Natiq Rəsulzadənin
yeni kitabının təqdimatı olub
Azərbaycan Yazıçılar Birliyində (AYB) əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadənin rus dilində nəşr edilən “Fikirləri oxuyan” kitabının təqdimatı olub. AYB-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə sözügedən qurumun sədri Anar, tanınmış ictimai xadim Ramiz Abutalıbov, yazıçı Çingiz Abdullayev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, yazıçı-publisist Aqşin Babayev və başqaları N.Rəsulzadənin həyat və yaradıcılığından, onun əsərlərinin əhəmiyyətindən danışıblar. Yeni kitabına yazıçının son iki ildə qələmə aldığı 14 əsəri toplanıb. Sonda yazıçı tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, kitablarını öz imzası ilə oxuculara təqdim edib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2010.- 6 aprel.- S.7.