Yeni kitabxana istifadəyə verilmişdir

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Xanlar rayonunda mədəniyyət ocaqları təmir edilir. Son illər mərkəzi mədəniyyət evi, mərkəzləşdirilmiş kitabxana sistemi, tarix və diyarşünaslıq muzeyi, həmçinin Topalhəsənli kənd mədəniyyət evi əsaslı təmir edilib. Bu yaxınlarda isə Haçaqaya kəndində yeni kitabxana binası sakinlərin istifadəsinə verilib. Açılış mərasimində çıxış edən kənd ziyalıları bu işi həyata keçirənlərə minnətdarlıqlarını bildiriblər.

 

Kino+.- 2007.- 1 iyun.- S. 14.