Ələsgər Ələkbərovun 100 illik yubileyi qeyd olunub

 

Dünən Muzey Mərkəzində böyük aktyor Ələsgər Ələkbərovun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Dövlət film Fondunun təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev Ə.Ələkbərovun XX əsr milli teatr kinomuzun ən görkəmli simalarından biri olduğunu diqqətə çatdırıb. Mərhum sənətkarın Azərbaycan mədəniyyəti qarşısındakı müstəsna xidmətlərindən söz açan C.Quliyev, onun həyat yaradıcılıq yoluna nəzər salıb: “Ələsgər Ələkbərovun Milli Dram Teatrında ən böyük sənət qələbələri Otello Vaqif obrazlarıdır. O, Vaqif rolunda 500 dəfədən çox səhnəyə çıxıb. Aktyor bir sənətkar kimi kamilləşdikcə kinoda teatrda bir-birinin ardınca müxtəlif səpkili, dərin məzmunlu obrazlar yaradıb”.

Kinoşünas Aydın Kazımzadə isə Ə.Ələkbərovun yaradıcılığında ekran rollarının xüsusi yer tutduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb: “İlk dəfəVulkan üzərində evfilmində Həsən rolunda çəkiləndə onun 17 yaşı var idi. Bundan sonra Ələsgər ƏləkbərovLətif”, “Altıncı hiss”, “Almaz”, “Yeni horizont”, “Qara daşlar”, “Kölgələr sürünür”, “Ögey ana”, “Leyli Məcnunfilmlərində çəkilib. Görkəmli sənətkarınKəndlilər”, “Fətəli xan”, “Uzaq sahillərdə”, “Səhər”, “Böyük dayaqfilmlərində yaratdığı obrazlar Azərbaycan kino tarixində xüsusi yer tutur. Parlaq istedada malik Ələsgər Ələkbərov 50 ilə yaxındır ki, aramızda yoxdur. Buna baxmayaraq, xalqımız istedadlı oğlunu bu gün sevir, onu məhəbbətlə yad edir, xidmətlərini yüksək qiymətləndirir”.

Görkəmli aktyorun 100 illik yubiley tədbirində sənətkarın həyat yaradıcılığını əks etdirən fotoşəkillər onun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.

 

 

525-ci qəzet.- 2010.- 3 aprel.- S.23.