Yusif üzlü
kitablar
Ağdam turistlər
arasında maraq doğuran 20 ruhlar şəhərindən biridir.
“Ruhlar şəhəri”
– 8
7 Noyabr
1980-ci il Böyük Oktyabr Sosialist İnqilabının növbəti
ildönümü ilə
yanaşı, Rzayev Yusif Məmməd oğlunun (indi “525-ci qəzet”in baş redaktor müavinidi) Ağcabədinin Rəncbərlər
kənd orta məktəbindən sinfimizə
gəlişiylə də
əlamətdar oldu. İndinin gözüylə
baxsaq, Yusifin gəlişi Oktyabr inqilabının missiyası
ilə müqayisədə
xeyli humanist hadisə idi. Hər halda
milyonlarla insanın taleyini alt-üst eləyən inqilabdan fərqli olaraq bu gəliş mənim həyatıma yeni çalar qatdı.
Sərt sifət
cizgisi, uca və yoğun səsi, oturuş-duruşu,
xüsusilə qəribə
ləhcəsi 1 nömrəli
kimi “bərkgedən” şəhər məktəbi
üçün kifayət
qədər qaba görünsə də, tezliklə o, nəinki mühitə öyrəşdi,
uşaqlarla ayaqlaşdı,
çox ağzıgöyçəyin
ağzından vurdu, əlaçılar sırasına
qoşuldu, hətta istər sinif, istərsə də məktəbdə xüsusi
qabiliyyətiylə seçildi.
Hərəkət və
düşüncə sərbəstliyi,
kənddənqalma sadəlik
və səmimiyyətinə
yaşından xeyli böyük görünən
şeirlər yazmaq istedadını da əlavə etsək, necə bir adamla
dostlaşdığımı ta özün təsəvvür elə,
dostum oxucu!
Məktəbin “bosman” ləqəbli direktor müavini Ənvər müəllim (Allah rəhmət
eləsin, həqiqətən
də məktəbin bosmanı idi) yaxşı oxuyan şagird kimi mənimlə dostluq eləməyi ona məsləhət görübmüş.
Yolumuzun bir olması, qonşuluğumuz
da dostluq tellərinin tez bağlanmasında vacib şərtlərdən biri
oldu.
lll
Böyüklərimiz “Lenin yolu”
adlı rayon qəzetinin
şöbə müdiri
Həsən Qəhrəmanovdan
xahiş eləmişdilər
ki, hərdən çağırıb şeirlərimizi
dinləsin, məsləhətlərini
versin. O da bizi məmnuniyyətlə
qəbul edir, bəlağətli danışığı
ilə maraqlı mövzular açır, şeirlərimizi dinləyir,
fikirlərini söyləyirdi.
Yusif bu işdə bir boy yuxarı idi. Həsən müəllim
bunu nə qədər büruzə verməməyə çalışsa
da, alınmırdı.
Şeiri birinci Yusif deyirdi. Sonralar gəncliyin müxtəlif məqamlarında,
illah da sevdalı anlarda dəfələrlə dadıma
çatan, öz adıma çıxıb
kimlərinsə ruhunu
oxşadığım şeiri
bir gör necə əzbərləmişəm,
sən Allah:
Tamaşa qurtarır,
sonunda pərdə.
Kitab oxuyuram,
sonunda pərdə.
Pəncərənizin önündən
keçirəm hərdən,
Yenə də pərdə.
Necə dözüm
bu dərdə?
Pərdə....
Pərdə....
Pərdə...
“Əla!
Sən şairsən!
Sən, əsl şairsən”. Həsən
müəllimin fərəh
dolu qışqırtısını
qonşu otaqlarda da eşidirdilər yəqin. Ayağa qalxanda qəddi-qaməti otaqdakı kitab şkafını belə örtən bu əzəmətli kişinin
sevinci uşaq çöhrəliydi.
Növbə mənə
çatırdı:
Yandırın Nitşenin
fəlsəfəsini,
Külünü də tökün Hitlerin qəbrinə...
