İki ay
müddətində olduqca ciddi işlər
görüləcək
Əbülfəs
Qarayev: “Prezidentin Qobustan mədəni-tarixi qoruğunun qorunmasına dair
sərəncamın icrası üçün təkliflər
hazırlayırıq
İyunun 11-də
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qobustan
dövlət tarixi-bədii qoruğu ərazisində
yerləşən tarixi və mədəni
sərvətlərin qorunması haqqında sərəncam
imzalamtşdır. Sərancamda Qobustan dövlət tarixi-bədii
qoruğu ərazisində yerləşən milli
sərvətlər xəzinəsinin qorunması və
gələcək nəsillərə
çatdırılması, eləcə də Azər-baycan
Respublikasının qədim mədəni irsinin geniş
miqyasda təbliğ olunması ilə bağlı qəralar
verilmişdir.
Dünən
Azərbaycan Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayev mətbuat nümayəndələri
ilə görüşündə ölkə Prezidentinin
imzaladığı sərəncamla bağlı
açıqlama verdi. O, qeyd etdi ki, Azərbaycanda mədəni
irsin qorunmasma müasir dövrümüzdə xüsusi
əhəmiyyət verilir. Bu silsilə qəbul olunmuş
əhəmiyyətli sərəncamlar sırasında iki ay
bundan əvvəl Yanardağ qoruğunun yaranması ilə
bağlı imzalanan sərəncamm qərarları artıq
həyata keçirilir. "Yanardağ qoruğunun yaranması
ilə bağlı işçi qrupu fəaliyyət
göstərir. Belə ki, Yanardağ qoruğunun
xəritəsinin dəqiqləşdirilməsi, status
verilməsi və
s. bağlı proses gedir. Ölkə Prezidentinin imzaladığı
Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində
yerləşən tarixi və mədəni sərvətlərin
qorunması haqqında sərəncamı xüsusilə
əhəmiyyətlidir. Qobustanın Azərbaycan
üçün vacib olan abidələrdən biridir."
Dövlət rəhbərinin imzaladığı
sərənacam ictimaiyyət və bu sahənin mütəxəssisləri
tərəfindən böyük məhəbbətlə
qarşılanır. Azərbaycana gələn turistlərin
diqqətinin artırılması, beynəlxalq standartlara cavab
verən bir səviyyədə Qobustanın inkişaf etdirilməsi
ən ümdə məsələlərdən biridir.
Azərbaycanın ümumbəşəri irsə qəbul
olunmasında bu sərəncam əhəmiyyət kəsb
edən addımdır.
Əbülfəs Qarayev qeyd etdi ki,
Qobustan abidəsinin tədqiq olunması ötən əsrin 60-cı illərində geniş sahəni əhatə edirdi. "Xüsusilə, bu sahənin mütəxəssisi
alim Cəfərzadə
tərəfindən bu
tədqiqat işləri sürətlə aparılmışdır. Məhz bu tədqiqatın nəticəsidir ki, Qobustan abidəsinin sxemi müəyyənləşdirilmişdir."
Azərbaycan xalqının milli sərvəti olan Qobustan dövlət tarixi bədii qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanmışdır. Həmin əräzidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini ulu əcdadlarımız min illər ərzində yaratmışlar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində bu günə qədər alimlər tərəfindən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilmiş və öyrənilmişdir.
Sərancamda Qobustan dövlət tarixi-bədii qoruğunun idarə olunması, inkişafı və qorunub saxlanılması ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırıqlar verildiyin bildirən nazir ölkə Prezidentinin imzaladığı bu sərəncamm rahat bir şəkildə həyata keçirilməsinin qeyri-mümkün olduğunu vurğuladı. Belə ki, qarşıda görüləsi işlər hələ çoxdur. Təcridxananın başqa yerə köçürülməsi, onun ətrafındakı neft boru kəmərlərinin dəqiqləşdirilməsi və s. işlərin tez bir şəkildə həyata keçirilməsi həqiqətlərə uyğun deyildir. Əbülfəs Qarayev iki ay müddətində bu işlərin planlaşdırılması üçün tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. O bildirdi ki, mədəni irsin qorunması ilə bağlı məşğul olan beynəlxalq təşkilatlara, eləcə də, YUNESKO-ya bu məsələ ilə bağlı məktublar göndərilmişdir.
Qobustan dövlət tarixi-bədii qoruğu ərazisindəki tarixi və mədəni sərvətləri əks etdirən xəritənin bir il müddətində hazırlayıb təsdiq edilməsi, altı ay müddətində Qobustan dövlət tarixi-bədii qoruğunun yeni inzibati binasının layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulmuşdur.
Əbülfəs Qarayev Prezidentin sərəncammın təkcə Mədəniyyət və Turizm Nazirliyinin deyil, eləcə də, bir çox nazirliklərin müvafiq layihələri əsasında həyata keçiriləcəyini söylədi. Azərbaycan Respublikasımn Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Qobustan dövlət tarixi-bədii qoruğunun mövcud sərhədləri yaxmlığında yerləşən arxeoloji abidələrin (qayaüstü təsvirlər, kurqanlar və s.) mühafizəsini təmin etmək üçün müvafiq ərazilərin sərhədlərini altı ay müddətində müəyyən edilməsi və həmin ərazilərin Qobustan dövlət tarixi-bədii qoruğunun ümumi ərazisinə daxil edilməsi barədə təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulmuşdtır.
Qobustan dövlət tarixi-bədii qoruğuna milli qoruq statusunun verilməsi məqsədi ilə Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən abidəiərin qeydiyyatı və mühafizəsi, turistlərin və qoruğun əməkdaşlarının qoruğun ərazisinə çatdırılmasını, habelə, qoruğun fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi səramcamda öz əksini tapmışdır.
Nazir sonda bu
sərəncamla bağlı
daha ətraflı açıqlamalar veriləcəyini
bildirdi.
Səs.- 2007.- 13 iyun.- S. 12.