Sevgi ətirli günlər...

 

Onu 10 ildir ki, tanıyıram. Elə ilk görüşümüzdən aramızda hədsiz səmimiyyət yarandı. İllər ötdükcə münasibət elə yerə çatdı ki, bu adama sadəcə rəfiqəm deməyim düzgün olmazdı. Mənə hərdən elə gəlir ki, onun nəbzinin dəqiqədə neçə dəfə vurduğunu bilirəm. Amma bir gün hiss etdim ki, bu özüm sandığım adam məndən isə gizlədir. Hər gün dərsdə əlində bir dəftər görürdüm. Boş vaxtımız olan kimi bir tərəfə çəkilib yazır, bəzən oxuyub kövrəlirdi. baş verdiyini anlaya bilmirdim. Tanıya bilmirdim mənim eynim olan bu adamı... Hər dəfə isə soruşmaq istəyəndə cavabı eyni olurdu: “Narahat olma... Mən sadəcə xoşbəxtəm. Hələlik özümü tanımağa çalışıram... Zamanı gələndə hər şeyi danışacağam sənə...” Belə cavabdan sonra heç deyə bilməzdim. Amma maraq mənə güc gəlirdi. Dəftərdə nələrin yazıldığını bilmək istəyirdim. Dəfələrlə heç olmasa iki səhifəsini oxuyum deyə müraciət etsəm razı olmamışdı. Nəhayət, bir gün kitabxanada dəftərini stolun üstünə qoyub sifariş etdiyi kitabları götürməyə çıxdı. Qapıya yaxınlaşdıqca tez-tez dönüb dəftərinə baxırdı. Təbəssümlə işarə etdim ki, narahat olmasın, gözüm dəftərinin üstündədir. Qapıya baxa-baxa açdım dəftərini... İnana bilmirdim. Belə bir adam gündəlik tutmuşdu. Gözüm qapıda idi. Dəftərinə baxdığımı görsəydi, yaxşı olmayacaqdı. Amma maraq dəftəri yerinə qoymağa imkan vermirdi. Özümü tanıya bilmirdim. Başqasının şəxsi həyatına müdaxilə edirəm. Lakin qədər çalışsam da özümlə bacarmadım. Oxumağa çatdırmayacağımı düşünüb gündəliyin iki vərəqini səliqə ilə cırıb kitablarımın arasında gizlətdim. Etdiyim hərəkətə görə üzünə baxa bilməyəcəkdim. Dəftərini götürüb kitabxananın dəhlizinə çıxdım. Üzünə belə baxmadan dəftəri verib təcili getməli olduğumu dedim sürətlə kitabxanadan çıxdım... Gözləməyə səbrim çatmırdı... Tezliklə oxumaq istəyirdim vərəqləri... Hiss edirdim ki, iki vərəqlik yazını oxumaqla qarşımda yeni insan açılacaq... Parka keçib qabağıma çıxan ilk skamyada oturub vərəqləri oxumağa başladım: 19.02.2001 “Hərdən düşünürəm ki, bəlkə mən bunu sənə çox deyirəm, çox yazıram nəticədə bu hissim sənin üçün adiləşə bilər. Amma dərhal da özümü inkar edib inandırıram ki, ola bilməz. Çünki, bizdə heç adiləşə bilməz... Söhbət sənin üçün darıxmağımdan gedir. Bu hiss çox maraqlı bir yol keçdi. Sanki uşaq kimi doğuldu qəlbimdə başladı sürətlə böyüməyə... Əvvəlcə səninlə ünsiyyət çevrildi həyatımın əsas hissələrindən birinə... Bir gün ayıldım ki, əsas hissələrindən biri deyil... Tam həyatımın özüdür. Bəzən bu adi bir əyləncəyə, zarafata da bənzəyirdi... Lakin, bir gün dərk etdim ki, bu elə bir zarafatdır ki, üzərində həyat dayanıb, elə bir əyləncədir ki, yaşamağın özündən ciddidir. . . Bu əyləncə zarafat həyatımın əsas sütununu təşkil etdi qısa zamanda... İndi yaza-yaza təsadüfən gözüm stolumun üstündəki sənin hədiyyə etdiyin qələmlərə sataşdı... Sanki