Nəşrlərdə kənara
qoyulmuş mətbu əsərləri
ÜZEYİR HACIBƏYLİ – 125
Milli iftixarımız
Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam
olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir.
Hazırlıq işləri artıq
başlanmışdır. Üzeyir bəyin, onun zəngin
irsinin pərəstişkarı kimi mən də, neçə
ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini,
xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara
qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən
mətbu əsərlərini aramaqla məşğulam. Hələlik
1904 –1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə oxucuları
“525-ci qəzet” vasitəsilə
Şirməmməd HÜSEYNOV
(Əvvəli ötən şənbə
saylarımızda)
Ordan-burdan
Diyorlar ki, “Ərdəbil bir
şəhərdir, hər kəs də öz vəkili”. Mən
Ərdəbildə olmamışam və bunun da nə dərəcədə
doğru olub-olmadığını bilməyirəm. Ancaq
iqrar ediyoram ki, bu söz doğru isə, Ərdəbil bəxtiyar
şəhərlərin biridir. Doğrudan da böylə olsun
gərək. Bu gün sənin keyfin çay içmək və
qəlyan çəkmək istiyor-heç kəsin buna bir
sözü olamaz. Bu gün sən gəzməyə
çıxırsan, heç kəs deməz ki, nə gəzmək
zamanıdır. Bu gün sən günortadan sonra yatmaq istəyirsən
– heç kəs sənə bir söz deməz. (İranda
bundan artıq bir hərəkət yoxdur-zənn ediyoram) Amma
bizim Bakıda böylə degil. Hər bir işində, hər
bir hərəkətində, hər bir durub-oturuşunda, hər
bir addımında ehtiyatlı olmalısan. Və illa cüzi
bir oyan-buyan – görürsən ki, qiyamət qopdu. Nəçün
ayağını geri qoydun, nəçün bu sözü
dedin, nəçün flan elədin və sairə. Çox
adam diyor ki, bu bir yaxşı sifətdir. Çünki,
insanı ehtiyatla dolanmağa vadar ediyor. Mənim zənnimcə-bu
bir xəyali-xamdır-qoy hər kəs sərbəst
dolansın. Sərbəst dolanan adamın fikir və xəyalı
da sərbəst və azad olar.
lll
Sərbəstlik
yaxşı şeydir. Bu gün Rusiyanı böylə bir vəlvələ
içinə salan hadisat və vüquat hamısı sərbəstsizliyin
ucundandır. Bu gün Osmanlı dövlətini öylə
bir zəif və zəlil edən alət dəxi sərbəstsizlikdən
doğma bir alətdir. Lakin sərbəstlik də var sərbəstlik
də. Rusiyalıların, osmanlıların öz dövlətlərindən
sərbəstlik tələb etməsi təbii və məşruyi
bir tələbdir. Amma Yəmən ərəblərin öz
şeyləri Yəhya nam ilə bərabər “sərbəstlik”
istehsalına çalışmaları- nifaq və təzad
salmadan başqa bir şey deyil. Ərəblərin
Osmanlıdan istədikləri tələblərə
hürriyyət və sərbəsti tələbi demək
olmaz. Çünki, sərbəstlik arzusunda olan zat öz vətəninin
zəif düşməsinə razı olmaz. Halbuki, ərəblər
Osmanlıdan ayrılıb özgə bir “Ərəb hökuməti”
təsis etmək fikrindədirlər. Yəni aləmi-islamı
para-para və tikə-tikə etmək təşəbbüsündədirlər
ki, Avropa bu aləmi asan bir vəc ilə uda bilsin. Bədbəxtlər!
