Görkəmli rejissor Hüseynağa Atakişiyev yad edilib

 

Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, sözügedən teatrın yaradıcısı bədii rəhbəri olmuş Hüseynağa Atakişiyevin vəfatının ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib. Gecədə teatrın direktoru, əməkdar artist Mübariz Qurbanov, baş rejissoru, xalq artisti Cənnət Səlimova, rejissorlar Ağalar İdrisoğlu Sərvər Əliyev Hüseynağa Atakişiyevin səhnə yaradıcılığından danışıblar, onun quruluş verdiyi tamaşaların özünəməxsus xüsusiyyətlərindən söz açıblar. Xatirə gecəsi çərçivəsində rejissor Sərvər Əliyevin quruluşunda Əziz Nesinin əsəri əsasında hazırlanmışÇağırıştamaşası nümayiş etdirilib. Rolları əməkdar artist Qəmər Məmmədova, aktyor Qurban İsmayılov, aktyorlar Elşən Çarhanlı, Natiq Aslan, Hüsniyyə Əhmədova, Anar Səfiyev başqaları ifa ediblər. Tamaşanın bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rəssamı Vüqar Əlidir.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 13 aprel.- S.7.