Azərbaycanın mədəniyyət naziri Vatikanda görüşlər keçirib 

 

Xəbər verildiyi kimi, mədəniyyət turizm naziri Əbülfəs Qarayev Vatikanda səfərdə olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ə.Qarayev bu ölkənin kitabxana məxfi arxivinin direktorları ilə görüşüb. Görüşdə nazir ölkəmizdə Qafqaz Albaniyasının ona məxsus tarixi mədəni abidələrin mövcudluğu, onların qorunması dövlət tərəfindən qayğı göstərilməsi barədə məlumat verib. Azərbaycan Milli Kitabxanası ilə Vatikan kitabxanası arasında əməkdaşlıq məxfi arxivə giriş məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Vatikanın mədəniyyət naziri ilə görüşən Əbülfəs Qarayev Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, tolerant bir dövlət olması, dünyəvi dinlərə hörmətlə yanaşması, azsaylı xalqların dili mədəniyyəti ilə yanaşı, onların dini etiqadları ilə bağlı hər cür şəraitin yaradılması, ölkəmizdə yeni katolik kilsəsinin istifadəyə verilməsi barədə həmkarına ətraflı məlumat verib.

Vatikan tərəfi Azərbaycan tolerant dövlət olmasından böyük məmnunluq duyduğunu dilə gətirib, dünyəvi dinlərə göstərdiyi qayğıya görə hökumətimizə təşəkkür edib, mədəniyyətlərarası dinlərarası dialoqla bağlı ölkəmizdə keçirilmiş beynəlxalq konfransı yüksək qiymətləndirib.

Vatikanın mədəniyyət naziri Azərbaycan incəsənət ustalarını ölkəsində keçiriləcək kinofestivalda iştiraka dəvət edib.

Görüşlərə Azərbaycanın Fransa Vatikandakı səfiri Elçin Əmirbəyov da qatılıb.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 22 aprel.- S.7.