Barıt qoxulu, qələbə arzulu misralar
İkinci Dünya müharibəsi illərində hərbi əməliyyatlarda bilavasitə iştirak etmiş və ya əsgərlərlə çiyin-çiyinə müharibənin odundan-alovundan keçmiş şairlərin yaşantıları “vuruşmağa və yaşamağa stimul verən” misralara çevrildi. Beləcə müharibə ədəbiyyatının, əgər belə demək mümkünsə, yeni bir qolu kimi cəbhə lirikası ədəbi fakt olaraq özünütəsdiq qazandı. Döyüşlərdən keçmiş və müharibənin ağrı-acılarını həqiqətən yaşamış insanların cəbhə lirikası ilk növbədə səngərdəki əsgərlərin ürəyinə və beyninə daha yaxın idi, eyni zamanda “ön xətdəki” şairlərin yaradıcılığı kimi cəmiyyətdə yetərincə maraqla qarşılanırdı. Və o dövrdə cəbhə şeirlərinin içərisində, təbii ki, yüksək poetik dəyərə malik sənət nümunələri də yaranırdı.
Konstantin Simonovun çox sevdiyim “Gözlə məni” şeiri 1942-ci ilin fevralında işıq üzü görmüş və rus ədəbiyyatında şedevr kimi qiymətləndirilmişdi. Döyüşən insanın keçirdiyi səmimi hisslərin böyük ustalıqla verildiyi şeiri cəbhədəki əsgərlər, onların yolunu gözləyənlər qəzet səhifələrindən kəsib götürür, üzünü köçürüb ciblərində gəzdirir, əzbərləyirdilər.
Azərbaycan şairlərinin də yaradıcılığında cəbhə şeirlərinə rast gəlmək mümkündür. Ənvər Əlibəyli, Yusif Şirvan, Əhməd Cəmil, Zeynal Cabbarzadə və başqa yazarlarımız bilavasitə döyüşən ordularda xidmət edib, imkan düşdükcə duyğularını qələmə alıblar. Hətta, bildiyimə görə, sovet dövründə ölkəmizdə “Cəbhə şeirləri” adlı almanax da nəşr edilib.
Azərbaycan xalqının taleyində dərin və ağır iz buraxmış Qarabağ müharibəsinin ədəbiyyatımızda layiqincə əksini tapması və bu mövzuda sanballı əsərlərin ortaya çıxması tənqidçiləri və ədəbiyyatsevərləri son illərdə haqlı olaraq düşündürən məsələdir. Əslində bütün sahələrdə olduğu kimi, ədəbiyyatda da cəmiyyətin ovqatından doğan zərurət, ehtiyac yazarları yaradıcılıq axtarışlarına, yeni və sanballı əsərlər yaratmağa sövq edir.
Qarabağ döyüşlərinin iştirakçısı kimi məni, doğrusu, müharibə illərində cəbhə lirikasının yaranıb-yaranmaması nədənsə daha çox maraqlandırıb. Görünür, bu da həmin mənəvi ehtiyacın bir təzahürüdür. Görəsən, Azərbaycanın yaradıcı insanları Laçında, Kəlbəcərdə, Ağdamda, digər bölgələrdə ön sıralarda olarkən cəbhə təəssüratlarını necə qələmə alıblar?
Bu yaxınlarda Daxili Qoşunların tərkibində Qarabağ döyüşlərində iştirak etmiş Elxan Xəzərin “Vuruşaq ki, zəfər çalaq” şeirlər kitabı əlimə keçdi. Hər şeydən öncə onu qeyd edim ki, Elxan Xəzəri Qarabağ döyüşlərində könüllü iştirak etmiş və ağır yaralanaraq ordu sıralarından tərxis olunmuş, indinin özündə də ictimai işlərlə fəal məşğul olan bir yoldaş kimi xeyli vaxtdır tanıyıram. Ancaq onun cəbhə şeirləri yazdığını, doğrusu, bilmirdim. Elxanın bu yaxınlarda işıq üzü görmüş həmin kitabında 70-ci illərdən bəri yazılmış müxtəlif mövzuda poetik nümunələr toplanıb. Burada onun cəbhə şeirləri də öz əksini tapıb və bu şeirlərin içərisində insanın duyğularını oynadan, ürəkdən tikan çıxaran misraların, poetik deyimlərin yer alması ürəyimcə oldu.