Arxasını unutduğum
bu tip şeirlərə
onun reaksiyası bir qayda olaraq
bu cür olurdu: “Əla! Çox yaxşı! Sən şair olassan”. Həmin anlarda nələr eləməzdim ki, mənə də “Sən şairsən” desin. Amma Həsən
müəllim tərbiyə
sahibi olmaqla bərabər həm də vicdanlı adamıydı.
Məni şeir
yazmağa Yusif həvəsləndirirdi. Bəhsə
düşüb əlləşirdim.
Palan içi tökmək fikrim yoxdu, bir onu
deyim ki, heca saymaqdan ovcumda dərin dırnaq izləri qalmışdı. Yusifin ovucu isə təmiz idi, izsiz-zadsız.
Nəysə, Həsən
müəllimin məsləhətiylə
Şamil Namazın Mədəniyyət Evindəki
ədəbiyyat dərnəyinə
yazıldıq. Dərnəyin
ən cavan üzvləri biz idik. Yusif tezliklə dərnəkdə üstünlüyü
ələ aldı. Hərənin şeirində
bir qənbərqulu tapır və əsaslandıra bilirdi, odur ki, hamı
onunla hesablaşır,
müzakirələrdə onun
fikirlərinə ciddi
önəm verirdilər.
Rayon qəzetində çıxan
ilk şeiri məktəbdə
onu məşhurlaşdırdığı
kimi, bu hadisəyə həsr elədiyi:
“Ürəyimi
sıxsaydılar, söz
tökülərdi,
Sanırdım ki, yazdıqlarım tər çiçəkdilər.
İlk şerim
çıxan günü
elə bilirdim,
Daha məni
bütün qızlar
sevəcəkdilər” –
misralı şeiri
də stajlı dərnək üzvləri
arasında onun nüfuzunu kəllə-çarxa
çıxardı.
Tezliklə dərnəyin
cavan şair və yazıçılarının
sayı çoxaldı.
İlk vaxtlar utancaq olan Gülablı
balası Qulu Ağsəs tezliklə istedadını ortaya qoydu və gənclik
yaşlı nəslə
bab gəlməyə başladı. Qulunun şeirləri özünə
oxşayırdı; sakit,
həzin, çəkib
uzaqlara aparan, düşünməyə məcbur
eləyən. Onun pıçıltılı şeirləri
əslində bir orkestrin səsi boydaydı, canım üçün. Onun şairliyi bizim kimi bir baharlıq
olmadı. O hələ
də şairdi.
lll
Mənim kitablarla
ilk tanışlığım atamınkılardan başlamışdı.
Amma hələ məni “xəstələndirməmişdilər”.
Viktor Hüqonun sovet ensiklopediyasına oxşayan
üçcildlik “Səfillər”i
atamın ən sevimli kitabı olmasına baxmayaraq, öz qalın həcmiylə gözümü
qorxutmuşdu. Atamın
çoxsaylı təkidinə
rəğmən bu kitabı oxumadım. İlk təəssürat
yalançı olsa belə, öz işini görmüşdü,
indiyədək oxumamışdım.
Bu yazı həvəsləndirdi,
indi girişmişəm,
həm də atamın ruhu şad olar deyə.
Kitablara baxışım
Yusiflə dəyişdi.
Onun gəlişi mənim musiqi dolu uşaqlıq dünyama kitablar da qatdı. Və beləcə şəhərin bütün
kitabxana və kitab mağazalarının
qəniminə çevrildik.
Ağdamın kifayət
qədər kitabsevəri
vardı. Bir qrup ziyalılıq atributu hesab elədiyindən kitab alırdısa, böyük
bir hissə bu kitabları oxuyurdu da (Balaca,
ya böyüklüyün
dəxli yoxdu, mən Ağdamda kitabxanasız bir ev belə xatırlamıram).
