Şair Qəşəm
Nəcəfzadə ilə
Sumqayıtda görüş
olub
Tədbir Əli Kərim Poeziya Klubunun və Səməd Vurğun adına Mərkəzi
Şəhər Kitabxanasının
təşəbbüsü ilə reallaşıb. Bu barədə poeziya
klubunun rəhbəri şair İbrahim İlyaslı məlumat verib. Sumqayıt poeziyasevərləri, kitabxana işçiləri
və Sumqayıt Dövlət Unversitetinin Filologiya fakültəsinin
tələbələri görüşdə
iştirak ediblər.
Görüş təşkilatçılarının
əsas məqsədi
müasir ədəbi
prosesin hazırkı durumu barədə oxucuları tanış
eləmək, həm də onların fikrini öyrənmək idi. Kitabxanada şairin ölkəmizdə
və xaricdə çap olunmuş kitablarından ibarət stend təşkil olunub, internet saytından kadrlar nümayiş etdirilib. Tədbiri giriş sözü
ilə şair Zirəddin Qafarlı açıb. Şair-jurnalist Rafiq Oday şairin
həyat və yaradıcılığı haqqında
məlumat verib. Şairlərdən Məlahət Yusifqızı,
Nazilə Gültac, Fərqanə, Narıngül,
Reyhan Kənan və başqaları çıxış edərək,
Q.Nəcəfzadənin yaradıcılığı
haqqında fikirlərini
söyləyiblər. Q.Nəcəfzadə oxucuların suallarını
cavablandırdıqdan sonra
yeni şeirlərini oxuyub. Sonda şair oxuculara
kitablarını hədiyyə
edib, Şəhər Mərkəzi Kitabxanasının
direktoru Yeganə Əhmədova Q.Nəcəfzadəyə
və qonaqlara kollektiv adından təşəkkürünü bildirib.
525-ci qəzet.- 2010.- 14 aprel.- S.7.