YUNESKO-ya məktub göndərilib
Əbülfəs
Qarayev: “Sərəncam Qobustan qoruğunun ümumbəşəri
mədəni irs siyahısına salınması
üçün növbəti addımdır.
Mədəniyyət və
turizm naziri
Əbülfəs Qarayev "Yanardağ" dövlət
tarixi mədəniyyət və təbiət qoruğunun yaradılması
haqqında" ölkə başçısının
2007-ci il 2 may tarixli sərəncamı ilə bağlı
mətbuat konfransı keçirib. Nazir bildirib ki,
hökumət tarixi irsinin qorunmasında səylərini daha
da artırıb. Bu istiqamətə imzalanan sərəncamların
icrası ilə bağlı məlumat verən
Əbülfəs Qarayev bildirdi ki, müvafıq beynəlxalq
təşkilatlar, o cümlədən YUNESKO-ya məktublar
göndərilib. Nazir əlavə etdi ki, sərəncam
dünya birliyinin, turistlərin diqqətini bu obyektə
cəlb etməyə kömək gəstərəcək.
Qobustanı Azərbaycan
üçün ən vacib abidələrdən biri sayan
nazir, onu xalqımızın çox qədim tarixinin
olduğunu sübuta yetirən nadir nümunələrdən
hesab edir:
"Prezidentin
imzaladığı sərəncam qoruğun beynəlxalq
arenaya təqdim edilməsi və Azərbaycanın
ümumbəşəri mədəni irsinin siyahısına
qəbul olunması üçün növbəti bir
addımdır. Qobustanın tədqiqatları 60-cı
illərdə çox geniş sahəni əhatə
etmişdi və o zaman çox ciddi tədqiqatlar aparılmışdı.
O tədqiqatların əsasında bu qoruğun artıq
sxemləri dəqiqləşdirilib. Bu gün bu qoruğun yeni statusunun
hazırlanması, daha yüksək
maliyyələşdirilməsi, qorunmasının
təminatı və lazımi şəraitlərin
yaradılmasına dair tapşırqlar verilib. Bu çax rahatlıqla
həyata keçirilən tədbirlər olmayacaq".
Bəstəkarlar
İttifaqının qurultayı ilə bağlı
mövqeyini bildirən nazir bunları söylədi:
"Qurumun keçirdiyi
qurultay musiqimizin inkişafinda müəyyən rol
oynayır..Cördüyünüz kimi bir çox
ölkələrdən paytaxta axın var. Gənc və orta
nəsil nümayəndələrinin əsərləri maraqla
dinlənilir. Ümumiyyətlə, bu sahədə
irəliləyişlər danılmazdır. İnanıram ki,
quruma layiqli namizədlərdən biri sədr
seçilməklə, vacib məsələlərin
həllində səylərini
əsirgəməyəcək".
Ayna.- 2007.- 14 iyun.- S. 8.