Mən şəkərəm,
axı!
– Mehriban, tələs,
Qardaşıdı, deyəsən.
Ana-bala illər həsrətlisi kimi bir-birinə
sarılır.
– Şahin, eşidirsən məni,
yeməyinin vaxtını ötürmə. Mehriban, anan qurban,
axşamın sərinində əynini qalın elə.
Qardaşına da fikir ver. Yeməyinizin vaxtını
keçirməyin.
Qəribə sərnişinləri
olan bu qatarın yolu hayanadır, görən?..
Sidqürəkdən dərd
dilədim, yaradan eşitdi, istəyimə
çatdırdı...
Bu qəmli sözlər
Bakı şəhəri, Binə qəsəbəsinin sakini,
iki uşaq anası Lətifənin dilindəndir. İki
uşağı birdən komaya düşən ana Allahdan
balalarına şəfa diləmək əvəzinə
hövllənib, onlara gələn bəlanı mənə
ver, deyib. Allah duaları eşidəndir. O, balalarına verdiyi
dərddən anaya da göndərib. İndi gənc qadın
yaradana asi düşdüyünə peşmandır. Buna
baxmayaraq düçar olduğu dərdə görə
duaçıdır. Ən azından uşaqlarının nə
çəkdiyini canı, qanı ilə hiss edir, onlar necə
qidalanmalı, necə yaşamalıdırlar, bilir.
Lətifənin bir
gözü ağlasa da o biri gülür:
– Nə deyim, şükr məsləhətinə,
özüm donor idim. Hər ay heç bir təmənnam
olmadan İçərişəhərdə yaşayan, eyni
ailədən talesemiyalı iki uşağa 500 qram qan verirdim.
Bu sadəcə fiziki ehtiyac deyildi. O talesiz uşaqlara qan verdikcə,
mənəvi rahatlıq duyurdum. Yaxınlarım,
doğmalarım arasında məni qınayanlar az deyildi. Bəziləri
hətta üzümə deyirdi ki, bəsdi qanını
sağa-sola payladığın,
Bu, iki uşağı – 17
yaşlı oğlu və 13 yaşlı qızı şəkərli
diabetdən əziyyət çəkən bir ananın
sözləridir. Binədən Lətifə ananın...
Anarın və Mehribanın
yanağından qan damır. Tanımayan kimsə onların
canındakı bəlanı bilməz.
Anaları Lətifə də
buna inanmaq istəmir:
– Yeddi arxa dönənimizdə
bu xəstəlik olmayıb. Hardan ağlıma gələydi.
İkisi də yeyimcil, deyən-gülən, sapsağlam.
Özüm həmişə arıq-sısqa, cansız-çəlimsiz
uşaqları görəndə analarını
qınamışam. Hər şey qəfildən oldu, ikisi birdən
arıqladı, gecəyarısı aramsız su içdiklərini
görəndə şübhələndim. Apardım həkimə.
Eşidəndə ki, hər ikisi diabetdir, dünya
gözümdə daraldı. Həyat bitdi sandım. Beynimdə
bircə fikir dolaşırdı, evə tez çatım.
Fikrim uşaqlar və özümqarışıq evi
yandırmaq idi. İçim nalə-nifrinlə dolumuşdu.
Yaşamağı neynirəm mən.Varım-yoxum iki uşaq,
onlar da belə. Allah niyə məni seçib ayırdı,
niyə ciyərparamın ikisinə birdən sağalmaz dərd
verdi. Həmin gün ilk dəfə hər gün adı dilimdən
düşməyən Allahıma asi oldum, onun verdiyi
üç cana birdən qıymaq istədim. Məqsədim dərdimi
danışıb kimsəni qəmləndirmək deyil.
Başıma gələnləri danışmaqla zəif iradəli
valideynlərə kömək etmək istəyirəm.
