Mədəniyyət Turizm Nazirliyi Sabirabadda görüş keçirib

 

Mədəniyyət Turizm Nazirliyinin məsul işçiləri 2010-cu ilin birinci yarımili üçün nəzərdə tutulmuş planına əsasən Sabirabadda kənd mədəniyyət işçiləri ilə görüş keçiriblər. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş regionlarda, xüsusilə kənd mədəniyyət müəssisələrinin fəaliyyətində mövcud olan problemlərin, habelə vətəndaşların müraciətlərində qaldırılan müvafiq məsələlərin yerində araşdırılması həlli yollarının müəyyənləşdirilməsi məqsədi ilə təşkil olunub. Tədbirdə nazirliyin aparatının rəhbəri Firudin Qurbanov təmsil etdiyi qurumun regionların iqtisadi inkişafı ilə bağlı gördüyü işlər, mədəniyyət turizm sahələrində dövlət siyasətinin əsas istiqamətləri, son zamanlar mədəniyyət müəssisələrində aparılan quruculuq bərpa işləri haqqında söhbət açıb. Görüşdə rayon mədəniyyət müəssisələrinin fəaliyyətindən, mövcud çatışmazlıqlardan, onların həlli yollarından bəhs edilib.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 24 aprel.- S.16.