Özgələr ittifaq və ittihad ilə hürriyyət
qazanmaqda ikən siz də nifaq və təzad iləmi sərbəstlik
kəsb etmək istiyorsunuz?! Əminəm ki, öylə “sərbəstligə”
nail olamazsınız!
lll
Qəzetəçilərimiz şikayət ediyorlar ki, qəzetə oxucularımız azdır. Mən bu şikayəti haqlı hesab edə bilmiyoram. Çünki, hər kəsi görürəm qəzetdən bəhs edir, hər kəs ilə mübahisə ediyoram qəzetələrdən mənə dəlil və sübutlar gətirir. Pəs qəzetə oxumayan adamın qəzetədən xəbərdarlığı olarmı? Bəlkə qəzetəçilərimiz-qəzetə müştərisi azdır demək istiyorlar? Hə!... Buna mənim bir sözüm yoxdur. Bu ola bilər. Nəin ki, ola bilər-həqiqətdə də böylədir. İştə görünür ki, qəzetə müştərisi azdır. Amma qəzetə oxumayan əhli-savad yoxdur! Bu nə tövr olan işdir?! Nə tövr olacaq? Fərz edəlim ki, Abbasqulu bir qəzetənin müştərisidir. O surətdə Abbasqulu sakin olan məhəllədə heç bir kəsin qəzetə almağa ehtiyacı yoxdur. Çünki, Abbasqulunun iltifatı sayəsində aldığı qəzetə bir məhəllənin adamlarının hamısına kifayət edər...
İştə
böylə!
lll
Qəzetələrimizin
müştəriləri azdırsa da özləri getdikcə
çoxalmaqdadır. Əlhasil tək bir Bakı şəhəri
üç qəzetə verməkdədir. Kazan isə-beş
qəzetə intişarına müvəffəq olubdur. Sair
şəhərlər də Bakı ilə Kazandan geri durmaq
istəmiyorlar. Qəzetələrimiz cürbə-cürdür:
kişilərimizə məxsus, arvadlarımıza mənsub,
uşaqlarımıza mütəəlliq qəzetələrimiz
vardır. Lakin ... “çoxluq” sözünə dair
türkün bir “senzorsuz” məsəli vardır (“senzorsuz”
sözünü mən “əz bərayi xali-nəbudən mərasilə”
dedim. Özüm yaxşı biliyoram ki, hökumətə
müxalif sözlərdən savayı ağıza gələn
sözü senzor buraxar və buraxır da). Görünür
ki, bəzi qəzetələrimizə bu zərbülməsəli
isbat etmək istiyorlar. Böylə ki, o qəzetələrdən
yavaş-yavaş “xuliqanlıq” iyi gəlməkdədir... “Nur”
ilə “Bəyanül-Həqq”in acığı tutmasın.
Filankəs
“İrşad”
qəzeti, 18 aprel 1906, ¹ 92
ZÜLFÜQAR BƏY HACIBƏYOVUN
VƏFATİ-NABƏHƏNGAMINA DAİR
Millətimizin rifah və səadəti müstəqbələsi üçün ümidgahi-yeganə ədd olunan cavanlarımız dərrakə məqamına gəlib öz müqəddəs vəzifələrini kəmali-qeyrət və hümmət ilə ifayə mühəyya olduqları halda bimürüvvət tale, zahirdə bir-birindən iftiraq edilmişsə də qəlbən ittifaq etmiş bu ümidlər firqəsinə zalimanə bir zərbə çırpmaqdan usanmadı.
O, tale, birəhm əlini
uzatdı. Cavanlarımızdan millət səadəti
üçün canını qurban edəcək dərəcə
həmiyyət meydanında qol çalmağa qədəm
qoyan bir zata qıydı, qıyıb da zülmlə ziri xak
etdi...
Bu zat, əziz, sevgili,
ümidli yoldaşımız Zülfüqar bəy Hacıbəyov
idi. Zülfüqar öldü...
Bu zəhərli xəbər
bizi gicitləndirdi. Gözümüzə,
qulağımıza inanmıyorduq. Zülfüqar ölməz
deyirdiz. Ölmək üçün yaranmamışdı. Qəlbində
bəslədikləri ümidləri, əməlləri, əqlinə
tabdar etmiş ali fikirləri qövldən feilə gətirmək
üçün çalışmağa
yaranmışdı, – ölməz diyorduz... Lakin öldü.
Bu bir acı həqiqətdir... Nakam öldü.
Valideyni Zülfüqar
adlı bir oğul itirdilərsə də, biz Zülfüqar
adlı bir adam itirdik ki, millətimiz üçün
yıxılmaz, qırılmaz bir sütun olacağı bizcə
ap-aşkar idi...
