Xatun

 

Qədim Şəmkir qülləsi bərpa edilir

 

Aparılan qazıntılar zamanı qiymətli əşyalar tapılıb

 

Əsası 1099-cu ildə qoyulan, 61 metrlik, 124 pilləli qədim Şəmkir qülləsinin bərpasına başlanıb. Rcgionların İnkişafı İctimai Birliyinin (RİİB) sədr müavini Taleh Həmidin   bildirdiyinə   görə,   Mədəniyyət      Turizm   Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafıya İnstitutu, Regionların İnkişafı İctimai Birliyi və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə qədim Şəmkır şəhərinin tarixinin öyrənilməsi zəminində arxcoloji tədqiqatlar aparılır.

O qeyd edib ki, orta əsrlər Arran memarhq nümunəsi olan qədim Şəmkir şəhərinin 22 hcktarlıq ərazisində artıq bir aydır qazıntılar başlayıb. Qazıntılar zamanı saxsi qablar, mis pullar və orta əsrlər döyüşçülərinə aid əşyalar tapılıb. Qədim Şəmkir qülləsinin sütunlarının və məşhur Şəmkir körpülərinin tağlarnın konservasiyası başa çatıb. Hazırda ərazidə AMEA-nm Arxeologiya və Etnoqrafıya İnstitutunun şöbə müdiri Tarix Dostuyev və baş elmi işçi Rəşid Məmmədov tədqiqat aparırlar. T.Həmid əlavə etdi ki yay fəsli arxeoloji qazıntılar üçün ən münasib vaxt hesab olunduğundan, tədqiqatlar payıza kimi davam edəcək.

 

Ayna.-2007.- 20 iyun.- S. 8.