sevən bir cütlükdür... Sevgi adlı maqnitin üstündə baş-başa, sakitcə durublar... Bəlkə onları istifadə etmədiyimdən inciyiblər məndən... Birini çox incə tərzdə götürüb isə yazmaq istədim. Düşündüm ki, ağlıma gələn ilk sözü yazım: İLAHİDƏN GƏLƏN EYNİLİK... Yazımı davam etdirmək istədim. Amma gördüm ki, əlimdəki qələmin maqnit üstündə qalmış Sevgilisi üzümə əsəbi baxır. Yəqin qısqanırdı... Çox günahkar təbəssümlə ona baxıb tez səhvimi düzəltdim. Sevgilisini qoydum yanına. İndi üzümdə xoşbəxt təbəssüm, onlara baxıram. Hər şey cüt olanda, tam olanda gözəldir. Stolumun üstündəki cütlüyün yerinə çox sevinirəm ... Maraqlıdır ki, bəzən sənə isə yazmağa başlayanda hədsiz sakit oluram. Amma yazdıqca içimdə bir milyon hiss baş qaldırır. Hisslər qarışır bir-birinə nəticədə özümə yeni olan duyğu kokteyli əmələ gəlir... Hisslərin içərisindəSevinc, Sevgi, Səadət... Səncə bu S-ləri ilə davam etdirmək olar?. .” 21.02.2001 “Səndən uzaqda bu boyda şəhərdə özümə yer tapa bilmirəm. Axşamlar lap çox darıxıram. Bu gün qərara gəldim ki, fikrimi yayındırmaq üçün qaçmağa gedim. Parkın içi ilə üzü dənizə tərəf qaçırdım. Sonra düşündüm ki, istiqamətimi o tərəfə götürməyim yəqin təsadüf deyil. Həmin istiqamətdə hər an ürəyimi özünə tərəf çəkən isə var. . . Qeyri-ixtiyari etdiyim hərəkətlər məni sənə yaxınlaşdırır. Havadan 19 fevral qoxusu gəlirdi. Nostalji hisslər içimi bürüdü. Təbii ki, səni düşünə-düşünə qaçışımı davam etdirirdim. Yoruldum... Başımı yuxarı qaldırıb dərindən nəfəs aldım. AYı gördüm. Daha doğrusu, onun tən yarısını. Çox gözəl idi. Amma yarımçıq idi. Fikirləşdim ki, AYın yarısını Sən götürmüsən. Sevindim. AYı da mənimlə tən bölürsən. Elə bu sevinclə AY işığı altında yolun işıqlarına tamaşa edərək qaçmağa davam edirdim. Birdən, sanki məni ildırım vurdu. Yolun dalğavarı burulmasından işıqları da S formasında idi. Yadıma 19-u sənə yazdığım S-lər düşdü. Bu da həmin S-lərin davamı. Dayanıb bu böyük S-ə tamaşa edə-edə Bakının küləyi ilə söhbət edirdim. Ona Səndən danışırdım. Külək heyrət içində idi... Dedi ki, sabah hər şeyi günəşə danışacaq. Əminəm ki, günəş heyrətlənəcək. Çünki o indiyə kimi elə hesab edirdi ki, ondan isti yüksək heç yoxdur. Amma küləyin danışdıqlarından anlayacaq ki, var. . . Bilirsən, Səni dünyanın əlindən çoxdan almışam... Sadəcə dünyanın bundan xəbəri yoxdur...” ...Əlimdə vərəqlər heyrətdən donub qalmışdım. Sevgi bu insanı necə dəyişmişdi, İlahi! Bu məni elə təsirləndirmişdi ki, içimdə qəribə duyğular baş qaldırmışdı... Kaş ki, mən ... Birdən arxadan tanış səs eşitdim: “İndi anladınmı belə dəyişməyimə səbəb nədir...?! Üzümdəki işığa, gözlərimdəki parıltıya səbəb Ruhumu dünyaya bağlayan Sevgidir. Başqa səbəb ola da bilməzdi... İndi isə xahiş edirəm qanadlarımı qaytar, uçum gedim öz dünyama...”

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2010.- 10 aprel.- S.29.