Məktəb günlərimizi
bir yerdə keçirdiyimizdən biz mərhum
yoldaşımızın xalq və ətvari- pəsəndidəsinə
yaxşı bələd idik. Mərhum öz istedad və
qabiliyyəti-xarüqüladəsi ilə bütün müəllim
və mütəəllimlərin diqqətini cəlb edib,
gördüyü iş və tutduğu əməl ilə hamını
bir heyrət içində buraxıyordu. Biz,
yoldaşımızda tədric ilə oyanmağa başlayan
hissiyyati- milliyyə və əməl və əfkari- münəvvərədən
xəbərdar olduqca mərhumun gələcəkdə ən
haris bir millət xadimi olacağını özümüzə
yəqin ediyorduq. Müşəşə bir istiqbalə mərhumun
etiqadi- kamiləsi olduğundan bizim üçün qəm və
kədərli günlərimizdə böyük bir təsəlli,
müşkül zamanlarımızda bir ümid olub bizə dəxi
ümidlər təlqin ediyordu...
Zaqafqaz darülmüəlliminində
ikmali-təhsildən sonra mərhum Zülfüqar bəy kəmali-hırs
və şövq ilə iş görməyə iqdam edib, əvvəldən
zəif və sonra da seminariya müstəqtlərinə
müdavimət edib daha zəifləşmiş canını
gözləmədi. İstirahətdən ötrü qərar
qoyulmuş yay günlərini şüğl və tuğl ilə
keçiriyordu. “Cavanlar ittifaqı” namında
Müəllimlik kimi öylə
ağır bir vəzifə əziz yoldaşımızın zəif
canını qətiyyən titrətdi. Binəva
gün-gündən əriməyə başladı. Bununla belə
çalışmaqdan əl çəkmiyordu ki, bilaxirə rəxtxabə
uzanmağa məcbur oldu. Məcbur oldu ki, bir də
durmasın...
Birəhm tale əziz və
sevgili yoldaşımızı əlimizdən aldısa da,
onun amal və əfkari-aliyyəsini alamadı. Onlar rəfiqimizin
ruhu ilə belə diridir. Onların səmərəsi
yoldaşımızın ruhunu şad edəcəkdir.
İştə bu bizim təsəllimizdir.
Ü.H. (Üzeyir Hacıbəyov)
“İrşad” qəzeti, 23
aprel 1906, ¹ 96
nabəgah-vaxtsız, gözlənilmədən
müstəqbəl-gələcək
mühəyya-hazırlanmış
iftiraq-ayrılma
xak-torpaq
haris-saxlayan, hifz edən
müşəşə-parlayan
hirs-acgözlük
rəxtxab-yorğan-döşək
Ordan-burdan
Əcnəbilərin özgə
dinində ola-ola islam şəriətinin ehkamı ilə
istifadə etmələri cümləcə əyandır. Məlum
olduğu üzrə bu gün Avropanı bütün aləm
içrə behəqqi-mümtaz edən qüvvənin mənbəyi
dini-islamdır. O təməddün, o maarif, o gözəl tərzi-
idarələr, o səadət, o rəfaət hamısı
islamın öz ümmətinə təlqin etdiyi hökmlərin
layiq sürətdə icra olunmasından mütəvəlliddir.
Şayani- diqqət şurasıdır ki, əcnəbilər
bizim dinimizin bəzi ehkamından iki qat istifadə ediyorlar. Yəni
həm özlərinə nəf çıxardırlar, həm
də bizə ziyan vurub onunla da nəfbərdar olurlar. Məsələn,
firənglər islam məmləkəti olan Fas dövlətini
tamah əliylə qarmalayıb faslılara diyorlar: qorxmuyun, biz
sizdən çəkdiyimiz nəfidən sizə də bir hissə
verəcəyiz. Lakin bizdən faiz (prosent) istəməyin və
istəməyə də haqqınız yoxdur.
Bizim Qafqazda da dini-islamın
ehkamı “layiqincə” icra olunmaqdadır. Kəndçilərimizə
də diyorlar ki: sizin flan yer mənimdir, flan yer sənindir deməyə
nə haqqınız var. Halbuki, islam buyurur ki, hər bir yer
Allahındır! Kəndçilərimiz bu “töhməti”
eşidib utanırlar, əstağfürullah- deyib yerlərindən
əl çəkirlər. Amma bir az keçir, baxıb
görürlər ki, Allahın yeri nə tövr oldusa qəflətən
xəzinəyə məxsus oldu. Yaxud Allahın yerində
Rusiya “pereselensilər”i zühur edib kəmali-qaidə və
qonur ilə “xozyayniçat” ediyorlar...
