekalarda axtarış aparmaq
əvəzinə, kitab verilişi məntəqəsində quraşdırılan
kompüterlərə yaxınlaşaraq 2-3 dəqiqə
ərzində Milli Kitabxananın elektron kataloqunda olan
istədikləri kitabı tapa bilir və sifariş edirlər.
Bu yaxınlarda oxucuların qeydiyyatı və kitab verilisi proseslərinin
də kompüterlər vasitisilə həyata
keçirilməsi nəzərdə tutulur.
Milli Kitabxanada
dünyanın ən böyük və zəngin
kitabxanalarında daha cox tətbiq olunan VTLS-V-RTUA sistemi
üzrə həyata keçirilən kitabxana proseslərinin
avtomatlaşdırılması, oxucu sorğularının
virtual rejimdə ödənilməsinə və
ödənilən arayışların tam şəkildə
məlumat bzassında saxlanmasına şərait yaradır
və onların təkrar istifadəsinə imkan verir. VTLS
avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi
kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında oxuculara
operativ məlumat verilməsi
məsələsini də həll etmişdir.
Çünki kitabxanaya müxtəlif
mənbələrdən daxil olan bütün ədəbiyyat
Milli Kitabxananın saytındakı “Yeni ədəbiyyat”
bölməsində əksini tapıb və oxucular həmin
düyməni basmaqla hər gün kitabxanaya daxil olan yeni
ədəbiyyat barədə məlumat ala bilirlər.
Milli Kitabxana hər il
kitabxana işinin bu və ya başqa
məsələlərinə dair xeyli miqdarda vəsaitlər
nəşr edir və kitabxanalara göndərir. Bunların
içərisində 60-70-ci illərdə çap olunan
və müəyyən səbəblərdən uzun
müddət çap olunmayan «Əlamətdar və tarixi
günlər təqvimi»ni xüsusilə qeyd etmək
lazımdır. 2004-cü ildə bu vəsaitin nəşri
yenidən bərpa olunmuşdur və həmin ildə 2005-ci
ili əhatə edən ilk buraxılış işıq
üzü görmüşdür. 2005-ci ildə 2006-cı
ilə aid buraxılış çap olunmuşdur və bu
günlərdə isə 2007-ci ili əhatə edən
3-cü buraxılışı nəşr edilərək
yerlərə göndərilmişdir.
2001-ci ildə Milli
Kitabxana tərəfindən «Kitabxana işinə dair normativ
aktlar» adlı vəsait hazırlanaraq çap olunmuşdur
və 2004-cü ildə bu vəsaitin ikinci təkmilləşdirilmiş
nəşri olmuşdur və qısa bir zamanda bu vəsait
bütün kitabxanaçıların stolüstü
kitabına çevrilmişdir.
Kitabxana tərəfindən
hazırlanan metodik materialların içərisində
«İkirəqəmli müəllif işarəsi
cədvəlləri»ni xüsusilə qeyd etmək
lazımdır. Latm qrafikalı Azərbaycan əlifbası
ilə tərtib olunan və 2001-ci ildə ilk buraxılışı
işıq üzü görən bu vəsaitin də
2004-cü ildə təkrar nəşri olmuş, 2006-cı
ildə isə əlavə və düzəlişlərlə
ikinci təkmilləşdirilmiş buraxılışı
çap olunmuşdur.
Son illərdə Milli
Kitabxana tərəfindən bir sıra metodik materiallar da
tərtib olunaraq yerlərə göndərilmişdir.
Bunların
içərisində «Kitabxana fondlarının
mühafızəsi və məzmunca köhnəlmiş
ədəbiyyatdan təmizlənməsi», “Böyük Vətən
müharibəsinin 60 illiyi və kitabxanaların xalq şairi
Səməd Vurğunun anadan olmasının yubileyi», «Xalq
şairi Süleyman Rüstəmin 100 illiyi” “31 mart
Azərbaycanlıların soyqırımı
günüdür” kitabxanalarda Nüsrət
Kəsəmənlinin anadan olmasının 60 illik yubileyi
ilə əlaqədar keçirilən tədbirlər və
s. kimi metodik vəsaitləri misal göstərmək olar.
Milli Kitabxana
tərəfindən nəşr edilən bütün
vəsaitlər mütəmadi olaraq yerlərdəki və
Bakı şəhərindəki kitabxanalara göndərilir.
Lakin onların nəşrinə və yerlərə
göndərilməsinə xeyli vəsait və zaman sərf
olunduğundan bu işin də
təkmilləşdirilməsinə ehtiyac duyulurdu. Bu
məqsədlə Avtomatlaşdırılmış sistemin
tətbiqi nəticəsində kitabxananın nəşrlərinin
tam mətnləri kitabxananın saytının
"Kitabxanamızın nəşrləri"
düyməsində yerləşdirilir və istənilən
kitabxana saytın həmin bölməsinə daxil olaraq onlardan
bəhrələnə bilir. Yəni onlar çap olunmazdan
və yerlərə göndərilməzdən xeyli əvvəl
virtual rejimdə bütün respublika kitabxanalarının
və kitabxanaçılarının ixtiyarına verilir.
