“Ədəbi üfüqlər” bu dəfə Rəsul Rzaya həsr olunub
İ.Əbilov adına Mədəniyyət
Mərkəzində xalq
şairi Rəsul Rzanın anadan olmasının 100 illiyinə
həsr edilmiş tədbir keçirilib. Bu barədə Yazıçılar
Birliyinin mətbuat xidmətinin rəhbəri,
şair Ədalət Əsgəroğlu məlumat
verib. “Ədəbi üfüqlər” silsiləsi
çərçivəsində reallaşan tədbiri giriş sözü ilə mərkəzin bədii rəhbəri Mirəhməd Əsgərov
açaraq, xalq şairinin həyat və yaradıcılığının ən önəmli
məqamlarından danışıb.
Ə.Əsgəroğlu çıxışında
Rəsul Rzanın orijinal, cəsarətli, həmişəyaşar poeziyasından
nümunələr gətirərək,
onun Azərbaycan ədəbiyyatının inkişafındakı
xidmətlərindən danışıb.
Şair Musa Ələkbərli yubilyara həsr etdiyi şeirini oxuyub. Mərkəzin “Şəlalə” xalq çalğı alətləri
ansamblı R.Rzanın
sözlərinə yazılmış
mahnıları ifa edib, “Vurğun” poeziya teatrının üzvləri şairin şerlərindən nümunələr
səsləndiriblər.
SARA
525-ci qəzet.- 2010.- 21 aprel.- S.7.