Yazıq kəndçi mat
qalıb bir yerə baxır, bir göyə.
lll
Mən bilmiyorum ki, Osmanlı
Dövləti müsəlman ola-ola neçün diyor ki, Əqəbə
mənimdir, halbuki “hər yer Allahındır!” Ehtimal
Osmanlı dövləti bizim kəndçilərimizdən əqilli
olduğundan bilir ki, “Allahın yeri olan Əqəbəni bu
gün-sabah ingilis qəsb edəcəkdir. Ona binaən o yeri
qorumaq istiyor, diyor ki, Osmanlı dövləti bu yeri bərk
qucaqlayıb buraxmaq istəmiyor. İngilis dəxi çox
istiyor ki, Osmanlı özü getsin, lakin bu işə
dürüst mütəvəcceh olunsa, görünür ki,
Osmanlı dövləti (ondan çıxmayan iş!) zərəfatsız
çox bərk durubdur. Əqlim kəsmir ki, ingilis onu yerindən
tərpədə bilsin. Çünki- kim nə deyir-desin-
işin həqiqət halı bu günədir:
İngilis- hərçənd
mənim Osmanlı yeri olan Əqəbə üstündə
Osmanlı ilə çəkişməyə heç bir həqq
və səlahiyyətim yoxdur. Amma sözün doğrusu mənə
dəmir yolu üstündə Osmanlıya bərk
acığım tutubdur. Çünki o yoldan məni damax
qoydu, ona görə haqq- nahaq Osmanlı ilə
dartışıb küləklər açacağım.
Firəngistan- hərçənd
mənim ingilislərdən çoxdan bəri zəhləm
gedir, amma sözün doğrusu o kişidən çox silirəm.
Binaənəleyh yenə ona tərəfdarlıq edib,
qorxmadığım Osmanlını məzəmmət etməyə
məcburam.
Rusiya- mən də ... mən
də ...
Almaniya- hərçəndi
xalq diyor ki, mən Osmanlının dostuyam, amma Allah mənə
lənət eləsin, əgər Osmanlının ümdə
düşməni deyiləmsə! Mənim qəsdim o
kişini sümürməkdir, ingilis ilə onun çəkişməsinə
qalırsa, özü bilsin, mən hər halda istədiyimi
alacağam.
Misir- ingilis məni
qızışdırıb diyor ki, Əqəbə sənindir
etiraz et, Osmanlı da diyor ki, etiraza həqqin yoxdur.Vallah
bilmiyorum nə qayırım, yaxşısı budur ki, qoy
Osmanlı ilə ingilis bilsin, mən də işin
axırını gözlərəm.
Osmanlı – hankı yerimə
əl atıram diyorlar ki, sənin deyil, tərpənmə !
Rumıniya mənim olmadı, Serbiya mənim olmadı, Bolqariya
mənim olmadı, Bessarabiya mənim olmadı, Kirid mənim
olmadı, Misir mənim olmadı, Krım mənim olmadı. Mən
də dedim: cəhənnəmə! Qoy mənim olmasın!
İndi də diyorlar ki, Əqəbə də sənin deyil.
Görürəm ki, iş böylə getsə, axırda
İstanbul da mənim olmayacaqdır. Binaənəleyh Əqəbədən
əl çəkməyəcəm. Qoy ingilis “demonstrasiya”
qursun...
Biz- hərçəndi əcnəbi
mətbuatı “Kaspi” qəzetəmiz ilə bərabər and
içirlər ki, Əqəbə Misirindir və Osmanlı
qorxub qaçacaqdır, amma biz bu mətbuatın məramını
və “Kaspi” qəzetəmizin “ixlasi- təhvilə” verdiyini
yaxşı anlayıb ümid ediriz ki, Osmanlı “demonstrasiya”
kibi “xox gəldi”dən ürküb öz Əqəbəsini əlindən
buraxmaz.
lll
İmdi biz bu sözləri
dedik ki, sabah “Tiflisski listok” bizi tutacaqdır ki, ey,
“neçün panislamizm”lik ediyorsunuz. Panislamizm olmayan adam da
diyirmi ki, Əqəbə Osmanlınındır? O səfər
də yazmışdınız ki, ərəblər nahaq yerə
Osmanlıya qarşı üsyan edirlər. Pəs
görünür ki, siz panislamistsiniz, necə ki, bu sözləri
86- cı nömrəmdə mən sizə açıcaq
dedim!