Milli Kitabxana 70-80-ci illərdə
"Azərbaycan mədəniyyəti və
incəsənəti haqqında yeni ədəbiyyat"
adlı cari biblioqrafik informasiya göstəricisi nəşr
edirdi və maliyyə problemləri ilə əlaqədar
neçə illərdən bəri bu vəsaitin nəşri
dayandırılmışdı. Avtomatlaşdırılmış
sistem tətbiq olunduqdan sonra bu cari biblioqrafık vəsaitin
nəşri bərpa olunub və onun tam mətni kitabxananın
saytında müvafıq bölmədə yerləşdirilib.
Eyni zamanda həmin vəsait nəşr olunaraq Mədəniyyət
və Turizm Nazirliyinin işçilərinə və
sahənin aparıcı mütəxəssislərinə
çatdırılır.
Ayda bir dəfə
çap olunan bu vəsaitdə müvafıq mövzuya dair
kitablar, qəzet və jurnal materialları əksini tapır
və əks əlaqə vasitəsilə əhatə olunan
materialların kserosurətləri tələbatçılara
çatdırılır. İyul ayına aid son
buraxılışdan başlayaraq əhatə olunan materialların
tam elektron mətnləri də saytın müvafiq
bölməsində yerləşdirilir və istənilən
oxucu kitabxananın saytının müvafiq düyməsini
basaraq istədiyi materialın tam mətnini oxumaq imkanı
əldə edir.
Son günlərdə
Yaponiya hökuməti ilə Azərbaycan hökuməti
arasında bağlanan müqaviləyə əsasən, Milli
Kitabxanaya texniki yardım kimi verilmiş müasir tipli texniki
avadanlıqların quraşdırılması həyata
keçirilib. Buraya qiymətli kitab fondlarının
konservasiyasını həyata keçirmək
üçün onların mikrofllmlərinin hazırlanması
və mikrofilmləri oxumaq üçün avadanlıqlar,
hələ keçən əsrin əvvəllərində
buraxılan qiymətli qrammafon vallarının CD
disklərə və audio kassetlərə
yazılmasını təmin edən müasir tipli
qurğular, 15 nəfər fərdi yerlik CD disk, audio kasset,
qrammafon vallarla oxumaq məqsədilə fərdi fonoteka kabineti
üçün avadanlıqlar, kitab təqdimatları və
müxtəlif kütləvi tədbirlərin
keçirilməsi üçün səs-gücləndirici
və akustika avadanlıqları daxildir.
Mikrofılmlərin
mətninin xüsusi kompüter yaddaşına köçürülməsinə
imkan verən qurğu isə xüsusilə əhəmiyyətlidir
və qiymətli kitabların və qəzet-jurnal
dəstlərinin tam elektron mətnlərinin
yaradılmasının sürətləndirilməsi
işində böyük rol oynayacaqdır.
M.F. Axundov adına Milli
Kitabxana Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti
hesabına nəşr olunmuş və alınmış
kitabların da şəhər və kənd kitabxanalarına
göndərilməsi ilə məşğul olur. Belə ki,
nazirliyin mərkəzləşdirilmiş vəsaiti
hesabına tariximiz, mədəniyyətimiz, incəsənətimiz,
elmimiz üçün mühüm əhəmiyyət kəsb
edən kitablar sifarişlə çap olunaraq Milli
Kitabxananın ölkədaxili kitab mübadiləsi
şöbəsi vasitəsilə şəhər, rayon və
kənd kitabxanalarına, eləcə də beynəlxalq kitab
mübadiləsi şöbəsi vasitəsilə dünya
kitabxanalarına göndərilir.
Ötən il ərzində
bu yolla ölkə və dünya kitabxanalarına 26604
nüsxə latın qrafikası ilə çap olunmuş yeni
kitab göndərilib. Azərbaycan həqiqətlərinin
bütün dünyaya yayılmasında mühüm
əhəmiyyət kəsb edən Mədəniyyət və
Turizm Nazirliyinin çap etdirdiyi belə kitabların
sırasına H.Məmmədovanın "Xocalı-şahidlər
və şəhidlər" (rus və ingilis
dillərində), "Azərbaycan milli geyimləri",
"Azərbaycan kinosunun tarixi" ikicildliyi, "Azərbaycan
teatrının tarixindən", "Molla
Nəsrəddin" jurnalının latın qrafıkası
ilə çap olunmuş tam mətni, ayrı-ayrı
mədəniyyət və incəsənət
xadimlərinə həsr olunmuş kitablar, fotoalbomlar və s.
var. Hazırda nazirlikdə Qarabağ məsələsi ilə
əlaqədar 10-dan çox adda kitabın bir neçə
xarici dillərə tərcümə olunaraq dünya kitabxanalarına
göndərilməsi istiqamətində ciddi işlər
görülür.