Qohum-əqrəba, qonum-qonşu
arasında, çayxana
və parklarda tez-tez müxtəlif kitabların söhbətinə
düşərdin. Maraqlı
kitab xəbəri “quş qripi” kimi tez yayılırdı.
Orxan Kamalın “Yad qızı”nın yaratdığı ajiotaj buna misal ola
bilər. Əlbəttə,
bütün maraqlı
kitabların ilk sahiblərindən
biri də biz olurduq. Pulumuz olanda alır, olmayanda sadəcə, əl atıb “götürürdük”. Nə
qədər qəribə
olsa da, bunu ayıb saymırdıq. Ən çox ziyarət etdiyimiz yer məktəb
yolunun üstündə,
Lenin bağının girişindəki
Tağı dayının
kitab mağazasıydı.
Rəhmətlik bir dəfə də olsun soruşmadı ki, bu qədər
kitabı oxuyursunuzmu, barı.
Çayxanaya ayaq açmağımız dünya
çaplı yazıçılarla
tanışlığımıza səbəb oldu. “Lenin yolu” qəzetinin müxbiri Salman Babayev nətəhər ağızdolusu “Qabriel Qarsia Markes” deyirdisə, belə bir adamı tanımadığımıza görə
xəcalət çəkirdik.
Uşağı qabağına
qoyub danlayan müəllim pozası alsa da, Salman
bizi danlamırdı, əksinə, min kilometr bizdən aralı ölkələrdə yaşayan,
yaxud yüz il qabaq kitablar
yazmış neçə-neçə
yazıçıdan elə
həvəslə danışırdı
ki, eşitsəydi, iş-peşəsi çay
daşımaq olan Zaqqı (deyəsən adı Zahid idi) da kitab
oxumaq həvəsinə
düşərdi (Yaxşı
ki, Zaqqı Salmana qulaq asmırdı,
yoxsa əlinə kitab alıb oturacaqdı “Çay Evi”nin üçüncü
mərtəbəsində, camaata
ya qaynamış, ya da soyumuş
çay verəcəkdi.
Külqabı da aşıb-daşacaqdı). Bəlkə
də, Salman heç özü də Markesi oxumamışdı o vaxt,
eləcə adını
eşitmişdi, amma bunun məsələyə
dəxli yoxuydu. Əsas odu ki,
biz ondan çox ad eşitdik və bu adların yazdıqlarını tapıb
oxumağa çalışdıq.
lll
Bax belə,
dostum oxucu! Bunlar mənim kitablı Ağdam xatirələrimin kiçik
bir hissəsidir. Böyük hissəsi isə ruha çevrilib
Ağdamı tin-tin, küçə-küçə
gəzir. Daha tini, küçəsi
olmayan şəhəri...
Evimizdəki yüzlərlə
kitab səhifələrində
oxuyub can verməyə
vaxt eləmədiyim neçə-neçə qəhrəmanım
boylana qaldı. Ermənilərin odladığı
evdən yanan ruh kimi çıxdılar
sonra. İndi onlar da xatirələrimin
ruhuna qoşulub gecələr mənim ruhlar şəhərimin sakinlərinə şeir oxuyurlar...
Dünən axşam
Vaqif Cəbrayılzadədən
(Vaqif Bayatlı) deyirdilər, Yusifin sevimli şeirini:
“Qeybdən
gələn səs kimi,
ölümqabağı gələn
nəfəs kimi
gəldin ömrümə,
zalım qızı,
çıx gecəyə
oynayaq bu havaya,
sən şəhərin
o başında,
mən şəhərin
bu başında.
Gözəl gözdən
gələn yaş kimi,
uğruna baş qoyulası savaş kimi
endin ömrümə,
zalım qızı,
çıx gecəyə
oynayaq bu havaya,
sən günlərin
o başında,
mən günlərin
bu başında,
illərcə səninlə
oynayaq belə”.
Vahid QAZİ
525-ci qəzet.- 2010.- 10 aprel.- S.9.