Xalq artisti Telman Adıgözəlov dünyasını dəyişib

 

DƏYƏRLİ SƏNƏTKAR DÜNƏN FATMAYİ QƏBİRİSTANLIĞINDA TORPAĞA TAPŞIRILIB

 

Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti Telman Adıgözəlov aprelin 15-də 57 yaşında vəfat edib. Bu barədə APA-ya məlumat verən teatrın direktoru Maqbet Bünyadov T.Adıgözəlovun öncəki gün yerində olduğunu nəzərə çatdırıb. Gecə saat 1.00 radələrində qızına özünü pis hiss etdiyini yatmaq istədiyini bildirən aktyorun çox keçmədən vəziyyəti pisləşib. Təcili yardım həkimlərinin cəhdlərinə baxmayaraq, xalq artistini xilas etmək mümkün olmayıb.

T.Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Dövlət İncəsənət İnstitutunun dram kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyorDəli yığıncağında Zəncirvuran, “Xurşidbanu Natəvanda Daşdəmir, “Mahnı dağlarda qaldıda Rəhman, “Maqbet” Flins, “Közərən ocaqlarda Xanəhməd, “İblis” Şeypurçu, “Vaqif” Təlxək, “Nişanlı qızda Çeşməkli kişi, “Qədr gecəsində Oyunbaz, “Hələsevirəmdeməmişdilər Qumarbaz, “Ah Paris...Paris!..” Əhməd, “Mənim sevimli dəlim Professor obrazlarını yaradıb. İstedadlı aktyor həmçininNəsimi”, “Nigarançılıq”, “Sürpriz”, “Yarımştat”, “Yol əhvalatı”, “777 Nömrəli İş”, “Anlamaq istəyirəm”, “Arşınmalçı”, “Bakı Oğrusu”, “Bəylik dərsi”, “Bir nömrəli...”, “Çətirimiz buludlardır”, “Diplomlu mütəxəssis”, “Dörd bazar günü”, “Evləri köndələn yar”, “Xatirələr sahili”, “Günaydın, mələyim!”, “İmtahan”, “Kölgədə 40 dərəcə isti”, “QAZ”, “Qırmızı qatar”, “Mühazirəkimi televiziya tamaşaları bədii filmlərdə yaddaqalan rollar ifa edib. T.Adıgözəlov 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Dünən günorta saatlarında mərhum Telman Adıgözəlovla vida mərasimi keçirilib. Sənətkarın evində təşkil olunan vida mərasimində Azərbaycanın çoxsaylı mədəniyyət, incəsənət, teatr xadimləri, aktyorun sənətinin vurğunu olan vətəndaşlar iştirak ediblər. Mərhumun cənazəsi alqış sədaları ilə xüsusi maşına qoyulub.

Mərhumla uzun illər eyni teatrda işləmiş dostluq etmiş xalq artisti Yaşar Nuri APA-ya bu itkidən çox təəssüfləndiyini bildirib: “İnanırsınız, məəttəl qalmışam. Nazim Hikmət demiş, “Nəslimin yarpaq tökümü başladı”. İki gün əvvəl onunla görüşmüşəm. İnanmıram... Telman Adıgözəlovun heç bir narahatlığı yox idi. Onun görəsi hələ çox var idi. Övlad toyu görməliydi. Telmanın deyilməmiş çox sözü, çox zarafatı qaldı”.

Ondan ayrılmaq çox çətindir. Telman bizi güldürərdi, dərdimizi-sərimizi bizdən uzaqlaşdırardı. Amma özünün dərdi çox idi. Onun irili-xırdalı bütün obrazları yaddaşlardır. Böyük insan idi. Həm sənət, həm ailə ilə bağlı ürəyində arzuları çox idi”. Bu sözləri isə Azərbaycanın xalq artisti İlham Əsgərov T.Adıgözəlovun ölümü ilə bağlı fikirlərini bölüşərkən deyib.

Xalq artisti Rasim Balayev T.Adıgözəlovun ölümünü böyük kədərlə qarşılayıb: “Özümə gələ bilmirəm. Telman çox şirin aktyor idi. O olan yerdə gülüş vardı, amma özü ciddi insan idi. Onun dünyasını dəyişməsi həm kino, həm teatr üçün böyük itkidir”.

Xalq artisti Afaq Bəşirqızı T.Adıgözəlovla dünən bir saata yaxın telefonla danışdığını, mərhumun heç bir narahatlığının olmadığını söyləyib: “Heç bir şeydən şikayətlənmir, narazılığını dilə gətirmirdi. mənə, başqasına problemlərini deyərdi. Çox nadir şəxslərə qismət olur ki, gözəl sənətkar olmaqla yanaşı, gözəl insan olsun. Telman heç vaxt heç kəsin xətrinə dəyməzdi. Kaş ki, heç olmasa övlad toyu görəydi”.

Mərhum aktyorun qardaşı Vaqif Adıgözəlov isə Azərbaycan kino teatr tarixində unudulmaz rollar yaratmış qardaşı üçün rəsmi vida mərasiminin keçirilməməsindən təəssüfləndiyini dilə gətirib: “Mənim üçün çox çətindir, ancaq gərək belə olmayaydı. Telman sənət üçün yaşayıb. Onun üçün geniş vida mərasiminin keçirilməməsi təəssüf doğurur”.

Qeyd edək ki, T.Adıgözəlov Fatmayi qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

 

525-ci qəzet.- 2010.- 16 aprel.- S.7.