Tanınmış jurnalist Rafiq Salmanovun yubileyi Mahnı Teatrında qeyd edilib  

 

R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Xalq qəzeti”nin əməkdaşı Rafiq Salmanovun 60 illik yubileyi qeyd olunub. Mərasimdə həmçinin yubilyarınMənim könlüm deyir ki...” kitabının təqdimatı da keçirilib. Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmiş tədbirdə Rafiq Salmanovun 60 illik ömür yolundan, həyat yaradıcılığından geniş söhbət açılıb.

Tədbirdə Milli Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kərimi, Mədəniyyət Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, BDU-nun dosenti Əli Eyvazov başqaları çıxışlarında R.Salmanovun hələ gənclik illərindən ədəbiyyata, musiqiyə, incəsənətin digər sahələrinə maraq göstərdiyini, dərindən bələd olduğunu bildiriblər: “Söz foto sənətinə bağlılığı isə onun həyat yolunu mətbuata istiqamətləndirib”. Çıxış edənlər R.SalmanovunAzərbaycan pioneriVışkaqəzetlərində, “Azərbaycan qadınıjurnalında fotomüxbir işlədiyini, 1991-ci ildən həyatınıXalq qəzeti”nə bağladığını deyiblər.

Müəllifin təqdim olunan kitabı haqqında söz açanlar nəşri R.Salmanovun 60 illik həyatının layiqli hesabatı kimi qiymətləndiriblər: “Kitabda müəllifin ayrı-ayrı vaxtlarda muğam ustaları, xalq bəstəkar mahnılarının gözəl ifaçıları olan 80-dən çox sənətkar haqqında qələmə aldığı məqalə, müsahibə oçerklər, Azərbaycanın musiqi həyatını əks etdirən bir sıra nadir fotolar yer alıb. MüəllifinSəni məndən soruşsalar”, “El sevsə sənətkarıkitablarından sonra sayca üçüncü olan bu nəşrdə həm müasirlərinin onun haqqında düşüncələri toplanıb”.

Tədbirdə yubilyara Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı təqdim olunub. Gecə gənc ifaçıların konsert proqramı ilə başa çatıb.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 22 aprel.- S.7.