Əbilov Aydın Xan

 

Kulturoloji turizm

 

Bu günlərdə Avropadan mənə Almaniya Federativ Respublikasının dövlət qurumu tərəfindən dünyanın aparıcı dillərində nəşr olunan "Almaniya" dərgisinin yeni sayını göndərmişdilər. Mədəniyyət və turizm məsələlərinə həsr olunmuş dərginin bu maraqh yeni sayının əsas intonasiyası belə idi: qiymətlərin bahalığına, mənzərəli təbiətinin yoxluğuna baxmayaraq, Almaniya özünün minlərlə muzeyi, hər il müntəzəm keçirilən musiqi, mətbəx, poeziya, folklor, kitab, kino festivalları, beynəlxalq idman yarışları, sərgiləri, bir sözlə, kulturoloji hadisələriylə dünya turistlərinin sevimli səyahət - görüş yerinə çevrilir. Bundan isə həm dövlət büdcəsi qazanır, həm böyük alman mədəniyyəti təbliğ olunur və dünya ictimaiyyətinə tanıdılır, həm de estetik sahələrin inkişafina yeni təkan verilir...

Diqqətlə nəzər salsaq, son vaxtlar Azərbaycanda da bu istiqamətdə böyük layihələr həyata keçirilir: ölkə başçısının sərəncamı ilə məmləkətimizin hər yerində olimpiya mərkəzləri tikilir, muzeylərimiz, teatrlanmız, mədəniyyət ocaqlanmız, konsert saraylarımız təmir edilir, bəziləri yenidən qurulur, bərpa edilir, təzələri yaradılır, turizm və səyahət, kütləvi əyləncə obyektləri, müxtəlif ulduzlu mehmanxanalar inşa edilir.

Bu yaxınlarda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birbaşa iştirakı ilə Beynəlxalq Düma -Qafqaz Turizm layihəsinə start verilib. Ən son fakt kimi isə Prezident İlham Əliyevin sivilizasiya mərkəzləri sayılan qədim İçərişəhər və ulu Qobustanla bağlı tarixi fərmanları xatırlatmaq yerinə düşər. Deməli, dövlət səviyyəsində dünyada gedən qlobal kulturoloji proseslərə vaxtında reaksiyalar var...

Bəli, dünya turizm sənayesi artıq əyləncə hadisəsi funksiyasını dəyişərək, qlobal mədəniyyətlərarası mübadilə -tanışlıq prosesinə çevrilir. Aydın məsələdir ki, münaqişə bölgəsi sayılan, turizm infrastrakturla hələ beynəlxalq standartlara cavab verməyən Güney Azərbaycan dünyanın müxtəlif ölkələrindən axışan turistlərdən ötrü daha çox sivilizasiyalan qovuşdugu ecazkar, qədim mədəniyyət məkanı kimi daha çox maraqlıdır. Respublikamıza axışan xarici ziyarətçilərin sayın ildən-ilə artması da daha çox bu amillə izah etmək mümkündür. Dövlət rəsmilərinin vurğuladıqla kimi, bizdə turizm-əyləncə sahəsində xidmət xərcləri çox bahadır əcnəbi turist o qiymətə rahatca gedib Misirdə, Türkiyədə hətta Şərqi Avropa ölkələrində istirahət edə bilər.

Bizim hamımız, istər dövlət orqanla - Mədəniyyət Turizm Nazirliyi, rayon şəhərlərdəki əlaqədar idarələr, istər ictimai təşkilatlar turizm, art-turizm, eko-turizm, səyahət, tələbə turizmi, etno-turizm, daxili xarici səyahət b. problemlərlə məşğul olan vətəndaş cəmiyyəti təsisatla, istərsə bu tez inkişaf edən sahəyə maliyyə vəsaiti yatıranlar biznes qurumla, fərdi sahibkarlar çalışmalıdırlar , ölkəyə təşrif buyuran hər bir əcnəbi turist sadəcə gəzməyə, Azərbaycara görməyə gəlməsin, həm buranı yaxından öyrənsin, mədəniyyətimizi, həqiqətlərimizi, tarixi-mədəni irsimizi tanısm ən əsası isə buradan geri dönəndə haqqı ödənilməyən reklamçıya, təbliğatçıya çevrilsin. Əslində bu, qlobal kulturoloji turizmin əsas tələblərindən - standartlanndan biridir.

Bu il Respublika Mədəniyyət Turiztn Nazirliyinin Bakıda, eləcə bölgələrdə keçirdiyi Novruz şənlikləri, Nar bayramı kimi milli hadisələr beynəlxalq aləmdə böyük kulturoloji-turistik əks-səda oyatdı. üçün Azərbaycanda Şərq poeziyası mətbəxi festival, yaxud milli plov paxlava günləri, xalq musiqisi, muğam, folklor rəqsləri karnaval təşkil edilməsin?! Bakıda bu günlərdə keçirilən beynəlxalq caz festivalı xatırlatmaq isə lap yerinə düşər...

Hər bir azərbaycanlı isə tadığı xaricini məmləkətimizə dəvət etmək üçün istənilən sivil vasitələrdən - İnternet elektron yazışmalardan, məktublaşmadan, şifahi dəvətlərdən b. üsullardan yararlanmalıdır.

Yazıçı dostum Elçin Hüseynbəylinin yenicə işıq üzü görmüş roman-ekskursunu - "On üçüncü Həvari - 141-ci Don Juan" kitabını əlimə alan kimi ağlıma belə bir fikir gəldi: üçün Oruc bəy Bayatlı, yaxud qədim İpək Yolu, Naxçıvatıdakı Nuh peyğənbərin gəmisi kimi Azərbaycamızın keçmişini Avropa dünya tarixinə calayan hadisələrlə bağlı qlobal turist marşrutla layihə şəklində gerçəkləşdirməyək. Bununla da Azərbaycan özünün mədəni sərvətlərini maddi zənginliyə çevirərək əcnəbi səyahətçilərin axışdığı turizm məkanına çevrilə bilər...

 

Yaddəş.- 2007.- 21 iyun.- S. 12.