Dünya yaxşılardan xali deyil. Respublika klinik xəstəxanasında
Vaqif həkim var, təəssüf ki, soyadını
xatırlamıram, o, təkcə həkimlik borcunu yerinə
yetirmədi, öz əzizi, doğması kimi stressdən
çıxmağıma, uşaqlarıma sahiblənməyimə
kömək elədi, doğru olan yolu göstərməklə
qəlbimin kor gözünü açdı. İndi ailəmizdə
üç şəkər var. Oğlum Anar, qızım
Mehriban, bir də özüm. Demirəm ki, şəkərli
diabet olmağımdan məmnunam, Allah heç bəndəsinə
xəstəlik nəsib etməsin. Amma daha əvvəllər
olduğu kimi şəkərli diabeti xəstəlik
saymırıq, bu həyat tərzidir. Dərdi də, dərmanı
da verən Allahdır. O, bizə iradə verdi, yaşama
gücümüzü artırdı. İndi sadəcə həyat
tərzimizi dəyişmişik. Həyatın diqtə elədiyi
kimi yaşayırıq. Ömür qısa olsa da həyat
çox gözəldir.
Xəstəxanada olanda nə
bacım, nə də mən nə baş verdiyini
anlamırdıq. Ən çox anamın
düşdüyü vəziyyətə
üzülürdük. Onu heç vaxt belə görməmişdik.
Hönkürtü ilə ağlayır, onları da,
özümü də öldürəcəm deyirdi. Bir həkim
Mehribanla məni öz otağına apardı. Adımı,
sonra yaşımı soruşdu. Adım Anardı, 12
yaşım var, dedim. Həkim gülümsəyib
başımı sığalladı: dostum, yekə kişisən
ki sən, mən də deyirəm bəs beş-altı
yaşın var. Anan indi bir az əsəbidir, bir azdan sakitləşib
görəcək ki, turp kimi sapsağlamsız. Sonra o bizə
şəkərli diabet xəstəliyi haqqında
danışdı, başa saldı ki, bu qorxulu deyil, sadəcə
bir az müalicə olunub, pəhriz saxlamalısan, vəssəlam.
Amma bəzən böyüklərin də köməyə
ehtiyacı olur. Hazırda ananızın sizə ehtiyacı
var.
Böyük
üzüntü yaşadım, – deyir Lətifə. – Amma
sümüyü bərkiməmiş körpələrim məni
yenidən həyata qaytardılar, yaşamağı öyrətdilər.
Anarın ağlına qurban olum, bir dəfə mənə elə
dərs verdi ki, ömürlük yadımdan çıxmaz.
Uşaqlar görməsin deyə hərdən xəlvətə
çəkilib ağlayırdım. Bir dəfə Anar
ağladığımı gördü. Həmişə
boynuma sarılar,- ana, bax, biz top kimiyik, heç nəyimiz
yoxdu, axı niyə ağlayırsan,- deyərdi. Qəribədi,
indi heç fikir vemədi. Elə dabanı üstə
fırlanıb ger döndü. Az keçmədi ki, məni həyətə
çağırdı. Çıxıb nə görsəm
yaxşıdı. Onun balaca oyuncaq motosikli vardı. Ən
çox xoşladığı oyuncaqdı. Gördüm ki,
içinə xırda çay daşları
yığılmış oyuncaq KAMAZ-ı qoşub motosikletin
arxasına sürür və mənə, deyir: – bax, ana,
gör motosikletim yüklü maşını necə çəkib
aparır? Hələ sən bunların təkərlərinə
bax, bapbalacadı, amma necə dartır, – deyəndə sanki
yuxudan ayıldım. Oğlum dilinə gətirmək istəmədiyini
hərəkətilə deyirdi...