O surətdə biz “Tifliski
listok”un qulağına pıçıldayırıq ki;
aşna, qanacağına maşallah!
Filankəs
“İrşad” qəzeti, 30
aprel 1906, ¹ 101
Ordan-burdan
Dövlət Duması ...
açıldı. Deməli, biz də özümüzü
avropalılara tay elədik. Çox gözəl. Əvvəl
çox adam öylə güman edirdi ki, Dövlət
Duması açılsa da bir nəfi olmayacaqdır.
Çünki dövlətin bir o qədər pul borc alması
və Kromıkinin İqnatyev ilə bərabər təyin
edilməsi cəmaəti məyus eləmişdi. Lakin
dumanın böylə bir təntənə və dəbdəbə
ilə açılıb, odlu-odlu nitqlər söylənilməsi
və Avropanın dumanı təhsin etməsi bütün yer
üzünə öylə bir hüsni-təsir edibdir ki, indi
hamı dumaya inanmağa başlıyor. Ağlım kəsmir
ki, bundan sonra Kromıkin, İqnatyev, Stolıpin və sairləri
tazədən durub Vitte-Durnovo hərəkəti
çıxardalar.
lll
Diyorlar ki, Osmanlı dövlətinin
dəxi dövlət duması kibi bir “Məclisi-məbusan”ı
var imiş. Lakin sonradan bu “Məclisi-məbusan” Sultan həzrətlərinə
xoş gəlmiyib, büküb “palasın altına qoyubdur”.
lll
Baxıb görürəm
ki, rus “Məclisi-məbusanına” bizim Tiflisdən bir müsəlman
da düşməyəcəkdir. Lakin Tiflis müsəlmanları
bu məhrumiyyətdən məyus olmuyub diyorlar ki, zərər
yoxdur, Gəncə sağ olsun! Amma Gəncə erməniləri
demədilər ki, zərər yoxdur, Tiflis sağ olsun: onlar
özlərinin Gəncədə varlığını isbat
etmək üçün çalışırlar ki, dumaya Gəncədən
də vəkil apartsınlar.
lll
Erməni dedim, yadıma
Kalantar ilə Xatisov kirvələrim düşdü. Bu
adamlar, necə ki, “Qazax” xəbərindən anladıq, ciblərini
Allah bilir hansı vasitələr ilə qazanmış pul ilə
doldurub atıla-atıla gedib Qazax uyezdində naçalnikə
deyiblər kiı; bax bu müsəlmanların puludur. Əmr
ediniz ki, müsəlmanlar da bizim pulumuzu versinlər. Böylə
danışırlar ki, naçalnik cənabları ermənilərin
bu sadıqanə izaatından çox mütəəssir olub əmr
edibdir ki, əgər müsəlmanlar borclarını gec versələr,
Qazağı Cavanşir uyezdinə döndərəcəkdir.
Necə bilirsiniz, ermənilərin
borcu müsəlmanlarınkından çox olsa idi, Kalantar ilə
Xatisov bu cəldlik ilə pul götürüb Qazağa gedərdilərmi?
Əqlim kəsmiyor...
lll
“Svet” qəzetə
ağlaya-ağlaya diyor ki, Orenburqun yanında olan Nejinski polkun
kazaxları müsəlman olubdurlar. Daldan da misyonerlərə
acığı tutub diyor ki, bəs bizim misyonerlərimiz,
flanımız var idi, indiyədək onlar nə
qayırırdılar?
Kim bilir? Görünür
ki, öz “müqəddəs” vəzifələri onları gicəlləndirib
işi tərsinə görürlərmiş... İnsanın
başına hər nə desən gələr!
