Musa Yaqub yaradıcılığı Allahverdi Eminovun nəzərində

 

Tanınmış yazıçı-publisist Allahverdi Eminovun “Musa Yaqubun poeziyası” adlı kitabı işıq üzü görüb. Kitabda şair Musa Yaqubun yaradıcılığı, ömrünün ən diqqətçəkən səhifələri nəzərdən keçirilib. MüəllifMühitin rəngi: Yollar geri qayıdırbaşlıqlı yazıda Musa Yaqubla ilk tanışlıq illərini şairin qısa tərcümeyi-halını qələmə alıb. “Musa Yaqubla yaxın yoldaş, uzaq dost deyiləm. Yəqin ki, bu, mühitlə bağlıdır. İnsan həyatı yollarda, regionlarda, olaylarda, gümanlarda, həqiqətlərdə keçir. Amma... qələm dostlarım, həmkarlarım bilirlər ki, Musa Yaqubun poeziyasının pərəstişkarıyam, şəxsiyyətinə dərin hörmətim var”. Yazar ötən əsrin M.Yaqubun yaradıcı taleyində dərin izlər buraxdığını qeyd edib: “Musa Yaqub həyatının fəlsəfəsini yaşadı, daxilində bir qəhqəhə çəkdi əqidəsindən dönmədi, oxucuları silkələyən şeirlərini qələmə aldı”. A.Eminov Musa Yaqubun təbiətdən ilham alaraq yazdığıQış lövhələri”, “Damla”, “Lalə”, “Güllə gəzdirən maral”,”Həyat sükutşeirlərini 60-cı illərin ilk beş ilinin məhsulları olduğunu nəzərə çatdırıb. MüəllifQış lövhələrişeirinin özünəməxsus cəhətlərindən söz açıb. O, şairin torpağa bağlılığını, bərəkətləşməsini, halallaşmasını onunu poetik qüdrəti kimi dəyərləndirib Musa Yaqubun şəxsiyyətilə balı bir nüansı vurğulayıb: “Səmimiyyətli, oxucu qılığına girməyi xoşlayan, oxucularından çəkinməyən bir insandır”. A.Eminov M.Yaqubun içindən kövrələn kükrəyən bir şair olduğunu qeyd edib. “Estetik ideal: Zamanın sözlə vuruşuyazısında müəllif poetik pafosdan söhbət açıb. Yazar estetik qavrayış tərzi haqqında yazıçı ədəbiyyatşünas Mehdi HüseyninYazıçılar insanları bədii obrazlarlainsan obrazları ilə tərbiyələndirirlər; onlar parlaq, canlı, təsirli nümunələr yaradaraq oxucuları öz arxalarınca aparırlar Rəsul RzanınŞairlik çətin peşədir, o insan qəlbinin bir hissəsini deyil, hamısını tələb edir, həris bir varlıq kimi əqlin, zehnin, hissin töhfələrindən doymaq bimirfikirlərinə əsaslanıb. A.Eminov M.YaqubunÇörək pulu”, “Apar məni bu ümidin dalıncaşeirlərindəki ictimai motivləri önə çəkib. Şairin öz şeirlərində cəmiyyətdə gedən qlobal proseslərə toxunduğunu, insanların təbəqələşməsindən duyduğu narahatçılığını vurğulayıb. MüəllifTəbiətin görümü: Duyumun, qavramanın fəlsəfəsibölümündə Musa Yaqub poeziyasında təbiətin onun rənglərinin yaratdığı qeyri-adi harmoniyadan bəhs edilir: “Şair təbiətin bu görünümlərinin zahiri təsvirini vermir, hər bir anlamın ruhunu tutur danışdırır”.Bir yaz gecəsində” , “Bu yazı da gördük”, “Uzaqda dənizdə bir işıq yanar”, “Babadağ”, “Dağlar məni qəbul edin digər şeirlərinin şairin zəngin təxəyyülünün məhsulu olduğu vurğulanır. M.Yaqubun poeziyasının məhəbbət mövzusundan da yan keçmədiyini qeyd edən müəllif yazır: “Musa Yaqub məhəbbət anlamını platonik, əlçatmaz zirvədə axtarmır... məhəbbət onun içindədir, vücudundadır. Hər şeiri yazanda məlaikələr tək çiyinlərinə qonur”. A.Eminov kitabın digər səhifələrində yer alanŞairlik iddiası: Şeirin dəqiq əlamətləri”, “İki qəlb iki dünya: İlk poeması başqaları”, “Ruhi təzahür: Şeirin həqiqət axtarışıbaşlıqlı yazılarında şairin emosiyalarını, onunu poeziyasındakı bədii faktları, ritorika lirizmi ön planda verib. Kitabda Musa Yaqubun şeirləri, xatirə şəkilləri öz əksini tapıb. Nəşrin sonunda müəllifSon sözün yerinəyazısında şairlə olan müsahibəsindən fraqmentlərə yer verib.

 

 

Günel MUSAYEVA

 

525-ci qəzet.- 2010.- 14 aprel.- S.7.