Elxanın şeirlərində mənim diqqətimi çəkən başlıca məqam ilk növbədə şairin Azərbaycan əsgərinin mənəvi simasını, hərbçisayağı desək, Odlar Yurdu döyüşçüsünün şərəf kodeksini ustalıqla qələmə almasıdır. “Erməni əsgərləri gözümün qarşısında uşağımı doğradılar”, deyən didərgin qadına o, “Belə öyrənmişik” şeirilə münasibət bildirir:
Sizin harayınız yandırır bizi,
Dərdiniz dağ basır ürəyimizə.
Di gəl ki qəddarlıq edə bilmirik-
Babalar başqa cür dərs verib bizə.
Qadını öldürmək
bizimçün ayıb,
Körpəyə sən necə qıyarsan axı?!
Ulular ən böyük naqislik sayıb
Ocaq söndürməyi,
ev dağıtmağı.
Müharibə getdiyi dövrdə, şahidiyəm ki, cəbhədən qısamüddətli
məzuniyyətə gedən
əsgərlər tamamilə
ayrı əhval-ruhiyyə
ilə, yetərincə
acı təəssüratla
qayıdırdılar ki,
paytaxtımızda müharibə
hiss olunmur, yəni çoxları öz kefindədir. Belə halda cəbhədəki
döyüşçülərin ovqatı necə olmalıydı? Bütünlükdə xalqın qələbəyə
köklənməli olduğu
bir vaxtda bu, döyüşçülərə
olduqca məyusedici təsir göstərirdi.
Müharibədəki uğursuzluqlarımızın bir kökü də bunda, lazımınca təşkilatlana
bilməməyimizdə deyildimi?!
Ona görə Elxan Xəzər publisist qətiyyətilə
yazırdı:
Şərqi oxumasın
qoy müğənnilər,
Döyüş nəğmələri gərəkdir
indi.
Bəs cəbhədə sözün
həqiqi mənasında
həmin dövrdə
nələr baş verirdi, döyüşlərarası
sakitlikdə Elxan hansı ovqatdan doğan düşüncələrini
“ipə-sapa” düzürdü? Müharibə ölüm-itim yeridir desəm, yəqin ki, yeni nəyisə
kəşf etmərəm.
Bu hamıya məlum
olan həqiqətdir.
O da həqiqətdir ki, “səngərləri qəbirdən dərin olan ön mövqelərdə”
Vətənin ən layiqli oğulları döyüşə girir və şairin təbirincə desək:
Elə mərd
igidlər şəhid
olur ki,
Diri qaldığına
adam utanır.
Sözü ilə əməli bütöv, misraları ilə hərəkəti eynilik təşkil edən vətənpərvər Azərbaycan
oğlu kimi Elxan Xəzəri Qarabağ cəbhələrində
baş verən uğursuzluqlar daha çox narahat edirdi və bu narahatlıq boğazdan yuxarı deyilmiş sözlər kimi yox, qəlb
yanğısı ilə
təbdən süzülmüş
barıt qoxulu misralar kimi vərəqlərdə
sıralanırdı. “Qoy
hamı bilsin ki...” şeirində üzünü Vətənin
müdafiəsinə qalxmış
döyüşçülərə tutub müəllif deyir:
Sən vur ki, bu namərd,
mənfur düşməni,
Doğma torpaqlara düşməsin
yad iz.
Bizdən o tərəfə
Vətən başlanır,
Sərhəd dirəyiyik indi hərəmiz.