Mehriban 13
yaşındadı. Vaxt var idi ki, xəstələnməyinə
görə utanırdı. İztirablı günlər arxada
qalıb. Amma elə anlar var ki, unudulmur, ağrı verməsə
də xatırlanır:
– Cəmi 22 gün idi ki,
birinci sinfə gedirdim. Uzun hörüklərim hamının
xoşuna gəlirdi. Sinif yoldaşlarımın da, müəllimlərimin
də. Birdən-birə saçlarım sürətlə
tökülməyə başladı. Həmin il mən bir
daha məktəbə getmədim. Xəstəxanalar, dava-dərmanlar,
anamın göz yaşları... Mən bunlara dözə
bilmirdim. Təzə çantamı, şəkilli
kitablarımı götürüb bütün uşaqlar kimi
məktəbə getmək istəyirdim. Həkimlər
başımın üstündə dayanıb rus dilində
danışırdılar. Mən onların nə dediyini
başa düşmürdüm. Bilirdim ki, məndən, xəstəliyimdən
danışırlar. Çox qorxurdum, elə bilirdim ki, öləcəm.
Amma mən yaşamaq istəyirdim. Növbəti il başqa
yaşıdlarım kimi yenidən məktəbə getdim.
Müəllimlərimə mən rus dilində oxumaq istəyirəm
dedim. İstəyirdim xəstəliyim barədə həkimlərin
nə dediyini öyrənim. Bir-iki ildən sonra məktəbdən
yox, sinif yoldaşlarımdan küsdüm. Mən pəhrizlə
yaşayırdım, xüsusi rejimlə qidalanırdım.
Fasilələrdə nə isə yemək istəyəndə
onlar mənə gülür,- gombul, yorulmadın yeməkdən,-
deyib qəlbimə dəyirdilər. Xəstəliyim haqda kimsənin
bilməsini istəmirdim. Düşdüyüm vəziyyətdən
çox utanırdım. Elə bilirdim xəstə olduğumu
bilsələr mənə yazıqları gələcək. Mən
yazıq görünmək istəmirdim...
Göz yaşlarını
saxlaya bilməyən Gülarə taleyi ilə barışmaq
istəmir, Allah baisin evini yıxsın! Bizi isti
ocağımızdan, yurd-yuvamızdan eləyənin
ocağı heç közərməsin- deyir.
Gülarə Ağayeva Azərbaycanın
qədim Qarabağ torpağında – Şuşada doğulub, o
cənnət məkanda buz bulaqların suyunu içib, qaymaq
havasını udub. Buz baltası kimi olub canı. Didərginlik,
köçkünlük həyatı onun da taleyinə
ağrılı-acılı naxışlar düzüb.
Çox acılara dözüb. Oğlu Mirvaqifin şəkərli
diabet olması ilə barışa bilmir.
lll
Dünya üzrə şəkərli
dibetdən əziyyət çəkənlərin sayı ilbəil
artır. Bu xəstəlik qoca, cavan, uşaq tanımır...
Beynəlxalq Diabet
Federasiyasının 2003-cü ilə olan məlumatı:
Dünya əhalisinin 246 milyonu şəkərli diabetdir.
Proqnozlara görə 2025-ci
ildə bu rəqəmin 333 milyona çatacağı gözlənilir.
50 faizdən çox insan
canındakı şirin xəstəlikdən xəbərsizdir.
Bir sıra ölkələrdə göstərici 80 faizə
çatır.
40-75 yaş arası hər səkkizinci
şəxs özündə diabet olmasından xəbərsizdir.
Diabet nədir?
Günay Əliyeva, həkim
endekrinoloq:
Diabet mədəaltı vəzin
kifayət qədər insulin ifraz etməməsi nəticəsində
yaranan xroniki xəstəlikdir. Xəstəlik iki halda
yaranır. Ya orqanizm kifayət qədər insulin istehsal etmir,
ya da istehsal olunan insulini orqanizm effektiv şəkildə istifadə
edə bilmir.
