Azərbaycanjurnalının yeni sayı işıq üzü görüb

 

Azərbaycanjurnalının mart nömrəsində Vilayət Quliyevin ingilis dilindən tərcümə etdiyi “1984” romanının 2-ci hissəsi dərc olunub. Corc Oruielin bu məşhur romanının peşəkar ədəbiyyatşünas tərəfindən Azərbaycan dilinə tərcümə olunması son vaxtlar ədəbi dairələrdə müsbət qarşılanan hadisələrdən sayıla bilər. Tanınmış dramaturq Əli Əmirlinin “M.S.S – Mən səni sevirəmikihissəli dramı da jurnalın bu sayında işıq üzü görüb. Poeziya həvəskarları bu nömrədə Ramiz Qusarçaylı, İsgəndər Etibar, Məmməd Tahir, Sabir Alim, Şöhlət Abbas, Bəhram Basqallı, Əbülfət Mədətoğlu, Əli Vəkil, Vaqif Kəhrizli, Vaqif Vüqar, İlham İnam, Kəmalə Ağayeva, Narıngül Xatirə Fərəclinin şeirlərini oxuya bilərlər.

Azərbaycanjurnalının bu sayında həmçinin gənc xanım yazarlara da yer ayırıb. Gənc nasir Ülviyyə HeydərovanınMələkhekayəsi Nəzmiyyə Hicranın şeirləri bu sayda dərc olunub. İstedadlı gənc yazar Pərvin Nurəliyevanın xalq yazıçısı Elçinin yaradıcılığına həsr olunmuşÖzünüdərk məqamıməqaləsi jurnalınGənc tənqidçinin tribunasıbölümündə çap edilib.

Jurnalın yeni sayında İmamverdi Əbilovun Süleyman Rəhimovun 110 illiyilə bağlıƏdəbiyyatımızın Dədə Qorqudu”, Vaqif Yusiflinin Sabit Rəhmanın 100 illiyinə həsr olunmuşMüasir komediyamızın banisiməqalələri var. Xalq şairi Məmməd Arazın həyat yoldaşı Gülxanım FətəliqızınınÖmürdən yarpaqlarəsərinin davamıyla oxucular bu sayda tanış ola bilərlər. Publisistika bölməsində Qəşəm NəcəfzadəninƏyləşdiyim stulessesiAzərbaycanjurnalının poeziya şöbəsinə indiyədək rəhbərlik etmiş şairlərimizdən bəhs edir. “Tənqid ədəbiyyatşünaslıqbölümündə Səadət Vahabovanın Cəlil Məmmədquluzadə nəsrində simvolik adlar yazısı işıq üzü görüb. Jurnalın təşkil etdiyi dəyirmi masadan hazırlanan materiallar da bu sayda verilib.Tanımaq tanınmaqbaşlığı ilə dərc olunan bu söhbətdə jurnalın baş redaktoru İntiqam Qasımzadə, yazıçılar Yaşar, Saday Budaqlı, tərcüməçi Vilayət Hacıyev çağdaş ədəbiyyatımızın problemləri tərcümə məsələləri barədə fikirlərini bölüşüblər.

Jurnalın ənənəviKitab rəfibölməsində son vaxtlar nəşr olunan kitablar barədə bilgi almaq mümkündür.

 

 

525-ci qəzet.- 2010.- 17 aprel.- S.17.