Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi mədəni sərvətlərin qorunması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Qobustan Azərbaycan xalqının milli sərvətidir.
Qobustan dövlət tarixi-bədii qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanmışdır. Həmin ərazidə Daş dövründən son orta əsrlərə qədərki həyat məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaratmışlar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara yaşayış yeri, 40 kurqan aşkar edilmiş öyrənilmişdir.
Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması gələcək nəsillərə çatdırılması, eləcə Azərbaycan Respublikasının qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə tapşırılsın ki:
1.1. Qobustan dövlət tarixi-bədii qoruğunun idarə olunması, inkişafı qorunub saxlanılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. Qobustan dövlət tarixi-bədii qoruğu ərazisindəki tarixi mədəni sərvətləri əks etdirən xəritəni bir il müddətində hazırlayıb təsdiq etsin;
1.3. altı ay müddətində Qobustan dövlət tarixi-bədii qoruğunun yeni inzibati binasının layihə-smeta sənədlərinin hazırlanmasını təmin etsin tikintisi üçün tələb olunan maliyyə vəsaitinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.4. Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən qayaüstü təsvirlərə müxtəlif səbəblərdən dəymiş zərərin qiymətləndirilməsi sənədləşdirilməsi üçün müvafiq elmi qrupların yaradılmasını təmin etsin həmin qrupların hesabatlarını altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.5. Azərbaycan Respublikasının Torpaq Xəritəçəkmə Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Qobustan dövlət tarixi-bədii qoruğunun mövcud sərhədləri yaxınlığında yerləşən arxeoloji abidələrin (qayaüstü təsvirlər, kurqanlar s.) mühafizəsini təmin etmək üçün müvafiq ərazilərin sərhədlərini altı ay müddətində müəyyən etsin həmin ərazilərin Qobustan dövlət tarixi-bədii qoruğunun ümumi ərazisinə daxil edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2.
Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Milli Elmlər Akademiyası Qobustan dövlət tarixi-bədii qoruğunun təbii landşaftının qorunması yaşıllaşdırılmasına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qobustan dövlət tarixi-bədii qoruğunun sərhədlərinə yaxın ərazidə yerləşən onun ümumi görünüşünə xələl gətirən həbsxananın başqa əraziyə köçürülməsini təmin etsin.
4.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi altı ay müddətində Bakı-Ələt magistral yolundan Qobustan dövlət tarixi-bədii qoruğunadək mövcud avtomobil yolunun müasir standartlara uyğun yeniləşdirilməsini abadlaşdırılmasını təmin etsin, qoruq ərazisində yerləşən, qayaüstü təsvirlərlə zəngin Cingirdağ Kiçikdaş dağlarına müvafiq avtomobil yollarının çəkilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5. “AzərsuAçıq Səhmdar Cəmiyyəti üç ay müddətində Qobustan dövlət tarixi-bədii qoruğunun Böyükdaş dağının yuxarı aşağı terraslarına su xətlərinin çəkilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
6.1. Qobustan dövlət tarixi-bədii qoruğuna milli qoruq statusunun verilməsi məqsədi ilə müvafiq tədbirləri həyata keçirsin;
6.2. Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən abidələrin qeydiyyatı mühafizəsini, turistlərin qoruğun əməkdaşlarının qoruğun ərazisinə çatdırılmasını, habelə qoruğun fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin etmək məqsədi ilə 2007-ci il ərzində avtonəqliyyat vasitələrinə müasir texniki avadanlıqlara tələbatın ödənilməsi ilə bağlı müvafiq tədbirləri həyata keçirsin;
6.3. 2007-ci ilin ikinci yarısında Qobustan dövlət tarixi-bədii qoruğunun maliyyələşdirilməsinin büdcənin yerli xərclərindən Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin mərkəzləşdirilmiş xərclərinə keçirilməsini təmin etsin;
6.4. bu sərəncamın icrası ilə bağlı maliyyə vəsaitinin ayrılmasını təmin etsin;
6.5. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
7. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun 2007-ci il

 

Xalq qazeti.-2007.12 iyun.-S.2.