Qadın rəssamların əl işləri nümayiş olunur

 

Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Yaradıcı Qadınlar Assosiasiyasının (YQA) təşəbbüsü ilə qadın rəssamların əl işlərindən ibarət sərgi təşkil edilib. Sərginin açılış mərasimində Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, qurumun katibi, xalq rəssamı Ağaəli İbrahimov, YQA-nın rəhbəri Afaq Hüseynova başqaları çıxış edərək, nümayiş olunan rəsm, keramika, tikmə toxuculuq sənəti əsərlərinin tamaşaçılara estetik bədii zövq təlqin etmək baxımından çox əhəmiyyətli olduğunu bildiriblər. Çıxış edənlər, İrina Qundorina, Gülşən Hacıyeva, Afaq Hüseynova, Xalidə Nəsirova kimi yaradıcı qadınlarımızın bu sərgisinin dünyaya, cəmiyyətimizə sabaha münasibətlərini əks etdirdiyini önə çəkiblər. Sərgidə 200-dək boyakarlıq, keramika, toxuculuq tikmə sənəti nümunələri nümayiş olunur.

 

 

525-ci qəzet.- 2010.- 10 aprel.- S.22.