Azərbaycan rəssamlarının soyqırım mövzusunda əsərlərinin sərgisi açılıb

 

Dünən Muzey Mərkəzində, 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş sərginin açılışı olub. APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, 92 il əvvəl törədilmiş mart soyqırımı Azərbaycan xalqının tarixinə növbəti qanlı hadisələrdən biri kimi daxil olub: “Bu tarix hamımıza yaxşı məlumdur. Həmin ağır günlərdə erməni daşnakları silahlı bolşevik cəza dəstələri Bakıda ölkənin digər bölgələrində dinc azərbaycanlı-türk əhaliyə divan tutub, xalqımıza qarşı əsl soyqırımı törədilib. Zaman-zaman xalqımızın başına gətirilən bəlalar şübhəsiz ki, bizim istedadlı insanlarımızı da daim təsirləndirir onların yaradıcılığında dərin iz buraxır”. Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov isə çıxışında bu tarixin rəssamlarımızın əsərlərində yaşadığını qeyd edib. İttifaq sədri bildirib ki, azərbaycanlıların soyqırımı gününə həsr edilmiş sərginin təşkilində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xalqımızın başına gətirilən bəlaların Azərbaycan rəssamlarının yaradıcılığına göstərdiyi təsiri nümayiş etdirməkdən, günahsız qurbanların əziz xatirəsinin anılmasından ibarətdir. Sərgidə 90-dan artıq müəllifin 100-dən çox əsəri nümayiş olunur. Qeyd edək ki, sərgi Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

 

 

525-ci qəzet.- 2010.- 1 aprel.- S.7.