İnsulin mədəaltı
vəz tərəfindən istehsal olunan, hüceyrələrə
daxil olaraq qana keçən və enerji istehsalı
üçün istifadə edilən hormondur. İnsulin
istehsalının pozulması qanda qlükozanın artmasına
səbəb olur. Bu hiperqlikemiya adlanır və belə vəziyyətin
uzun müddət davam etməsi orqan və toxumaların fəaliyyətinə
zədələyici təsir göstərir. Beləliklə,
diabet zamanı mütləq (bu halda mədəaltı vəzdə
insulin əmələ gəlmir) və nisbi ( istehsal olunan
insulin kifayət etmir) insulin çatmazlığı
yaranır.
Müvafiq olaraq şəkərli
diabetin iki tipi müəyyənləşdirilir.
Birincisi mədəaltı vəzin
insulin istehsal edən hüceyrələrinin zədələnməsi
ilə xarakterizə olunan autoimmun xəstəlikdir. Bu halda mədəaltı
vəz ya az miqdarda insulin yaradır, ya da ümumiyyətlə
insulin ifraz etmir. Belə xəstələrdə yeganə
müalicə vasitəsi orqanizmə daimi insulin yeridilməsidir.
Əvvəllər bu tip diabet əksər hallarda uşaq və
gənclərdə aşkarlanır, yuvenil diabet
adlanırdı.
İkinci formada orqanizm kifayət
qədər effektiv insulin ifraz etməsə də belə xəstələr
insulin müalicəsindən istifadə etmirlər. Əzələ
və piy hüceyrələri ifraz olunan insulini lazımi
qaydada mənimsəyə bilmir. Belə xəstələr
öz vəziyyətlərini idman və xüsusi pəhrizlə
idarə edə bilərlər. Əksər hallarda oral dərmanlara
ehtiyac olur və insulin dərmanlarla birgə istifadə edilir.
Bu tip diabet daha çox yaşlı adamlarda olur. Dünya
üzrə qeydə alınan 246 milyon diabetli xəstələrin
90%-i bu qrupa aiddir.
Heç kəs bu
şirin-şəkər xəstəlikdən
sığortalanmayıb. Statistikaya görə bu gün Azərbaycanda
1000 nəfərə yaxın uşaq və yeniyetmə şəkərli
diabetdən əziyyət çəkir. Bu yalnız rəsmi
qeydiyyata düşən uşaq və yeniyetmələrdir.
Siyahıya yaşlı diabetli şəxslər, eləcə
də öz xəstəliyindən xəbərsizlər, yaxud
xəbəri olub ciddi yanaşmayanlar da əlavə edilsə,
mənzərə heç də ürək açan olmaz.
Diabetli xəstələr
dünyanın hər yerində olduğu kimi Azərbaycanda da
xüsusi qayğı ilə əhatə olunublar. Heydər Əliyev
Fondu bu istiqamətdə ardıcıl və davamlı iş
aparır. Diabetli xəstələr insulin və birdəfəlik
şprislərlə pulsuz təmin olunurlar. Ölkənin gələcəyi
olan uşaq və yeniyetmələrə isə daha həssaslıqla
yanaşılır.
Bu işin görünən
tərəfidir. Dövlət dəstəyindən,
ayrı-ayrı fondların, beynəlxalq səhiyyə təşkilatlarının
köməyindən təbii ki, sadəcə rəsmi
qeydiyyatda olanlar yararlana bilir.
Şəkərli diabeti olan
13 yaşlı qız ürək ağrısı ilə həyəcan
təbili çalır: Mənim yaşadığım Binə
qəsəbəsində , lap elə bizim qonşuluğumuzda
bu xəstəlikdən əziyyət çəkən
qızlar var. Valideynləri 14, 15, 16 yaşı olan bu
qızları nikah yaşı çatmaya-çatmaya ərə
verməyə tələsirlər. Onları həkim müayinəsinə
aparmır, rəsmi qeydiyyata saldırmırlar ki, şəkərli
diabeti olan qızı heç kim almaz. Ata-anaları
qızlarının sağlamlığı, gələcək
taleyi düşündürmür. Bircə yol bilirlər,
boyları yerdən qalxmamış onlara ər tapılsın.