Milli Kitabxananın strukturu da
tamamilə yenidən qurulub. Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən təsdiq olunan yeni strukturda
müasir dövrün tələbləri ilə
səsləşən bir sıra yeni şöbələr
«Elektron informasiya xidməti», «Kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması və informasiya texnologiyaları»,
«Elektron resurslarının yaradılması»,
«Kitabxanaçıların təlim və tədris
mərkəzi», «Kitabxana siyasəti və metodiki
rəhbərlik» şöbələri və bir sıra yeni
bölmələr yaradılıb.
Bu gün Milli Kitabxana
bütün idarə və sistemlərin kitabxanalarına
virtual rejimdə metodik xidmət göstərir. Belə ki, kitabxananın
saytında «Virtual metodik xidmət» bölməsi
yaradılmışdır və ölkənin istənilən
nöqtəsindən hər bir kitabxana işçisi
müxtəlif sorğularını sayt vasitəsilə Milli
Kitabxanaya ünvanlayır və bir saat, yaxud yarım saat,
yarım gün ərzində öz sorğularına cavab ala
bilirlər.
Respublikamızın bütün
kitabxanaları üçün metodik mərkəz olan Milli Kitabxanada
Mədəniyyət və
Turizm Nazirliyinin əmri ilə
"M.F.Axundov adına Milli, kütləvi və digər idarə
və nazirliklərin iri kitabxanlarının fondlarının
formalaşdırılması və inkişafı",
"Azərbaycan kitabxanalarının
informasiyalaşdırılması", "Kitabxana
fondlarının mühafızəsi, bərpası və
rəqəmli daşıyıcılara köçürülməsi",
«Kitabxanaçı kadrlarının davamlı təhsilinin təşkili»
Konsepsiyaları hazırlanaraq Nazirliyə təqdim
olunmuşdur.
Milli Kitabxananın
beynəlxalq əlaqələri və beynəlxalq kitab
mübadiləsi sahəsində fəaliyyəti də
gündən-günə genişlənir. Bu gün kitabxanamız
Avropa Milli Kitabxanaları Konqresi (CENL), Avrasiya Kitabxana Assambleyası
(BAE), Beynəlxalq Kitabxanalar Cəmiyyəti (İFLA) kimi
beynəlxalq professional təşkilatların fəal
üzvüdür.
Mədəniyyət və Turizm Naziri
cənab Əbülfəs Qarayevin qayğısı və
yaxından köməyi sayəsində milli kitabxanamız son
1 il ərzində dünyanın 8 ən
zəngin milli kitabxanası ilə qarşılıqlı
əməkdaşlıq haqqında müqavilə imzalamışdır.
Buraya Türkiyə, Fransa, Latviya, Rusiya, Qazaxıstan,
M.F. Axundov adına Milli Kitabxana hazırda
dünyanın 30-dan çox kitabxanası ilə fəal kitab
mübadiləsi aparır. 2006-cı ildə bu
kitabxanalardan mübadilə yolu ilə 1296 kitab
alınmış və onlara 916 nüsxə kitab göndərilmişdir.
Hazırda Milli Kitabxana
özünün 85 illik yubileyinin geniş şəkildə
qeyd olunmasına hazırlaşır. Bu ərəfədə
kitabxananın «Elmi əsərləri»nin
nəşrinin bərpa olunması, metodik materiallar
məcmuəsinin və kitabxanamızın
əməkdaşlarının məqalələri toplusunun nəşri,
beynəlxalq elmi konfransın keçirilməsi, xarici
ölkələrdən nüfuzlu qonaqların dəvət
olunması və s. planlaşdırılır.
Milli Kitabxananın fəaliyyəti
daima Mədəniyyət və Turizm Nazirliyinin diqqət
mərkəzindədir və bu günlərdə
hörmətli nazirimiz Əbülfəs Qarayevin
təşəbbüsü və imzası ilə Nazirlər
Kabinetinə M.F.Axundov adına Milli Kitabxananın Avropa
standartlarına uyğun yenidən qurulması, modernləşdirilməsi,
maddi-texniki bazasının möhkəmləndirilməsi
və işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi haqqında təkliflər paketi
təqdim olunmuşdur. Hazırda bu
təkliflərə Azərbaycan hökuməti və
Maliyyə Nazirliyi tərəfindən baxılır və
ümid edirik ki, tezliklə öz müsbət həllini
tapacaqdır.
Mədəni-maarif.- 2007.-¹ 6.- S.37-40.