Lənkəranda “Ümid” teatr studiyası yaradılıb
Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə
teatr studiyalarının
yaradılması ilə
bağlı qərarından
sonra Lənkəranda həvəskar gənclərdən
ibarət “Ümid” teatr studiyası təşkil edilib. Studiyadan verilən
məlumata görə,
“Ümid”in təşkilində
məqsəd teatrların
yaradıcılıq potensialının
yerli kadrlar hesabına möhkəmləndirilməsidir.
Bugünlərdə “Ümid” studiyasının
yaradıcı kollektivi
ilk dəfə olaraq tamaşaçılar qarşısında
“Yol” adlı şou proqram nümayiş etdiriblər.
Proqram vasitəsilə cəmiyyətdə
baş verən bir çox problemlərə öz düşüncə tərzlərindən
yanaşaraq, ictimaiyyətin
diqqətini bir daha maraq və
narahatlıq doğuran
məqamlara yönəldiblər.
Studiyanın üzvləri şou-proqramlardan
əlavə teatrda səhnəyə qoyulan
monumental əsərlərdə rollar da ifa
edirlər. Bundan əlavə
yaş etibarilə daha kiçik yaşlı uşaq və yeniyetmələr də teatra cəlb olunur.
SARA
525-ci qəzet.- 2010.- 22 aprel.- S.7.