Filankəs
“İrşad” qəzeti, 3 may
1906, ¹ 103
Ordan-burdan
Erməni
başçıları erməni-müsəlman
ixtişaşı əsnasında aləmi aldatmaq istədikdə
bir sürü “ucu güləbətinli” yalanlar cümləsinə
bu yalanı dəxi soxurdular: “O yerlərdə ki, ermənilər
müsəlmanlardan çoxdur, həmişə qurd quzu ilə
otluyur: rahətlik, sakitlik, fərağatlıq, heç kəsin
heç kəslə işi yox, hamı öz kəsbkarındadır”.
Lakin bir az keçmədi ki, aləm bu qəşəng
sözlərin içi çürük qozlardan ibarət
olduğunu anlamağa məcbur oldu. Erməni çox olan yerə,
yəni İrəvana və İrəvan quberniyasına
baxıb gördülər ki, doğrudan da oralarda qurd və
quzu vardır. Ancaq otlayan quzu degil, qurddur. Və qurd dəxi ot
yeyən heyvanlardan olmadığına görə məlumdur
ki, quzu əti ilə can bəsliyor. Quzular dəxi bir yerə cəm
olub hərdəm bir bu beyti zikr ediyorlar:
Düşmən bir olsa dəfini
asandır eləmək
Vay o zaman ki, üz qoya hər
bir kənardan!
lll
Əcəba, bu İrəvan
“quzular”ının tərəfinə hər bir kənardan
üz qoyan düşmən kimdir? Diyorlar ki, hər bir kəsin
ən böyük düşməni onun özüdür. Onda
böylə çıxır ki, guya İrəvan
“quzular”ının da düşməni əvvəlcə
özləridir. Lakin buna inanmaq olmaz: bir millət ki, “quzu” kibi
dolanıb qərib adamların üstünə böhtan atmaq
kibi qədim zamandan bəri “Əla ya əyyəhəsaqi əder
kasən və naveleha”* öyrənib ondan sonra damağın
köklügündən zarafat üçün bir-birinin
başını kəsmək kibi və “qurd”lar
qabağında quyruq bulamaq kibi və buna oxşayan sairi məsumanə
hərəkətdən başqa heç bir şeyi əmələ
baş qoşmaya məgər o özünə düşmənmi
olar? Və bir də qaradovoydan tutmuş qubernatora kibi
bütün İrəvan hökuməti rusluqdan
çıxıb erməni olubdur. Binaənəleyh heç
bir düşməni qoymazlar ki, gəlib nahaq yerə müsəlmanları
incidsin, bunda şəkk və şübhəyə
düşməyə heç bir kəsin həqqi yoxdur!
*Ey saqi, şərab badəsini
gəzdir və onu mənə ver!
Bu Hafiz Şirazinin məşhur
qəzəlinin ilk misrasıdır. Bax. Hafiz Şirazi. “Divan”,
Tehran, 1346, səh.1-Ş.H
lll
Həqqə qalırsa
müsəlmanların bir çox şeylər tələb
etməyə həqqi vardır. Lakin çifayda müsəlmanı
aldatmaq çoxdan bəri ümumi bir qaidə olduğuna
görə müsəlman da dinmiyordu. İndi də dinməzcə
oturub gözliyor ki, görək nə vaxt Dövlət
Duması bu məsələ xüsusunda danışıb
müsəlman aldatmaq qaydasını fəsx edəcəkdir.
Keçən səfər vədə vermişdilər ki,
cümə günləri Bakının bağında musiqi
çalınacaqdır. Dükançılarımızın
içində musiqini sevən çox olduğuna görə
kəmali-şövq ilə bağa gəlib axşamdan gecənin
yarısınadək intizarda olurlar ki, görək musiqi nə
vəqt çalınacaqdır. Lakin musiqi sevənlər
bağda bəzi kəsir ilən istemali-fəhslərdən
başqa musiqi-flan eşitmiyib və sübh
açılacağını gözləməyib məyus
geri gedirlər. İndi durub deyirsən ki, canım, bəs bizə
musiqi vədə vermişdiniz, necə oldu? Onda da əkinçilərimizə
“şəriətcə hər bir yer allahındır” deyən
kimi, indi də “şəriətcə musiqiyə qulaq asmaq
haramdır”-deyib ağzımızdan vururlar!
