ORALARDA KİMLƏR VAR: QÜRBƏTÇİLƏR

 

Zahit El Kesrevi. Namık Kemal. Sabahattin Ali. Nazım Hikmet. Cem Karaca. Fazıl Say

 

GEDƏK BURALARDAN DÖZMƏK OLMUR...

 

Amma hara?

 

Adətən nədən qürbət seçilir? Ən başlıca səbəb dövlətlə aydınlar arasında ümumi bir dil tapmaq mümkün olmur və ziyalılar xarici seçirlər.Bu təkcə yeni azadlıq qazanan ölkələr və məmləkətlərdə baş vermir, həm də böyük tarixə sahib olan məmləkətlərdə də zaman-zaman o ölkənin aydınları, ziyalıları doğma torpaqları tərk etmək zorunda qalırlar.

Türkiyəli yazar Tacəddin Ural ( soyadından göründüyü kimi uzaq Sibir torpaqlarından buralara yerləşmiş) insanlıq üçün çox mühüm və ağrılı bir məqama toxunur bu yazısında. Türklərin vətənini tərk etməsi və mühacir yaşam tərzinə uyğunlaşması...Bu gedişdə bir çoxu haqlı olsa da,bunun lazım olub-olmadığını tarix özü də üzə çıxarır. Amma bu bir həqiqət ki, son illərdə Türkiyədə baş verənlərin ucbatından vətəni tərk etmək vaqiəsi əvvəllər baş vermişlərə heç bənzəmir.

Parisdə bohemlik varkən kim istər Ərzurum valiliyini?

“İslamçılar güclü çıxdılar.Türkiyəni tərk edə bilərəm” – deyən dünyaca şöhrətli pianoçu Fazıl Sayın vətəni tərk edib-etməyəcəyi uzaq keçmişdə yox,dünən-isrən məmləkətin gündəmini alt-üst etmişdi.Hələ də həmin ab-hava ara-sıra ortalığı diksindirir.Bu xəbərdarlıq yenidirmi?Bu hardan qaynaqlanır və bu xəbər nədən bizim də içimizi göynədir.Türkiyənin keçmişində baş verənlərə baxaq.

Osmanlının son dönəmlərində “qismi modernləşmə”dən cəsarət alıb, “artıqlamasıyla modernləşmə” arzusu göstərən ziyalılar, tarixə önəmli notlarla düşən “TƏRKİ-VƏTƏN” ab-havası qazandırmışdır. Tənzimat Fərmanı ilə gələn yeniləşmələri tam olaraq qəbul edə bilməyən aydınlar, hakimiyyətin daha da liberallaşmasını tələb edib, arzuladıqlarına qovuşmayınca yollar aramışlar. Bu ziyalılardan bir qismi Belqrad Ormanında 1865-ci ildə oturduqları yemək süfrəsində gizli bir təşkilat qurma qərarı alacaq, “Jeynne Turc” hərəkatının bünövrəsi qurulacaqdır.Agah Əfəndi, Namık Kemal, Qayazadə Rəşad, Menapirzadə Nuri, Subhipaşazadə Ayetullah, Refik Bəy, Ali Suavi, Ziya Paşa o yemək süfrəsindən sonra baş verənlərin fonunda ölkədən qaçan insanlardan bəziləri.

Türkiyənin çox böyük bir ziyalı dəstəsi, o sıradan “Tasvir-i Əfkarda” yazan Namık Kemal, daxili və xarici siyasəti şiddətlə tənqid edirdi.Nəhayət, bir yazısından ötrü həmin qəzet bağlanmış, özünü də Ərzurum Vali Müavinliyinə təyin etmişlər. “Muhbir” qəzetindən Ali Suava Kastamonuda müəllimlikdən sonra Qalatasaray Sultanasi müdirliyində, Ziya Paşa da Kipr Dövlətində məsul bir vəzifədə eyni vəziyyətdə idilər. Misirli Prens Fazıl Paşa isə ölkəsində hakimiyyəti ələ keçirmək üçün mücadilə içərisindəydi. Gözü zatən Avropada olan Jön Türklərə, kontrolundakı 2,5 milyon qızılın “cazibəsini” hiss etdirincə bir çox isim kimi bu üçlü də eyni gəmiylə Parisə qaçdı. Ancaq yol yoldaşlığı hər zaman “dava arkadaşlığı”na çevrilməyəcəkdi. Gənc yaşında Hacı olan, Şahzadə Camisində böyük bir vəzifə tutan Ali Suava, Parisdə sərazad bir həyat yaşayıb,çox keçməmiş bir yabancı qadınla evləndikdən sonra Namık Kemalı :