Az qala yaşıdım olan bu qızların taleyinə
acıyıram. Gizlincə öz aparatımla qanlarında
şəkərin miqdarını ölçürəm,
bildiklərimi onlara da öyrədir, xüsusi pəhriz rejimi
barədə, necə, nə ilə qidalanmaq barədə məsləhətlər
verirəm. Sevinirəm ki, azacıq da olsa, onlara köməyim
dəyir. Yaxşı olar ki, qəzetlərdə, radio və
televiziyalarda bu xəstəlik, onun yaranma səbəbləri, əlamətləri
haqda tez-tez söhbətlər aparılsın, şəkərli
diabetin qorxulu xəstəlik olmadığı, lakin gizlin və
müalicəsiz qalarsa hansı fəsadlar törədəcəyi
barədə davamlı məlumatlar verilsin. Mən də
öz növbəmdə həm yaşıdlarıma, həm də
onların ata-analarına demək istəyirəm ki, şəkərli
diabet xəstəlik deyil, bu həyat tərzidir. Bu vəziyyətdən
utanmaq lazım deyil. Bilərəkdən hər hansı bir xəstəliyə
qarşı mübarizə aparmamaq isə nadanlıqdır.
Diabetin xəbərdaredici əlamətləri:
Tezləşmiş sidik ifrazı, hədsiz susuzluq hissi, artan
aclıq hissi, çəki itkisi, yorğunluq, maraq və diqqətin
itməsi, görmənin tutqunlaşması, ürəkbulanma
və mədə ağrısı. Bu əlamətlər bəzən
qriplə səhv salınır.
İkinci tip diabetdə isə
göstərilənlərlə bərabər bu əlamətlər
də müşahidə olunur: Yaraların gec sağalması,
qaşınma hissi, ətraflarda hissiyyatın zəifləməsi,
arterial təzyiqin yüksəlməsi.
Gün ərzində yüzlərlə
insanın qan təzyiqi normadan çox yüksəlir, yaxud da
normadan aşağı olur. Heç kim onları xəstə
saymır. Belə adamlar qan təzyiqini normallaşdıran həblər
qəbul eləyir, lazım gələndə pəhriz
saxlayırlar. Niyə mən şəkərli diabet
olduğumu gizlətməliyəm, yaxud niyə buna görə
utanmalıyam?
Şahin çox iradəli,
dözümlü və inadkar oğlandır. Bu
düşüncəyə gələnəcən heç də
xoş anlar yaşamayıb. 17 yaşındadır.
Güclü stres və qəfil qorxudan diabetli şəkər
qazanıb. Maşın həvəskarı olan
yaşıdlarına Şahinin mesajı: Məni diqqətlə
dinləyin, Sumqayıtda köçkün həyatı
yaşasam da əslən Qərbi Azərbaycandanam. Valideynlərimin,
ulu babalarımın yaşadığı, ulularımın əbədi
uyuduğu o yerlər haqqında yalnız tarix kitablarından,
bir də ata-anamın deyimlərindən eşitmişəm.