Poeziya, poetik mətnlər hər şeydən öncə ovqat deməkdir və yaxşı şeirdə müəllif, zənnimcə,
insanın duyğularının
bədii lövhələrini
yaradır, bəlkə
də hamının
hiss etdiyi, lakin dilə gətirə bilmədiyi əhval-ruhiyyənin
obrazlı təsvirini
verir. Məsələn, “söz vaxtına
çəkər” deyiblər,
hamı bilir ki, baharın gəlişini torpaqla təmasda olanlar daha tez duyar.
Bəs səhəri döyüş
mövqelərində açan,
torpağın qoynunda
gün keçirən,
səngər həyatı
yaşayan oğullar necə? Görün,
Elxan döyüşçü
olaraq baharın gəlişini necə qələmə alıb:
Bu il də cəbhədə keçirdik
qışı,
Novruzu səngərdə qarşıladıq
biz.
Yenə doğmaları
təbrik etməyə
Nə səsimiz çatdı, nə də əlimiz.
Yenə də
biz duyduq hamıdan əvvəl
Torpağın isinib oyandığını.
Birinci biz gördük
göyün, səmanın
Günəşdən rəng alıb boyandığını.
Döyüş meydanında
yeriyib- yüyürən,
“tərindən paltarı
cana yapışan”, igid oğullardan geri qalmayan, “hər yara alanla
bir yara alan” və
yıxılıb qalana
kömək etməklə
“yana-yana yanğı söndürən” hərbçi
həkim olmaq da cəbhədə asan deyil:
Keçmir boğazından
nə su, nə çörək,
Daim üzür
onu fikir, düşüncə,
Döyüşən dəstədə
həkim işləmək
Döyüşçü olmaqdan çətindir, məncə!
Ümumiyyətlə, bəzən harada olmasından asılı olmayaraq, başqalarına adi görünənlər
Elxan Xəzərin cəbhə şeirlərində
tamamilə başqa rakursdan diqqətimizi çəkir. Xüsusilə ağaclara onun
münasibəti fərqlidir.
Yayın istisində kölgəsini döyüşçülərin
üzərinə salan,
“oğullarını qoruyaraq
güllə yarası
alan” ağacların
həzin xışıltısı
ana laylasına bənzədilir:
Anatək dayanıb
başımız üstdə
Gecə laylamızı çaldı
ağaclar.
Döyüşlərdə itirilmiş
ayaq üçün qoltuq ağacı da obrazlı ifadə edilərək, şairin gözlərində
qardaşı əvəz
edir:
Onlara adicə
ağac demə sən,
Tək qalan ayağa qardaşdır onlar.
Beləcə döyüşçülərin
səmimi və həssas duyğularının
bədii təcəssümünə
çevrilmiş şeirlər , hesab edirəm ki, cəbhəçi şair kimi Elxan Xəzərin özünəməxsus poetik
tapıntılarıyla yadda
qalır. Ancaq bu o demək
deyil ki, kitabda bütün şeirlər eyni dərəcədə uğurlu
və yaddaqalandır.
Cəbhəçi dostum
buna görə məndən inciməz: bu şeirlərin içində bədii cəhətdən sönük
mətnlərə də
rast gəldim. Onlar gözəl şeirlərdən
alınan ovqata, doğrudan da, xələl gətirir.
Eyni zamanda belə bir deyim də
var ki, yazarlar
üçün əsərlər
övlad kimidir, yaxşısı-pisi yoxdur.
Görünür, Elxan kitabı
çapa hazırlayarkən
bu meyardan çıxış edib.
Hər halda, hesab edirəm
ki, Elxan Xəzərin barıt qoxulu cəbhə şeirləri bədii zövqü olan oxucuların nəzər-diqqətini
cəlb edəcək.
Əbülfət
QASIMOV
525-ci qəzet.- 2010.- 22 aprel.- S.6.