Xınalıq Dünya Abidələr Fondunun siyahısına daxil edilib
Azərbaycanın Xınalıq kəndi Dünya Abidələr Fondunun nəzarət edilən abidələr siyahısına salınıb.
APA-nın xəbərinə
görə, bu siyahıda dünyada ən çox təhlükə altında
olan 100 abidə yer alıb. Qurumun açıqlamasında
bildirilir ki, Xınalıq kəndinə
əsas təhlükə
iqtisadi inkişaf tempidir: "Xınalıqla
Quba arasında yol çəkilməsi bu kəndin təbiətini dəyişib.
Əvvəllər təcridolunmuş
vəziyyətdə olan
kənd indi həm turistlər, həm də kommersiya fəaliyyəti üçün əlçatan
bir yerə çevrilib. Bunlar kənd əhalisi üçün yeni gəlir mənbəyi olsa da, Xınalığın
unikal xarakterinin pozulacağı ilə bağlı ciddi narahatlıq var". Dünya Abidələr Fondu ümid edir ki, Xınalığın
nəzarət siyahısına
salınması onun unikallığını saxlamaq
şərtilə kəndin
xariclə əlaqələrini
genişləndirəcək
525-ci qəzet.-2007.-9 iyun.-S.32.