Şəkərli diabet olduğuma yalnız ona görə təəssüflənirəm
ki, orduya yararsızam. Amma bu o demək deyil ki, vətənimin
müdafiəsində, düşmən tapdağı
altında olan əbədi və əzəli
torpaqlarımızın azad olunması uğrunda canımdan
keçməyə hazır deyiləm. Gələcəyimiz,
sabahımız üçün
sağlamlığımız çox vacibdir. Dövlətimiz
bizi qoruyur, təhsilimiz, istirahətimiz, fiziki və mənəvi
sağlamlığımız üçün imkanlar
yaradır. Amma biz də özümüzü qorumağı
öyrənməli və bacarmalıyıq. Sizə xəstəlik
tarixçəmi danışmaq istəyirəm. Mən
maşın həvəskarıyam. Maşın sürmək ən
böyük arzumdur. Bir dəfə atamdan xəbərsiz onun
maşınını götürüb sürdüm şəhərə
və qəza törətdim, qarşıdan gələn
maşınla toqquşdum. Ölmədim, öldürmədim,
amma dəhşətli şok keçirdim və bu stresi
başqalarına da yaşatdım. Maşınını
vurduğum insana, bu hadisənin şahidi olanlara, atama, anama,
doğmalarıma. Düşünülməmiş hərəkətdən,
ani həvəsdən qazancım ömürlük
daşıyacağım şəkərli diabet oldu. Heç
kəsə belə xəstəliyi arzulamıram. Amma
yaşıdlarıma məsləhət görürəm ki,
özlərini qorusunlar, sağlamlıq ən böyük
xoşbəxtlikdir. İmkan varkən Heydər Əliyev
Fonduna, onun prezidenti Mehriban xanıma özüm, ailəm və
“Şirinlər ailəsi”ndə birləşən şəkərli
diabetli dostlarım adından təşəkkür etmək
istəyirəm.
Əziz Mehriban xanım! Heydər
Əliyev Fondunun təşəbbüsü və dəstəyi
ilə 2009-cu ilin avqust ayının 1-dən 15-dək Azərbaycanın
dilbər guşələrindən birində Lənkərandakı
“Qafqaz Sahil” İstirahət Mərkəzində şəkərli
diabet uşaq və yeniyetmələr üçün təşkil
edilən yay istirahət düşərgəsində dincəlmək
mənə də nəsib oldu. 15 gündə həyatımın
ən gözəl anlarını yaşadım. Dünya
gözümdə dəyişdi. Gərəksiz
olmadığımı başa düşdüm. Düşərgənin
layihə rəhbəri, psixoloq Elmira Mirzəyevanın
bir-birindən maraqlı təlimləri, öyrədici, əyləncəli
oyunlar, idman yarışları, dəniz, meşə, yeni
dostluqlar həyatımda önəmli izlər buraxdı. O
anları bir də yaşamaq istəyərdim. Amma mən eqoist
deyiləm. Azərbaycanda şəkərli diabetdən əziyyət
çəkən, cəmiyyətdən, insanlardan iraq
düşən hələ nə qədər uşaq və
yeniyetmə var. 15 günün xoş xatirəsi
ömürlük bəsimdi. Qoy bu anları yaşamaq olara da nəsib
olsun, həyatın, insanların necə gözəl
olduğunu onlar da öyrənsinlər, şəkərli
diabet olmalarından utanmasınlar. Bizə, bütün
uşaqlara göstərdiyiniz diqqətə qayğıya
görə sizə minnətdarıq, yüz yaşayın,
Mehriban xanım!
Heydər Əliyev Fondunun
“Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi
çərçivəsində təşkil olunan, bu qəbildən
olan uşaq və yeniyetmələrin psixo-sosial
reabilitasiyasına zəmin yaradan iki həftəlik yay istirahət
düşərgəsi həqiqətən də düşərgəyə
yollanan 29 uşağın həyatında böyük rol
oynadı.
Psixoloq Elmira Mirzəyeva: Min
nəfərin arasından seçim edilməliydi. Əsas
çətinliyimiz bu oldu. Eyni problemdən əziyyət
çəkən uşağı necə seçib
ayırasan ki, kimsənin qəlbi qırılmasın. Bu
respublikada analoqu olmayan ilk düşərgə idi. Təbii
ki, hər bir valideyn uşağının müasir Avropa
standartlarına uyğun inşa edilən, lüks şəraiti,
hər cür təminatı olan, zümrüd meşə və
mavi Xəzər sahilindəki “Qafqaz sahil” istirahət mərkəzində
yerləşən yay düşərgəsində dincəlməyini
arzulayardı. Amma düşərgənin ilk sakinləri
çətin şəraitdə yaşayan,
köçkün, qaçqın, müharibə əlili,
müharibə veteranı ailəsindən olanlar, bir də
valideynlərini itirən uşaqlar oldu. 29 uşaq və
yeniyetmə. Təxminən elə bu sayda da personal onların
xidmətində durdu. Həkimlər, psixoloqlar tərbiyəçilər,
müəllimlər və uşaqların sevimlisi aşbazlar.
