Dövlət Pantomim Teatrı IV “EtosFestivalından qayıdıb

 

Dövlət Pantomim Teatrı Türkiyənin paytaxtı Ankarada IV “EtosBeynəlxalq Teatr Festivalında iştirak edib. Bu barədə teatrın direktoru Elman Rəfiyevin məlumat verib. Martın 27-dən aprelin 4-dək davam edən festivalda kukla, pantomim, klounada, komediya, faciə janrlarında olan tamaşaların müxtəlif səhnələrdə küçədə nümayişi keçirilib. Pantomima Teatrı festivalın açılışı günündəSkripkaçılar”, bağlanışda isəMuğam-trio” ilə çıxış edib. Elman RəfiyevMaskasəhnə əsərini isə iki dəfəmartın 31-i teatrların xahişi ilə aprelin 3-də təqdim etdiklərini bildirib. Direktorun sözlərinə görə, pantomimçilər ölkə tamaşaçıları qarşısında da çıxış etməyi planlaşdırırlar. Teatrın kollektivi 17-18 apreldəMən məntamaşasının premyerasını təqdim edəcək.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 14 aprel.- S.7.