Azərbaycan 1941-45-ci illər müharibəsindəadlı sərgi açılıb

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində faşizm üzərində qələbənin 65 illiyinə həsr olunmuşAzərbaycan 1941-45-ci illər müharibəsindəsərgisi açılıb. Bu barədə AMEA-dan məlumat verilib. 200-dən çox eksponatın təqdim edildiyi sərgidə 1941-45-ci illər Böyük Vətən Müharibəsi cəbhələrində qəhrəmanlıq göstərmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi qəhrəman döyüşçülərin şəxsi əşyaları, hərbi geyimləri, orden medalları, şəxsiyyət vəsiqələri, bayraqlar, arxa cəbhədə nəşr olunmuş qəzet jurnallar nümayiş etdirilir. Tədbiri AMEA-nın vitse-prezidenti Arif Həşimov açaraq, müharibə cəbhələrində, əsir düşərgələrində faşistlərin törətdikləri qəddarlıqdan danışıb, böyük qələbənin yaddaşlarda yaşamasında belə sərgilərin əhəmiyyətini xüsusi vurğulayıb. 

Muzeyin direktoru akademik Nailə Vəlixanlı, Səbail rayonu Veteranlar Şurasının sədri Ömər Ağayev, neftçi Məhərrəm Məmmədoğlu, Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Kəngərli başqaları arxa cəbhədə insanların fədakar əməyindən söz açıblar. Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə nəşr olunmuşBiz birlikdə qalib gəldikməqalələr toplusunun təqdimatı da olub. Faşizm üzərində qələbənin 65 illiyinə həsr olunmuş kitabda arxiv materialları əsasında azərbaycanlı döyüşçülərin igidlikləri haqqında oçerklər, müharibə dövrünü əks etdirən məqalələr yer alıb.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 22 aprel.- S.7.