Filankəs
“İrşad” qəzeti, 14
may 1906, ¹112
YAPONİYA VƏ İSLAM
Keçənlərdə qəzetəmizdə
“Novoye vremiya”dan nəqlən yazmışdıq ki, Yaponiyada
iyun ayının əvvəlində tədqiq edilən izyan
konqresi qurulacaqdır. Binaənəleyh yapon imperatoru Mikado həzrətləri
Soltan həzrətlərinə müraciət edib mürəxxəslər
göndərilməsini təmənna etmişdi. İstanbul
müxbirimiz dəxi xəbər verdi ki, Osmanlı tərəfdən
bu konqreyə Cava cəzirəsində müqim Osmanlı
konsulu göndəriləcəkdir.
Yaponiyada özgə bir din
aramaq fikri olduğu çoxdan bəri hər yerdə söylənir
və hamı bunu xəbər veriyor ki, yaponlar dini-mübin
islamı qəbul edəcəkdir. Yaponiyanın bütün ədyan
içində dini-islama olan meyli hər bir şeydən
xalidir. Bəzi “zərif” şəxslər buna dair bir taqım
məzhəkələr söyləməklə xəlqi
güldürüb bu həqiqəti “zarafata salmaq” istiyorlarsa
da, bunların bu hərəkatına rəğmən biz
öz təsəvvürümüzü ehtina meydanına
çıxarıb diyoruz ki, yaponlar vaqeən həqiqi din qəbul
etmək fikrindədirlərsə, islam dinini qəbul etməməgə
heç bir həqləri yoxdur və bu fikirdə olduqdan sonra
yalqız bir islam dinini qəbul edəcəkləri qüvvəyə
möhtacdırlar.
Yaponiyanın dini-mübin
islamı qəbul etməyə pək əhəmiyyətli əsası,
səbəbləri vardır.
Əqli-səlim nöqteyi-nəzərindən
baxılırsa, dini-mübini islam həyat və məişətə
pək uyğun və mütabiq olduğu cəhətindən
sair ədyandan əfzəldir desək, heç bir kəs bizi
qərəz və tərəfgirlikdə ittiham etməz zənn
ediriz. Vaqeən dini-islam mücərrəb bir dindir. Bunun sayəsində
insan dünyada qaidə üzrə ruhani və cismani
ömür sürmək tərzini anlıyor.
Avropalılar biz müsəlmanları,
daha doğrusu Osmanlı dövlətini “İttihadi-islam” fikrilə
ittiham edən kibi, Yaponiyanı dəxi “İttihadi-irqi-əsfər”,
yəni sarı taifə və qövmlərin birləşməsilə
töhmətləndirib “sarı təhlükə”dən
qorxduqlarını izhar ediyorlar.
Yaponiyada “İttihadi-irqi-əsfər”
fikri vaqeədə varmı, ya yoxmu-biz bunu dürüst
bilmiyoruz. Ancaq bunu deməyi lazım biliriz ki, bu fikri təqib
edib də qövldən-felə çıxartmağı
Yaponiya lazım bilirsə, dini-islamı qəbul etməlidir.
Zira yalqız bir dini-islam ilə bütün Asiya əqvamını
biri-birinə mərbut edib, bununla ittihadı istehsal etmək
olar.
Yaponiya nə qədər
Avropa ilə, daha doğrusu, ingilis dövləti ilə
münasibəti-dostanədə olmuş olsa da, yenə
bunların arasında biri-birindən çəkinmək hissi
mövcuddur. Söz yoxdur ki, ingilis dövləti fürsəti
bulsa bu gün Yaponiya dövləti, ehraz etdiyi şan və həşişiyyəti
əlindən qarpmağı təxirə salmaz. Yaponiyanın
ingilisə qarşı rəqib çıxması məlum
olduğu üzrə ingilisə xoş deyildir. Xoş deyildir,
o səbəbə ki, ingilis, yapon-rus müharibəsi vüquinə
müvəffəq olub da çoxdan bəri ürkdügü
Rusiyanı arzu etdiyi bir hala saldısa da, digər tərəfdən
özünə dəxi o zərəri verdi ki, nəzərü
və himayəsi altında olan asiyalıları özündən
ikrah edib layənşüur Yaponiyaya mütəmail etdirdi. Bu
asiyalıların əksəriyyəti və öz
aralarında nüfuzluları müsəlman olduğundan, bunların
qəlbən və sonralarda da bilfel Yaponiyaya tabe olmaqları
yalqız bir Yaponiyanın islam dinini qəbul etməsinə
bağlıdır. Kəmali-cürət ilə demək olur
ki, əgər Yaponiya dini-mübin islamı qəbul etsə, o
surətdə bütün Avropa Asiyadan dəstbərdar olub
axırda Avropadan kənara burun göstərməyə də
cürətləri olmaz. Bu həqiqət xüsusunda yalnız
bir fikir belə avropalıları dəhşətə gətirdiyindən
bu barədə hələlikdə sükuti-ixtiyar etməyi əfzəl
bilirlər.
