Mədəniyyət və Turizm naziri mətbuat
konfransı keçirmişdir
İyunun 12-də
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
"Yanar dağ" Dövlət tarixi-mədəniyyət
və təbiət qoruğunun yaradılması
haqqında" 2007-ci il 2 may tarixli Prezident
Sərəncamının icrası ilə bağlı
mətbuat konfransı keçirmişdir.
Nazir
demişdir ki, Azərbaycan hökuməti xalqımızın
tarixi irsinin qorunmasına böyük diqqət yetirir. Bununla
əlaqədar bir sıra sərəncamlar verilmişdir.
Əbülfəs Qarayev
Sərəncamdan sonra görülən işlər
barədə məlumat vermişdir. O bildirmişdir ki,
müvafiq beynəlxalq təşkilatlara, o cümlədən
YUNESKO-ya məktublar göndərilmişdir, Şübhəsiz
ki, Sərəncam dünya birliyinin, turistlərin diqqətini
bu obyektə cəlb etməyə kömək
göstərəcəkdir.
Respublika.- 2007.- 13 iyun.- S. 5.