“AF
Dünya birliyinə fəal inteqrasiya olunan Azərbaycan Respublikası
zəngin turizm potensialına malikdir. Son illər Ölkənin turizm potensialından səmərəli istifadə
edilməsinə, turizm
sahəsində sahibkarlıq
hissinin gücləndirilməsinə
dövlət qayğısı
getdikcə artılılır.
Azərbaycanın zəngin təbii
gözəllikləri, əlverişli
iqlim və coğrafi şəraiti ölkə ərazisində
müasir standartlara uyğun turizm obyektlərinin yaradılmasına
imkan verir. Dörd ulduzlu "AF Hotel-Aqua Park" ailəvi
istirahət kompleksi xidmətin səviyyəsi
və cazibədarlığı
ilə daha çox sevilir.
Bu dörd ulduzlu ailəvi istirahət kompleksi Bakı şəhərindən
21 kilometr kənarda, Novxanı qəsəbəsində,
unikal müalicəvi
mineral duzlara malik olan Xəzər dənizinin sahilində inşa edilmişdir. "AF Hotel -
Hazırda kompleksin
korpuslarında müştərilərin
yerləşməsi üçün
300 standart nəfərlik
otaqlar vardır. Ailəvi dincəlmək istəyənlər
üçün isə
ərazidə 40 üçotaqlı
lyuks nömrələr
(terassa və dənizə çıxan
panoram ilə) və 16 ailəvi ikimərtəbəli lyuks
kotteclər (mətbəxi
İlə) fəaliyyət
göstərir. Bundan
əlavə, kompleksdə
milli və Avropa mətbəxi üsulu ilə yüksək səviyyədə
hazırlanmış müxtəlif
növ yeməklər
təklif edən 7 restoran, bar,eləcə
də sauna və masaj kabinələrinin xidmətləri də müştərilərin ürəyincədir.
"AF Hotel -
"AF Hotel-Aqua Park" ailəvi istirahət kompleksi konsertlər, müxtəlif növ şou proqramlar və biznes tədbirlərinin keçirilməsi üçün
də əvəzolunmaz
bir yerdir. Belə ki,
kompleksdə konfransların və biznes tədbirlərinin yüksək
səviyyədə keçirilməsi
üçün 150 nəfərlik
zal fəaliyyət göstərir. Müştərilər həmçinin poçt,
beynəlxalq və peyk rabitəsi, eləcə də 24 saat ərzində
"WI-FI" internet növü və kitabxana xidmətlərindən də
istifadə edə bilərlər.
Xalq qəzeti.- 2007.- 6 iyun.- S. 8.