Dini-islamın sair ədyanə
faiq gəlməsi bir də bu səbəbdəndir ki, bu dinə
müşərrəf olan müxtəlif əqvam arasında
qövmiyyət iriliyi bilmərrə itib yox olur. (Bunu
unutmiyalım ki, ümum müsəlman avamı arasında
heç bir vəqt “türk”, “fars”, “ərəb”, “ləzgi” və
sair ləfzlər istemal olunmuyub. Hamı bir-birini “müsəlman”
deyə çağırırlar). Hər bir müsəlmandan
ötrü aləmi-islam cəsim və əzim bir milləti-yeganədir.
Yaponlar dəxi islamı qəbul etsələr, bu islam milləti
zümrəsinə daxil olub qövmluq biganəliyi məhv
olar. Yaponiya kibi mütəməddin və azad bir dövlətin
islama müşərrəf olması aləmi-islamın bu
indiki əhvalına böyük bir əsər edər. Rakid və
donmuş kibi duran aləmi-islam bu hadisə vüquindən
mütəssir və mütəzzəm olub böyük bir qəlyanə
gələr. Söz yoxdur ki, islam hökmdari-mütləqlərinin
idareyi-müstəbidəsi altında təzyiq və
qısqıdan cana gəlmiş övladın nəzərləri
azadlıq sayəsində məsud dolanan yeni islam dövlətinə
ətfi- istirham nicat eylər. Bu isə idareyi-müstəbidələrin
sürətlə təbdilinə bais olar.
Əlbəttə, hər bir
müsəlman Yaponiyanın dini-islamı qəbul etməsini
cani-dillə arzu ediyor. Baxüsus Hindistan müsəlmanları
bu fikrin felə gətirilməsinə cəhd edərək
dini-islamın ehkami əsaslarını məqul təfsiratı
ilə ingilis dilinə tərcümə edib Yaponiyada nəşr
etməyə səy ediyorlar. Bu zəvati-giramidən birisi
yazıb böylə bir ali məqsudin icirası
üçün müsəlman qardaşlarından maddi
yardım təmənna ediyordu. Sair yerlərdən bu müsəlmanın
səsinə səs verən oldumu, bilmiyorum, ancaq bu həqiqətdir
ki, biz Rusiya müsəlmanları bu sədai-istimdada qulaq
vermiyib kar qaldıq. İştiğalati-şəxsiyyə və
xüsusiyyəmizə o qədər uymuşuq ki, ətraf və
əknafımıza bir nəzər atmaq belə istəmiyoruz.
Osmanlı tərəfdən rəsmi surətdə Yaponiyaya
mürəxxəs göndərilən zəvatə
büsbütün ümid bağlamaq olmaz. O konqredə islam
“pibuyir”ləri “islamşünas” adamlar lazımdır ki,
qoymasın Yaponiya aləmi-islamın bu əhvali-mütəvəssəfinə
intibah edərək dini-islamın nədən ibarət
olduğuna firəng alimi Renan kibi pey aparsın. Böylə
adamlarımız vardır, lakin onlara yardım etmək
lazımdır...
Ü.HACIBƏYOV
“İrşad” qəzeti, 18
may 1906, ¹ 116
izyan- qüsur
mütabiq- uyğun
mücərrəb-sınanmış,
təcrübəli
əsfər-sarı
rakid-durğun
əhvali-mütəvəssəf
– bildirilən əhval
(Ardı var)
Hüseynov Şirməmməd
525-ci qəzet.- 2010.- 24 aprel.- S.18.