“Suavi dedikləri o kiçik adam Parisdə oturmuş yanında madam” misralarını yazacaq qədər əsəbləşdirmişdi.

 

“İpək göstərib, qayıdacam” –dedi. Bir daha dönmədi

 

Abdülaziz dövründə Mustafa Reşit Paşanın təklifi ilə gənc yaşda Saraya girən Ziya Paşanın Jön Türklərə qatılışı isə ən azından “bir az şəxsi” münasibətlə bağlıdır.Mərhum Ahmet Kabaklının “Türk Ədəbiyatı” kitabının üçüncü cildində anlatdığına görə, Ali Paşa Sadrazam olur-olmaz Reşit Paşaya yaxın isimləri ətrafından uzaqlaşdırmış, buna etiraz edən Ziya Paşa da, siyasi yazılarının çoxunu Ali Paşanı “hədəf alaraq” yazmışdı. Bu yazılar çox böyük bir problem yaradınca bir çox Gənç Osmanlı kimi o da Parisə yollanacaq.

Ahmet Rıza Bəy də Bursada Maarif Müdüri ikən, Parisdə ixtilalın yüzüncü ili səbəbi ilə açılan sərgi üçün Sultan 2-ci Abdülhamiddən icazə almışdı : “Bursa ipəklərini onlara göstərib qayıdacam” deyə.

Qayıtmadı təbii.

Bir müddət sonra, Sultana “İslahat Layihəsi” göndərdi. Abdülhamit xatirlərində : “Oxudum, heç bir şey yoxdu. Nə məmləkəti tanıyır, nə də təkliflərinin nə gətirəcəyini hesaba almışdı”-yazır.

Bütün bunlara baxmayaraq,onların halına acıyıb kömək üçün pul göndərirdi.Əslində çox Jön Türkün sağlam “arxaları” vardı; İtalyan və Fransız mason lojaları kimi. İbrahim Temo, Abdullah Cevdət, İshak Sükuti, Nazım, Bahattin Sahir bu dəstəyə daxil olanlardan bəziləri. Günümüzdə də; masonların web sitəsi mason.orq.tr.də Ahmet Mithatdan “kardeşimiz” deyə danışılır.Və o zamandan Avropaya qaçan bir çox türkdən mason olaraq söz açılır.

 

Ofisindən çıxdı, dəniz vağzalına gəldi və o gedən getdi

 

“Qaçanlar” sırasından İslamçı ziyalıların hekayəsi bir az daha fərqli sayıla bilir. Cumhuriyyətin ilk illərini həsrətlə yada salıb bugünkü “qaçma senarilərindən” bəhanələrlə istifadə edənlər “o zamanlarda da “ az deyildi.

Mehmet Akif Ersoyun Misir sərgüzəşti, “Piramitləri görmə sevdası” bəhanəydi əlbəttə.

Eşref Edipin tez-tez təqibə məruz qalıb, cana yığıldığında Akifin yanına qaçması eyni vəziyyətdəndi.

Daha bir çox insanlarımızın Beyrut, Şam, Hicaz, Qahirəyə yerləşməsi də yenə eyni “mücbir səbəb”lərdəndi.

