Muzey Mərkəzində gəlinciklər sərgisi

 

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzində gəlincik ustaları Pərviz Hüseynov İrina Qundorinanın əsərlərindən ibarət sərgi təşkil olunub. Sərginin açılışında çıxış edən mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı şəhər mədəniyyət turizm idarəsinin rəisi Əlikram Əliyev, xalq rəssamı Ağaəli İbrahimov başqaları gəlinciklərin bəzəyində rənglərin düzgün seçimini yüksək qiymətləndirərək, Azərbaycan milli ornamentlərindən yerində istifadə olunması baxımından gözəl sənət əsərlərinin nümayiş etdirildiyini vurğulayıblar. 

Əsərləri bir çox beynəlxalq sərgilərdə mükafat qazanmış Pərviz Hüseynov İrina Qundorina onlara yaradılan şəraitə sənətlərinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına iştirakçılarına təşəkkür ediblər. Sərgiyə müəlliflərin müxtəlif nağıl əfsanə qəhrəmanı olan, bəzəkli geyimlərdə 25-dək gəlincik işi çıxarılıb.

Qalereyada həmçinin Tatyana Ağababayeva, Eldar Qurbanov, Namiq Məmmədov, Emin Əsgərov digər gənclərin əsərləri sərgilənir. Sərgi aprelin 23-dək davam edəcək.

 

 

SARA

 

525-ci qəzet.- 2010.-22 aprel.- S.7.