Ağsuda Səməndər
Rzayev təntənəsi
Martın 27-də – Beynəlxalq
Teatr Günündə
Ağsu rayonunda respublikanın əməkdar
artisti, Dövlət Mükafatı laureatı,
Səməndər Rzayevin
xatirəsinə həsr
olunmuş məclisdə
hər kəs kövrəlmişdi, xatirə
söyləyənlər də,
dinləyənlər də.
Qəlbində el-oba
məhəbbəti, dilində
Vətən, Azərbaycan
kəlməsi bitən
S. Rzayevin – Bulaq Dədənin söylədiyi
“Azərbaycan” şeiri
ilə başladı məclis. Məclisin əziyyətinə qatlaşan
ssenari müəllifi və aparıcı, AMEA
N.Gəncəvi adına
Milli Ədəbiyyat Muzeyinin Aran Regional şöbəsinin
müdiri Yaqut Bahadurqızı dilə gəldi: – Baharı çox sevirdi Səməndər. Baharda təbiət çox füsunkar olur axı... Səməndər
də təbiətin vurğunu idi. Ona görə də hər bahar gələndə Bulaq Dədə daha şövqlə salamlayırdı
el-obasını. Torpağın
oyanmasından, təbiətin
canlanmasından elə
həvəslə söhbət
açardı ki, səsi bulaq kimi qaynayar, sevinci çaylar kimi çağlayıb daşardı... Baharı
çox sevirdi Səməndər. Bulaq Dədə
demiş, elə ona görə də yayın nəfəs təntidən
istisini, payızın
qəlb üşüdən
xəzanını, qışın
qan donduran boz sifətini gözləmədən, elə
bahardaca, erkən, lap erkən – cəmi 41 yaşında əbədiyyətə qovuşdu.
Neylək, bu da bir alın
yazısı, bu da bir tale. Kimlər
gəldi, kimlər keçdi bu dünyadan... S.Rzayev qısa ömründə səhnəmiz, sənətimiz,
mədəniyyətimiz üçün
çox şey qoyub gedib, apardığı
isə el-oba məhəbbəti, tamaşaçı,
dinləyici sevgisi, alqışı, bir də ki, axirət
rəhməti və duası... Məclisin təşəbbüskarları Ağsu rayon icra hakimiyyətinin başçısı
Ə.Seyidəliyev və
millət vəkili Ərəstun Cavadov məclis əhlini və qonaqları səmimiyyətlə salamladılar,
S.Rzayevin sənətinə
ehtiram əlaməti olaraq Ağsu şəhərində onun
adını daşıyan
mədəniyyət mərkəzinə
yeni, müasir layihəli bina tikildiyini qeyd etdilər. Məclisin maraqlı cəhətlərindən
biri də o idi ki, S.Rzayev,
şərti olaraq, aparıcı ilə bərabər bu yığıncağı “idarə
edirdi”. Səhnədə qoyulmuş böyük
ekranda onun çəkildiyi filmlərdən
kadrlar, oynadığı
dram əsərlərindən parçalar, televiziya tamaşalarından fraqmentlər
göründükcə tərəf-müqabilləri,
sənət dostları
səhnəyə qalxırdılar.
Respublikamızın tanınmış
incəsənət xadimləri,
korifey sənətkarları
Fuad Poladov, Rasim Balayev, Yaşar Nuri, Firəngiz Mütəllibova,
Hacı İsmayılov,
Azərpaşa Nemətov,
Telman Adgözəlov,
İlham Əsgərov
və başqaları
S.Rzayevin bu sənətə gəldiyi
ilk gündən, səhnə
fəaliyyətindən, insan,
dost kimi şəxsi keyfiyyətlərindən, tələbəlik
illərindən, çəkilişlər,
məşqlər zamanı
baş verən məzəli anlardan elə xatirələr söylədilər ki, hamının bir gözü ağlayır,
bir gözü gülürdü. Çıxışlar çox səmimi idi. Gəlişigözəl, söz xatirinə,
boğazdan yuxarı deyilmirdi. Bu dəfə
onlar səhnədə
oynamırdılar, özləri
idilər. Doğrudan gülür,
doğrudan ağlayırdılar.
Bu səmimi xatirələrdən
tamaşaçılar anladılar
ki, S.Rzayev xoşbəxt sənətkar
olub – düşmənsiz,
mərdimazarsız, qəlbən
sevən, aradan 24 il ötməsinə baxmayaraq, ölümünə
inanmayan, onu özlərinə böyük
bilən sənət,
həyat dostları ilə. Məclisdə vaxtaşırı olaraq səsləndirilən
lentlər yaddaşlardakı
Bulaq Dədə obrazını bir daha təzələdi.
Çıxışında bu məsələyə geniş yer verən tanınmış
radio jurnalisti İntiqam
Mehdizadə qeyd etdi ki, “Bulaq”
verlişini el arasında
daha çox “ Səməndər Bulağı” kimi tanıyır və sevirdilər. S.Rzayevin fenomenal səs
tembrinə, mətnə
yanaşma tərzinə,
şirin ifaçılığına
görə məhz “Bulaq”verilişi belə ümumxalq məhəbbəti
qazanmışdı. Məclis
iştirakçıları həm də S.Rzayevin həyat və yaradıcılığına
həsr olunmuş, Xədicə Murad müəllifi olduğu “Nağıl dünyamızın
nağıl şahzadəsi”
kitabı ilə də
Nərmin HÜSEYNZADƏ
525-ci qəzet.- 2010.- 6 aprel.- S.7.