Ancaq Zahid El Kevserinin “qaçışı” ən maraqlılardan birisiydi heç şübhəsiz. İstanbul sayım idarəsində çox vəzifələrdə çalışan Kevseri, İslamdan bir damla da vermək iddiasından vaz keçməyərək, tez-tez hökumətlə tərs düşür və canı sıxılırdı.1922-ci ildə bir axşam müftülük binasında yanına gələn birisi “Xocam, bugün səni aparacaqlar” – dediyində Zahid Əl Kevseri çox sakitdi. Binadan çıxır, Sarayburnuna tərəf gedir, burada Misirə qalxacaq bir gəmiyə minib İstanbula vida edir, ailəsi ilə xudahafizləşmədən belə.

 

“ALDIRMA KÖNÜL”ün hirsli sonu

 

Cumhuriyyətin ilk on beş ilində sadəcə İslamçı aydınlar deyil, sol ya da liberal meyilli yazar və şairlərdən bəziləri də əlacı qaçmaqda görür. Dövlət adına Almaniyada müəllimlik eləyən, Dövlət Konservatoriyasında məsul vəzifələr tutan, Atatürkə dil uzatdıqdan sonra Sinop həbsxanasına düşən, burada o məşhur “Başın önə əyilməsin, aldırma, gönül, aldırma” şeirini yazan SABAHATTİN ALİ, həbsxanadan çıxandan sonra kamyonculuqla məşğuldu. Buna baxmayaraq Milli İstihbartın təqibindən yaxa qutara bilməyən Sabahattin Ali, sonunda Bolqarıstana qaçmağa qərar verir.Ancaq Ali, 2 aprel 1948-ci ildə qaçmaq üçün sözləşdiyii Ali Ertekin tərəfindən Bolqarıstan sərhəddində öldürüldü. “Dərin bir ölümə” qurban getdiyi iddia edilən Sabahattin Alinin məzarının yeri də bilinmir. Sol liberal çizgidən ayrıca Zekeriya – Sabiha Sertel, A. Kadir (Abdülkadir Meriçboyu), Arif Oruc da ölkədən qaçan insanlardan bəziləri.

Məzarı Moskvada olan NAZIM HİKMƏT isə “gedib də dönəməyənlər”dəndi.

 

Yaxın dönəm “fərariləri”

 

Anadolu popun öncü isimlərindən mərhum CEM KARACA, 12 sentyabrda baş verənlərin sonucu olaraq cəzasını Almaniyada yaşamalı olmuşdu.1980-1987-ci illər arasında Almanyada yaşamaq zorunda qalmışdı.1981-ci ildə yanvar ayında Türkiyədə axtarıldığını bilincə illərlə orada qalmağı düşünəcək.Hər şeyi əlindən çıxacaq.İllər sonrası dönəcək.20 il iş kəsəcəklər ona.Turğut Özalın dəvətiylə 1987-ci ildə Türkiyəyə dönən Karaca, köhnə solçu arkadaşlarıyla ideoloji bir hesablaşmaya da girmiş və onlara həcvlər yazmışdı.Cem Karacanın dönəmindən, yurd içində rahat ola bilməyəcəklərini düşünən bir sürə Avropada qalmağı seçənlər arasında pop / protest şarqıçılar Melike Demirağ ilə Selda Bağcan da vardı. Bu gün Avropa Parlamenti millət vəkili olan, “Ah Şu Kara Bıyıklı Türklər” kitabının yazarı Dəmirtaş Ceyhunun oğlu Ozan Ceyhun da 1980-ci illərdə 17 yaşındaykən xaricə qaçan solçu bir gəncdi.

Kinoaktyor Trık Akan isə 23 May 1981-ci ildə Frankfurtda söylədiyi bir niti üzündən məhkəməyə veriləcəyini eşidəndə, bir müddət orda qalmış, ara sakitləşəndən sonra vətənə qayıtmışdı.

Protest musiqinin son dönəm önəmli isimlərindən Ahmet Kaya da, 11 Fevral 1999-cu ildə “Kürtcə şarkı söyləyəcəğim” dediyi üçün; –”mədəni bir ortamda-” Mağazincilər Gecəsində, bir çox iştirakçılar tərəfindən çəngəl-bıçaqla hədələnmiş və Parisə qaçmış az keçəməmiş orada vəfat etmişdi( 16 Kasım 2000-ci il).

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2010.- 10 aprel.- S.27.