Daha birPəncərə

 

Pəncərəmədəniyyət jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayı da baş redaktor Günel Anarqızının oxuculara xitabı ilə açılır.

Şəbəkəbölümündə ötən ilin dekabrından bu ilin fevralınadək keçirilən mühüm tədbirlər, mədəniyyət incəsənət xadimlərinin xatirəsinə həsr olunmuş gecələrin qısa xülasələri yer alıb.

ToplununDünya bir pəncərədiradlı bölməsi böyük cazmen Vaqif Mustafazadənin həyat yaradıcılığını əks etdirir. Məqalədə V.Mustafazadənin sənətə gəlişi, caza olan sevgisi onun özünəməxsus fantaziyası barədə düşüncələr oxuculara təqdim olunub. Cazmenin yarımçıq qalanYuxu görürəm”, “Onsuz həyat olurmu”, “Çox da aramızda körpülər yoxdurəsərləri ilə onun ömür yolu arasında maraqlı bir ahəngdarlıq olduğu vurğulanıb: “Melodiyalar Vaqif Mustafazadənin ürəyində axirətə qovuşsa da, bu adlar onu sevənlər üçün sanki bir ismarıc olaraq qaldı. Həqiqətən fantaziyanınyoxluğu yuxu kimidir. olsun ki, onunla aramızda körpülər yoxdur, əvəzində eCAZkar musiqisi daim sənətkarın varlığından xəbər verir... Onsuz həyat olurmu?”

 Pəncərədən əsdi küləkadlı bölümündəki Sara Oğuz NəzirovanınKüləkdən yoğrulmuş palitraməqaləsi görkəmli rəssam Tofiq Cavadovun xatirəsinə həsr edilib. Onun yaratdığı tablolardan, ömür yolundan faciəvi ölümündən söhbət açılıb. Müəllif T.Cavadovun yaradıcılığında daha çox küləkli mənzərələrə təsvirlərə yer verməsinin onun xasiyyəti ilə oxşarlıq təşkil etdiyini vurğulayıb: “Rasim Babayev deyib ki, Tofiq öz tablolarının obrazlarına oxşayır. Tofiq Cavadovun tamamlaya bilmədiyi, sonralar sənətşünaslarınKüləkadlandırdıqları monumental əsəri onun kətan üzərində küləklə son dialoqu oldu”.

Xalq yazıçısı AnarYaralı heykəl, yaralı yaddaşadlı məqaləsində Azərbaycanın qədim şəhəri olan, hazırda erməni işğalı altında inləyən Şuşanın yaranma tarixindən, Xan qızı Natəvandan bəhs edib: “XIX əsr şairəsi Xurşid Banu Natəvanın adı gələndə xatirələrdə onun doğma şəhəri Şuşa canlanır. Şuşanı xatırlayanda özümüzdən asılı olmayaraq Natəvanı yada salırıq...”

Pəncərədən səs gəliradlı bölümdə Nərmin Əliyevanın mahir nağara ifaçısı Natiq Şirinovla müsahibəsi yer alıb.

Rejissor haqqında paradoksyazısında Məryəm Əlizadə çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlunun potretini yaradıb.

Danimarkada yaşayan həmyerlimiz, pianoçu Kəmalə Hüseynovanın müsahibəsi jurnalda öz əksini tapıb.

Pəncərədən baxanbölməsindəXəzərteleviziyasında yayımlananPəncərəverilişinin aparıcısı Nərgiz Cəlilova ilə müsahibə verilib.

Topluya daxil edilən yazılar içərisində peşəkar stomatoloq, eyni zamanda istedadlı rəssam musiqiçi olan Yaqub Kasımoğlu haqqındaSənət sənətkarməqaləsi var. JurnaldaAzərbaycanfilmkinostudiyasında istehsal olunanArxada qalmış gələcəkfilmilə bağlı maraqlı fikirlər əks etdirilib.

Mənim qırmızı almambaşlıqlı yazıda gənc istedadlı skripkaçı Cəmilənin uğurları əks olunub.

Nəşrin sonunda yazıçı Orxan FikrətoğlununAyrıchekayəsi verilib.

 

 

Günel MUSAYEVA

 

525-ci qəzet.- 2010.- 3 aprel.- S.23.