İlk iki gün çətinliklər yaşandı. Daha
doğrusu yolu da saysaq üç gün. Düşərgəyə
gündüz elektrik qatarı ilə gəldik. Bir-birinə yad
uşaqların adaptasiyası, yolboyu ünsiyyət qura bilməsi
üçün bu ən doğru marşrut idi. Amma
açığı, burada gözlədiyimiz nəticəni
ala bilmədik. Çünki heç biri digər
yaşıdlarının əhatəsində insulin vurmaq istəmirdi.
İki gün nəzərdə tutulan planla işlədik.
Adaptasiya çətin gedirdi. Uşaqlar darıxırdı, hətta
geri qayıtmaq istəyində olanlar vardı. “Mənim
diabetimin tarixi” adı altında keşirilən təlimdən
sonra isə hər şey yaxşılığa doğru dəyişdi.
Düzdür, müəllimlərdən bəziləri belə
bir təlimin keçirilməsinə, uşaqların yenidən
stres anlarını yaşamasına razı deyildi. Nə qədər
çətin olsa da hər biri başına gələnləri,
yaşanan çətinlikləri danışdı. Ağlayan
ağladı, ürəyini boşaldan boşaltı və hər
kəs anladı ki, burada fərqli adam yoxdur. Əsl həyat
bundan sonra başladı.
Düşərgə həyatı
bütünlüklə lentə alınıb. O lentlərə
baxan hər kəs düşərgəyə
yarıkönül gələnlərin, hətta qatar yola
düşən anda geri qayıtmaq istəyənlərin
günbəgün, anbaan dəyişdiyinin, qayğısız
uşaqlıq sevincinin şahidi olur.
Atlas Məmmədova göz
yaşlarını saxlaya bilmir: Oğlumu yenidən həyata
qaytaranlara, müəllimlərə, həkimlərə,
psixoloqlara, başda Mehriban xanım Əliyeva olmaqla
bütün xeyirxah insanlara, dövlətimə minnətdaram.
Şahini tanıya bilmirik, deyir, gülür,
qırışığı açılıb. Dərs
oxumurdu, kitab arası açmırdı, məktəbdən
küskün düşmüşdü. İndi maşallah, hər
işin öhdəsindən gəlir, hətta şəkərli
diabeti olan nənəsinə məsləhətlər verir, həkimlik
eləyir.
Yay düşərgəsindən
sonra “Şirinlər ailəsi” ənənvi olaraq
uşaqlı- valideynli bir yerə toplaşır. “Şirinlər
ailəsi”. Bu ad onların çox xoşuna gəlir. Özləri
seçiblər bu adı. Elmira xanım xoşbəxt
anların xatirəsi əbədiləşən videolenti
nümayiş etdirir. Qatara minmək istəməyən alyanaq
qız Mehribanın özüdür. Yükü özündən
iki dəfə ağırdır. Elmira xanım soruşur:
– Ay Mehriban, anan nə
doldurub, bu çantaya?
– Yemək, çoxlu yemək,
Elmira xanım! Görmədiniz, düşərgədə
hamıdan çox aşbazlarla dostlaşmışdım. Neyləyim
axı, mən ləzzətli yeməkləri xoşlayıram
– deyib Elmira müəlliməni bərk-bərk qucaqlayır. O
da öz növbəsində bu şıltaq, adı kimi
mehriban qızın nə istədiyini bilir.
– Ay qız, sən niyə
belə şirinsən – deyə soruşur.
– Yadından
çıxıb, müəllimə, axı mən şəkərəm...
Rəhilə GÜLGÜN
525-ci qəzet.- 2010.- 15 aprel.- S.4.