Cəmilə Mənsurova –
M FirAnın “Ruhən güclü” kitabı işıq üzü görüb
Bu yaxınlarda yazar Cəmilə Mənsurovanın
“Ruhən güclü”
kitabı nəşr edilib. Xatırladaq ki,
romanın birinci hissəsi keçən il Dövlət Nəşriyyatında çap
olunub. Yazıçılar
Birliyinin üzvü
C.Mənsurova 1972-ci ildən
respublika mətbuatında
çap olunur. Müəllifin hekayələrdən
ibarət ilk kitabı 1978-ci ildə nəşr edilib. C. Mənsurova 1980-2000-ci illər
ərzində çoxlu
sayda novella və ədəbi yazılar qələmə
alıb. 2004-cü ildən
etibarən M FirA təxəllüsü ilə
çap olunmağa başlayıb. Roman orada təsvir
olunanların prototipləri,
eləcə də onların yaxınlarının
söylədikləri və
sənədli materiallar
əsasında qələmə
alınıb. Əsərlə
tanış olarkən
oxucu XX əsr Azərbaycan ziyalılarının
məişəti ilə
yaxından tanış
olmaq imkanı əldə edir. Romanda onların sevinc və kədəri, namus anlayışı, vətənə olan məhəbbəti, özlərinə
və dostların bəslədikləri inamı
işıqlandırılıb. Əsərin qəhrəmanları
ölkədəki tarixi
hadisələrlə bağlı
çətinliklərlə üz-üzə qalırlar,
amma bu çətinliklərdən
mətinliklə
keçməyi də
bacarırlar. Onlar bu yolla nəsildən-nəsilə
ötürülən ruhlarına
güc verirlər. Bu qəhrəmanların əsas məziyyəti onların ağlı və səbridir. “Azərnəşr” işıq üzü görən eyniadlı ikinci kitabında isə müəllif zərif, gözəl, eyni zamanda dözümlü,
güclü, kişi cəsarətinə malik, həyatın ağır yükünü öz çiyinlərinə götürən
Azərbaycan qadınlarından
söz açır. İkinci kitabdakı hadisələr
1925-ci ildən 1959-cu ilə
qədərki dövrü
əhatə edir.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2010.- 13 aprel.- S.7.